Oxu müddəti: ~1 dəq.
Faşist sistemin yaranmasına səbəb olan digər bir faktor kütlələrin cəhalətidir. Avropanı dəridən qabıqdan çıxaran I Dünya müharibəsiylə birlikdə təhsildə də böyük bir geriləmə yaşanmış, bir çox təhsilli gənc insan döyüş sahələrində ölmüşdür. Bu, cəmiyyətin ümumi mədəniyyət səviyyəsini aşağı salmışdır. Məhz ümumiyyətlə faşizmə dəstək verənlər, onun uğrunda mübarizə aparanlar və onun təcavüzkar siyasətlərinə alət olanlar bu cahil insanlardır. Çünki faşizmin əsas fikri dayaqları (yəni irqçilik, romantik milliyyətçilik, şovinizm, xəyalpərəstlik və s.) ancaq cahil insanlar tərəfindən böyük miqyasda qəbul edilə biləcək olduqca səthi və sadə ifadələrə əsaslanır.
Özlərini hər cəhətdən çıxılmaz vəziyyətdə görən və sadə bir çıxış yolu axtaran bu kütlələr, sanki "həyatının parçasını" tapmış kimi faşist liderlərə sarılmışlar. Erik Hoffer "qəti inananlar" adlı kitabında belə bir şeyi aşkarlamış olur:

Adamlar böyük rejim dəyişikliyi hərəkətlərinə qaçıb uymaları üçün xeyli narazı olmalı, lakin həddindən artıq yoxsulluq içində yaşamalıdırlar. Və həmçinin yaxşı bir təlimə, səhvliyə yol verməyən bir rəhbərə və ya yeni bir texniki üstünlüyə sahib olmaq yolu ilə məğlubedilməz güc mənbəyi qapılarının özlərinə açılacağına inanmaları lazımdır. Həmçinin də gələcəyə dair vədlər və imkanlar haqqında şişirdilmiş bir inanca sahib olmaları lazımdır. Və nəticə etibarilə qoşulduqları böyük həmlənin həyata keçirilməsində qarşılaşılacaq çətinliklərdən xəbərsiz olmaları lazımdır.(33)
Faşizmdən əvvəlki şərtlər nəzərdən keçirildikdə həqiqətən də xalqların bu psixologiyaya sahib olduğu görünər.
