Həyatın Mənşəyi
AZEN

XX əsr faşizminin təhlili

Giriş

Oxu müddəti: ~1 dəq.

Əvvəlki hissədə faşizmin mədəni köklərini nəzərdən keçirdik, bu ideologiyanın keçmiş bütpərəst xurafatların dirçəldilməsiylə yarandığını və Darvinizm tərəfindən dəstəkləndiyini ələ aldıq. Bu məlumatlar 20-ci əsrdə ortaya çıxan faşist ideoloqların və faşist hərəkatların mənşəyini başa düşmək baxımından çox əhəmiyyətlidir. Ancaq bir də bu hərəkatların 20-ci əsrin birinci yarısında necə olub da bir çox ölkədə hakimiyyəti ələ keçirə bildiyini, hakimiyyət dövründə hansı üsullardan istifadə etdiyi və necə bir kabus meydana gətirdiyini araşdırmaq lazımdır.

SS Aryan ırk, heykel

Məlum olduğu kimi, 20-ci əsrin ilk faşist rejimini İtaliyada Benitto Mussolini qurmuşdur. Onu Hitler Almaniyası və Franko İspaniyası təqib etmiş, beləcə Avropa I Dünya müharibəsindən dərhal sonra faşist ideologiya ilə üz-üzə gəlmişdir. 1930-cu illərdə faşizm məşhur bir siyasi ideologiya halına gəlmiş, bir çox ölkədə irili-xırdalı faşist partiyalar qurulmuş, faşistlər Avstriya və Polşada da hakimiyyəti ələ keçirmiş, beləcə bütün Avropa bu cərəyandan təsirlənmişdir.

Faşizmin ən diqqətə çarpan nümunələrinin yaşandığı Avropa ilə Latın Amerika ölkələrində və Uzaq Şərq ölkəsi olan Yaponiyada bu ideologiyanın ortaya çıxdığı şərtlər araşdırıldığı vaxt, böyük bənzərliklərlə qarşılaşırıq. Faşizm ümumiyyətlə ölkənin daxilində baş verən xaos və qeyri-sabitlikdən faydalanılaraq xalqa qəbul etdirilmiş, xilaskar bir ideologiya və sistem kimi tanıdılmışdır. Faşist hakimiyyətin qurulmasından sonra isə, xalq həm təzyiq və qorxuyla, həm də beyin yuma üsullarıyla nəzarət altında saxlanmışdır.