Həyatın Mənşəyi
AZEN

XX əsr faşizminin təhlili

Faşizmin Qadın Düşmənçiliyi

Oxu müddəti: ~3 dəq.

Faşizmin çox diqqət çəkməyən, lakin böyük əhəmiyyət daşıyan bir cəhəti daha vardır: Faşizm qadınlara qarşı düşməncəsinə bir münasibət bəsləyər və qadınları kişilərdən aşağı görər.

Bu həqiqəti 20-ci əsrin faşist liderlərinin nitq və çıxışlarında görmək mümkündür. Məsələn, Mussolini 12 noyabr 1922-ci il tarixində fransız Journal qəzetinin müxbiri olan Maurike də Valeffeyə verdiyi açıqlamada qadınları açıq şəkildə alçaltmışdır:

Mənim ümumi səs haqqını məhdudlaşdırma niyyətində olduğumu deyənlər var. Xeyr! Hər vətəndaş Roma Parlamenti üçün sahib olduğu səs haqqını qoruyacaq... Həmçinin sizə etiraf edim ki, qadınlara səs haqqı tanımağı düşünmürəm. Bunun bir faydası yoxdur. Qadınların dövlət işlərində işləmələri mövzusundakı qənaətim hər cür feminizmə zidd xüsusiyyətdədir. Əlbəttə ki, qadın bir kölə olmamalı, amma ona səs haqqı versəm mənə lağ edərlər. Bizim dövlətimizdə qadın hesapda olmamalıdır. (55)

Faşizmdə "İNCƏSƏNƏT" = "MÜHARİBƏ". Nasist Almaniyasında ən çox istifadə olunan incəsənət mövzuları "qəhrəmanlıq" və "müharibə" idi – Frans Eyxhorstun "Döyüşçü P
Faşizmdə "İNCƏSƏNƏT" = "MÜHARİBƏ". Nasist Almaniyasında ən çox istifadə olunan incəsənət mövzuları "qəhrəmanlıq" və "müharibə" idi – Frans Eyxhorstun "Döyüşçü Polşada" adlı tablosunda olduğu kimi.

1930-cu ildə böyük iqtisadi böhranın başladığı vaxtlarda isə Mussolini qadınların işlədikləri iş yerlərindən ayrılmaları təlimatını vermişdi. Çünki qadınları "kişinin çörəyinə əl uzadan oğrular, kişi sonsuzluğunun günahkarları" olaraq görürdü (56). "Duçe"nin qadınlara olan dünyagörüşünü vurğulayan ən əhəmiyyətli sözlər fransız jurnalist Helene Qossetin 1932-ci ildə özüylə apardığı bir söhbətində nəzərə çarpır:

Qadın boyun əyməlidir... Onun bir analiz gücü varsa da, sintez gücü yoxdur. Nə vaxtsa memarlıq əsəri ortaya qoymuşdurmu? Bir məbəddən danışmıram, qadından bir daxma qurmasını istəsəniz bunun öhdəsindən gələ bilməyəcək. Qadının, bütün sənətlərin sintezi olan arxitekturadan heç bir xəbəri yoxdur; məhz taleyi də bu nöqtədə düyünlənir (57).

Qadınlara iş həyatında tətbiq edilən bu məhdudlaşdırma təhsil sahəsində də özünü göstərmiş və görülən bir sıra tədbirlərlə qadınların təhsil və iş həyatları məhdudlaşdırılmışdır. Məsələn, 30 yanvar 1927-ci il tarixli fərmanla qadınlara liseylərdə ədəbiyyat və fəlsəfə dərslərinin keçirilməsi qəti surətdə qadağan edilmişdir. 1928-ci ildə verilən fərmanla qadınların təhsilinə qarşı qanuni tədbirlərə müraciət edilmiş qadınların birinci dərəcəli orta təhsil müəssisələrində müdirlik vəzifəsində işləmələrinin qarşısı alınmışdır. Qız şagirdlərə orta təhsillərində və universitetlərdə iki qat ödəniş haqqı ödəmək məsuliyyəti gətirilmişdir.

Mussolininin məclisə təqdim etdiyi 28 noyabr 1933-ci il tarixli qanunda, fərman mətnində isə bunlar yazılmışdır: "Dövlət qurumları işçi götürmək üçün keçiriləcək imtahanlarla əlaqədar elanlarda qadınları çöldə saxlayacaq şərtlər qoymağa ixtiyarları çatır... Dövlət vəzifələrində işləyən qadınların sayının çoxalmasına qarşı bir hədd müəyyənləşdirmək zəruridir..."(58).

1 sentyabr 1938-ci il tarixli qanunda fərmanla, qadınların, dövlət vəzifələrindəki ümumi heyətin tərkibinin ancaq 10%-ni doldura biləcəkləri müəyyənləşdirilmişdir. Nasist Almaniyasında isə qadınlara qarşı müəyyənləşdirilən "ikinci dərəcəli vətəndaş" statusu daha da aydın idi. Alman Milli Təhsil Nazirliyi, lisey məzunlarının 10%-indən çoxunun qız olmamasına qərar vermişdi. 1934-cü ildə, lisey məzunu hər 10 000 qızdan, yalnız 1500-ünə ali təhsil müəssisələrində oxumaq icazəsi verildi. 1929-cu ildə, 39 Nasyonel-sosialist təhsil təşkilatı vardı. Bunların yalnız ikisi qızlar üçündü. Qızlara, orta təhsilləri əsnasında latın dili dərslərinə girməyi qadağan etmək üçün də qanunlar qəbul olundu; onlar hələ liseyi bitirməmişdən əvvəl, yüksək səviyyəli məktəblərə və universitetə qəbul olmalarının qarşısı alınmış olurdu... (59).

Bunlar yalnız ictimai mövqe və ya iş bölgüsüylə əlaqədar tənzimləmələr deyil, əslində nasizmin bioloji xurafatlarıyla əlaqədar tətbiqlərdi. Faşizmin Analizi kitabının yazıçısı Maria A. Makkiokkhinin şərhinə görə nasistlərin gözündə qadın bir növ heyvandı (60). Bu fəlsəfəyə görə qadın, fərqləri müəyyən olunmamış ibtidai bir irqdi, bioloji cəhətdən aşağı səviyyədə idi (61).