Həyatın Mənşəyi
AZEN

XX əsr faşizminin təhlili

Faşizmin Işğalçı Siyasəti

Oxu müddəti: ~2 dəq.

Nasist generalı Ervin Rommel 1942-ci ilin mayında Şimali Afrika işğalı zamanı
Nasist generalı Ervin Rommel 1942-ci ilin mayında Şimali Afrika işğalı zamanı

Faşizmin zəruri tələblərindən biri də digər ölkələrin torpaqlarını ələ keçirərək burada yayılma siyasəti aparmasıdır. Bu işğalçı siyasətin arxasında duran əsas səbəb isə irqçilik və Darvinizmin bir mirası olan "irqlər arası həyat mübarizəsi" anlayışıdır. Faşistlər millət olaraq inkişaf edə bilmələri üçün daha zəif olan digər millətləri zəbt etmələri və onları məğlub edərək böyümələrinin lazım gəldiyinə inanarlar. Faşist fəlsəfəyə görə insan ancaq döyüşərək inkişaf edə bilər. Buna görə də "militarizm", yəni "döyüşçülük" faşizmin ən diqqətə çarpan xüsusiyyətidir. Bu döyüşçü ruhu qızışdırmaq üçün faşist partiyalar istifadə etdikləri vahid formalarla və keçirdikləri təmtəraqlı hərbi paradlarla xalqa təsir etməyə çalışırlar. Mussolininin öz ifadəsinə görə, "Faşizm daima sülhün zərərli olduğuna inanmışdır. İnsan gücünü ən yüksək səviyyəsinə çıxaran amil döyüşdür".(50)

Mussolini sülhə olan əleyhdarlığını başqa bir nitqində belə ifadə etmişdir:

"Faşizm bütün dünyanın bir-birləriylə qucaqlaşmasını rədd edər". (51)

Bu ideologiya naminə Mussolini həm öz xalqına, həm də işğal etdiyi ölkələrin insanlarına böyük əzablar vermişdir. "Roma İmperatorluğunu diriltmək" xəyalları içində 1935-ci ildə Efiopiyanı işğal etmiş və bu ölkədəki 15 min günahsız müsəlmanı mərhəmətsiz şəkildə öldürtmüşdür. İşğala qarşı müqavimət göstərməyə çalışan vətəndaşların tərəddüdsüz güllələnməsi əmrini vermiş, üstəlik dinc əhaliyə qarşı zəhərli qazdan istifadə edərək faciəvi qırğınlar həyata keçirmişdir. Faşizmin işğalçı siyasətinin ən diqqətə çarpan nümunəsi isə, şübhəsiz ki, nasist Almaniyasıdır.

Nasistlər, guya "üstün irq" olan almanların, Almaniya sərhədlərindən xeyli kənara çıxan bir "yaşayış sahəsi"nə ehtiyac duyduğunu irəli sürmüşlər və bu məqsədlə II Dünya müharibəsini alovlandırmışdırlar. Alman ordusu qısa bir müddət ərzində Polşanı, Belçikanı, Baltikyanı ölkələri, Fransanı, Balkan yarımadasını və Şimali Afrikanı işğal etmiş, Rusiya daxilində Moskva yaxınlarına qədər gəlmiş, oradan Xəzər dənizinə doğru irəliləmişdir. Həm almanlara, həm də digər millətlərə böyük fəlakətlər gətirən və ümumilikdə 55 milyon insanın ölümü ilə nəticələnən bu dəlilik, faşizmin 20-ci əsrə atdığı ən qanlı imzasıdır.

etiyopya işgali
Faşist İtaliyanın Efiopiyanı işğalı. Mussolini "Roma imperiyasını diriltmək" xəyalları ilə 1935-ci ildə Həbəşistanı işğal etdi. Ölkədə 15 min günahsız müsəlman
Faşist İtaliyanın Efiopiyanı işğalı. Mussolini "Roma imperiyasını diriltmək" xəyalları ilə 1935-ci ildə Həbəşistanı işğal etdi. Ölkədə 15 min günahsız müsəlman italyan qoşunları tərəfindən öldürüldü. Mussolini işğala müqavimət göstərməyə çalışan mülki şəxslərin tərəddüdsüz güllələnməsi əmrini vermiş, üstəlik dinc əhaliyə qarşı zəhərli qazdan istifadə edərək dəhşətli qırğınlar təşkil etdirmişdi. Yuxarıda: faşist işğalçılar tərəfindən asılmış 6 həbəşli müsəlman müqavimətçi. Faşist təbliğat: işğal guya "qabaqcıl" Roma sivilizasiyasının Həbəşistana daşınması kimi göstərilirdi.
Faşizmin işğalçı siyasətinin ən bariz nümunəsi Nasist Almaniyasıdır. Yandakı xəritədə 1942-ci ilin sonlarına doğru nasist işğalı altındakı torpaqlar tünd rənglə
Faşizmin işğalçı siyasətinin ən bariz nümunəsi Nasist Almaniyasıdır. Yandakı xəritədə 1942-ci ilin sonlarına doğru nasist işğalı altındakı torpaqlar tünd rənglə işarələnib.