Həyatın Mənşəyi
AZEN

XX əsr faşizminin təhlili

Faşizmin Bütləri: Müqəddəs Hesab Edilən Liderlər

Oxu müddəti: ~3 dəq.

İntensiv təbliğat üsulları ilə müqəddəs və qüsursuz göstərilməyə çalışılan Mussolini əslində ruhi xəstə və qeyri-sabit bir şəxs idi. Psixoloji problemləri bəzən
İntensiv təbliğat üsulları ilə müqəddəs və qüsursuz göstərilməyə çalışılan Mussolini əslində ruhi xəstə və qeyri-sabit bir şəxs idi. Psixoloji problemləri bəzən üzünə də əks olunurdu.

Faşizmdə ən əhəmiyyətli ünsür faşist liderdir və hər mövzuda ən çox onun adı ön plana çıxar. Hitler Mussolini və ya Franko rejimləri bunun ən bariz nümunəsidir. Bu diktatorlar üçün istifadə edilən "Führer", "Duce" və "Caudillo" kimi sifətlər, "yanılmaz lider" mənasını verir. Necə ki, hər üçü də cəmiyyəti tamamilə öz təşəbbüsləriylə idarə etmiş, ən yaxınlarını ya da vəzifə baxımından ən yüksək dövlət işçilərini belə qərar mexanizmində təsirsiz buraxmışlar.

Faşizmdə liderin yaraşıqlılığının qorunması və xalq tərəfindən də qəbul edilərək gücləndirilməsi üçün o adama sanki ilahi bir güc istinad edilir. Lider bütün ölkənin və xalqın sahibi və hətta şəxsən özü kimi göstərilir. Hitler belə demişdir: "Mən hamınızdayam, hamınız isə məndəsiniz".(36)

Faşist təbliğat kiçik uşaqları da hədəf alırdı. Yuxarıdakı afişada "Benito Mussolini uşaqları çox sevir. İtaliyanın uşaqları da Duçeni çox sevirlər. Yaşasın Duç
Faşist təbliğat kiçik uşaqları da hədəf alırdı. Yuxarıdakı afişada "Benito Mussolini uşaqları çox sevir. İtaliyanın uşaqları da Duçeni çox sevirlər. Yaşasın Duçe: bizim üçün!" yazılmışdı. Bu və buna bənzər afişalar Mussolini İtaliyasındakı bütün məktəblərdə var idi.

Buna bənzər şəkildə İtaliyada da Mussolini xüsusi qabiliyyətləri olan, seçilmiş və vəzifələndirilmiş guya üstün bir insan kimi görülmüşdür. Mussolini nəşr etdiyi əmr və bildirişlərə "On Əmr" adını vermişdi. Bu "On Əmr"in 8-ci maddəsində iştirak edən, "Duçe həmişə haqlıdır" sözü 20-ci və 30-cu illərdə bütün İtaliyada əks-səda doğurmuş bir şüardır.(37) Uşaqlara faşizmi aşılamaq üçün hazırlanan Balillanın təməl inancı "Müqəddəs Papa"nın şəxsində faşizmə inanıram" deyə başlayır, "Mussolininin dahiliyinə iman edirəm" sözləri ilə davam edir.

Faşist liderlərin müqəddəs göstərilməsi üçün istifadə edilən üsullardan başqa biri də ölkənin hər yerində faşist liderin heykəl və nəhəng plakatların olması idi. Bunun insanlar üzərində böyük bir psixoloji təsiri olur, xalq həmişə faşist liderin güc və nəzarətini öz üzərində hiss edir, sanki hər an onun tərəfindən izlənildiyi düşüncəsinə qapılırdı. Mussolininin rəsmi təbliğat xidməti mətbuata nə vaxt hansı fotoşəkilin çap olunacağını, hansı səhifədə, hansı nizamda və hansı ölçülərdə dərc olunacağını da bildirirdi. Bu şəkillərdə "Duçe", xalqın gözü qarşısında dəbdəbəli fotoşəkillərdə, qılıncını çəkərkən, xırman yerində iqtisadi inkişafı qeyd edərkən, gənc faşistlərə səslənərkən, yorulmaq bilməyən bir işçi və ya bir idmançı kimi əks olunardı. Bütün bu nəşrlərdə Mussolini hər şeyin ən yaxşısını edən bir insan kimi tanıdılırdı. Təyyarə istifadə edərkən, atla maneələrin öhdəsindən gələrkən, üzərkən, Alp dağlarında xizəklə sürüşərkən, qılınc oynadarkən, paraşütçü paltarıyla və s. şəkilləri qəzet səhifələrini bəzəyirdi. Mussoliniyə aid bu guya əlçatmaz üstün insan özüylə fəxr etməsinin nəticəsində, keçmiş dostları belə onu gördükləri vaxt artıq "hazır" vəziyyətə keçirdilər. Mussolini bu yolla öz nəfsinin istəklərini də təmin edirdi. Yanına daxil olan keçmiş dostlarına belə "oturun" deməz, onları uzun müddət ayaqda saxladardı.

Faşist lideri sanki insandan üstün bir varlıq kimi göstərməyə xidmət edən təbliğat üsulları, Mussolini və Hitler dövründə müşahidə olunduğu kimi, bu gün müasir faşistlər tərəfindən də istifadə edilir. İraqın faşist diktatoru Səddam Hüseyn bunun bir nümunəsi idi. Faşist İraqda küçələr və prospektlərdə illərdir ki, Səddamın nəhəng plakatları asılır. Bu nəhəng plakatlarda Səddam həmişə fərqli şəxsiyyətlərlə insanların qarşısına çıxır; çirkli sahələrdə bir cütçü, fabriklərdə işçi, ərazidə əsgər olaraq "xalqına" varlığını hiss etdirir, "hər şeyi görən və bilən" bir varlıq təəssüratı verməyə çalışır, digər bir sözlə özünü müqəddəs göstərməyə çalışır.

1 – Hitler xalq qəhrəmanı kimi göstərilirdi. 2 – Ölkənin hər tərəfinə faşist liderin plakatlarının asılmasının ən vacib məqsədlərindən biri insanlara liderin hə
1 – Hitler xalq qəhrəmanı kimi göstərilirdi. 2 – Ölkənin hər tərəfinə faşist liderin plakatlarının asılmasının ən vacib məqsədlərindən biri insanlara liderin hər an hər yeri izlədiyini və gördüyünü təlqin etmək idi.
"Hitler sizi hər yerdə görür" təlqini. Faşist rejimlərdə lider plakatlarının hər tərəfə asılmasının məqsədi kütlələrə sanki daim lider tərəfindən izləndikləri h
"Hitler sizi hər yerdə görür" təlqini. Faşist rejimlərdə lider plakatlarının hər tərəfə asılmasının məqsədi kütlələrə sanki daim lider tərəfindən izləndikləri hissini verməkdir. Beləliklə, bir "qorxu cəmiyyəti" yaradılır.
Bir psixopatın portretləri. Psixiatrların təhlillərinə görə Hitler ağır komplekslərə malik, psixoloji cəhətdən qeyri-sabit bir şəxsiyyət idi. Amma nasist təbliğ
Bir psixopatın portretləri. Psixiatrların təhlillərinə görə Hitler ağır komplekslərə malik, psixoloji cəhətdən qeyri-sabit bir şəxsiyyət idi. Amma nasist təbliğatı onu bütün Almaniyanın yanılmaz lideri kimi göstərdi.
Emosional kütlələri çox asanlıqla yönləndirmək və təhrik etmək olar. Nasist Almaniyası bunun tarixi sübutu olmuşdur.
Emosional kütlələri çox asanlıqla yönləndirmək və təhrik etmək olar. Nasist Almaniyası bunun tarixi sübutu olmuşdur.