İstər italyan faşizmində, istərsə də nasist Almaniyasında diqqət çəkən özünü büruzə verən bir xüsusiyyət vardır: Faşizm cəmiyyətin beynini yumağı qarşısına məqsəd qoyan bir sistemdir. Bunun iki əsas üsulu isə təhsil və təbliğatdır. Adolf Hitler Döyüşüm adlı kitabında "təbliğat güclü bir silahdır və xidmət etdiyi məqsədə görə qiymətləndirilər. Məqsəd alman millətinin həyat üçün mübarizəsi olduqda isə ən qorxunc silahlar ən insani silah halına gəlir. Təbliğat xitab etdiyi zümrədə ən zəif ağıllıların belə başa düşə biləcəkləri bir səviyyədə olmalıdır" deyirdi.(34)
Həqiqətən də Hitler təbliğat silahından təsirli şəkildə istifadə etdi. Məsələn, məşhur rejissor Leni Riefenstahla nasist təbliğatıyla əlaqədar bir film hazırlandı (Olympia). Hitlerin sanki müqəddəs bir adam kimi göstərildiyi Leni Riefenstahl tərəfindən çəkilmiş əvvəlki film "Triumph of the Will" də təsirli bir təbliğat xarakterli idi. Bütün bu filmlərdə, nasistlərin bütpərəst ideologiyası təriflənir və cəmiyyətə təlqin edilirdi. Olimpiya, qədim Yunanıstandakı bütprəst mədəniyyət mərkəzlərindən biri idi. Xəyali yunan Tanrısı Zevsin məşhur heykəlinin də olduğu şəhər, nasizmin bütpərəst ideologiyasının yaxşı bir simvolu idi. Yalnız Hitler deyil, bütün faşistlər təbliğat silahından məharətlə istifadə etdilər və xalqı istiqamətləndirməyi bacardılar.
Stadionlarda kütləvi hipnoz. 21 iyun 1939-cu ildə 120 mindən çox alman Berlin Olimpiya stadionunda bir araya gəldi. SS-lər və Təbliğat nazirliyi tərəfindən təşkil olunan nümayişlərdə bütpərəst mədəniyyətə xas "yay bayramları" keçirildi. Məqsəd nasistlərin bütpərəst ideologiyasını cəmiyyətə zorla qəbul etdirmək idi.Faşist təbliğatın vasitələri: qızışdırma və romantizm. Nasistlər təbliğat silahından təsirli şəkildə istifadə etdilər. Təbliğat məqsədli nəşrlərdə Hitler müqəddəs şəxs kimi göstərilir, cəmiyyətə isə zorakılıq və döyüşkən ruh aşılanırdı. Yuxarıda Almaniyanın müxtəlif bölgələrində nəşr olunan nasist təbliğat jurnal və qəzetləri görünür. Bütün bu nəşrlərə və aşağıda nümunələri görünən təbliğat plakatlarına son dərəcə romantik mesajlar və səthi şüarlar hakimdir. Yaradılan xəyali düşmənlərə qarşı xalq qızışdırılır, bir tərəfdən də "alman xalqı", "alman ordusu" kimi anlayışlar müqəddəsləşdirilib cəmiyyətin gözündə bütə çevrilir.1 – "Alman tələbəsi fürer və xalqı üçün döyüşür" 2 – "İndi Alman reyxinin ilk əsgəri olmaqdan başqa arzum yoxdur" 3 – "Almaniyanın qələbəsi Avropanın azadlığıdır"Faşizmin beyin yuma üsulu: güc nümayişi. Nasist mərasimlərindəki izdiham, paradlar və təmtəraq tamamilə cahil xalqa təsir göstərmək, qorxu ilə qarışıq heyranlıq yaratmaq üçün xüsusi olaraq təşkil olunurdu. Faşizm ağla deyil, hisslərə əsaslanan ideologiya idi.
Mussolini “müasir insan, aldadılmağa olduqca əlverişli bir varlıqdır” deyərkən əslində istifadə etdiyi metodu açıq şəkildə ifadə edirdi.(35)
Təbliğat üsullarından Mussolini də istifadə etdi. Yuxarıda İtaliya faşizmini və onun bütpərəst təməllərini əks etdirən yüzlərlə faşist nəşrdən bəziləri görünür. Aşağıda isə Mussolininin təhsil sistemindəki məntiqini çox yaxşı xülasə edən təhsil şüarları yer alır. Hətta ibtidai sinif uşaqlarına əzbərlədilən bu şüar belədir: "İNAN, İTAƏT ET, DÖYÜŞ".İtaliyada "Nümunəvi insan Duçe" təbliğatı. Faşist İtaliyada Mussolinini mükəmməl göstərməyə çalışan şəkil və yazılar çox geniş yayılmışdı. Mussolininin tarlada kəndlilərlə, fabrikdə işçilərlə, məktəbdə uşaqlarla çəkilmiş şəkilləri hər yerdə dərc olunurdu. Soldakı şəkil də bir Mussolini təbliğatıdır. Digər tərəfdən təbliğat plakatları (aşağıda) faşist mədəniyyəti cəmiyyətə zorla qəbul etdirmək məqsədilə hazırlanırdı.Faşizmin şüarı: "Düşünmə! İtaət et və döyüş!" Mussolinini qalib Roma sərkərdəsi kimi göstərən faşist təbliğatı. Mussolininin şəklinin arxasına yerləşdirilmiş bütpərəst Roma simvolları (baltalar və Roma legionlarının "SPQR" qısaltması) diqqət çəkir. Faşizm cəmiyyəti düşünməməyə yönəldir. Yeganə istənən qızışdırılmış hisslər müşayiətində faşist liderə itaət etmək, onun üçün döyüşmək, qan tökməkdir. Mussolini dövrünə aid yuxarıdakı təbliğat plakatlarına da bu mövzular hakimdir.