Həyatın Mənşəyi
AZEN

XX əsr faşizminin təhlili

Faşizmin Zorakılıq Sevgisi

Oxu müddəti: ~6 dəq.

Faşizmin Kütlə Ruhu Anlayışı adlı kitabın yazıçısı Vilhelm Reyx, nasistlərin döyüşə və qırğına necə baxdıqlarını belə izah edir:

Alman döyüş liderləri, insan öldürməyə yarayan çətin riyaziyyat elmini heç dayanmadan sınaqdan keçirən və inkişaf etdirən elm adamlarıdırlar. Hamısı bir riyaziyyatçı, mühəndis, kimyaçı kimi ən mürəkkəb problemləri həll edəcək şəkildə yetişdirilmişdirlər. Burada incəsənətin ya da xəyal gücünün heç bir işi yoxdur. Onlar üçün döyüş qüvvəyə minmiş bir fizika elmidir. Alman əsgərinin psixoloji təhsili onu baş qopardan, dəri üzən bir insan halına gətirməyə xidmət edir. O, məşğuliyyəti insan öldürmək olan və bundan başqa bir iş görməyən varlı bir əsgərdir. Özünü, yer üzünün ən sərt, ən mərhəmətsiz insanı olaraq düşünür.(41)

Nasistlərin meydana gətirdikləri bu "professional qatillər" modeli, faşizmin ortaq obrazıdır. Faşistlər şiddət və vəhşiliyi öz-özlüyündə başlıca bir məqsəd olaraq ucaldarlar. Bunda Darvinizmi mənimsəmələrinin böyük bir rolu vardır. Darvinizmin insanları inkişaf etmiş bir heyvan kimi göstərən və həyatın da yalnız güclülərin yaşaya biləcəyi bir mübarizə yeri olduğunu iddia edən xurafatları, cəmiyyətdəki əxlaqi dəyərləri aradan qaldırmışdır. Şəfqət və mərhəmətin əvəzinə döyüş, intiqam və mübarizə hissləri yaranmış və bu elmi bir zərurət kimi insanlara göstərilmişdir. Faşistlər azğın inanclarından ötrü qarşıdurmanı bir təbiət qanunu kimi görərkən, dinclik, təhlükəsizlik və sülhün də bəşəriyyəti inkişafdan geri saldığına inanarlar. Mussolini 1921-ci ildə Milanda Faşist Mədəniyyət və Təbliğat Məktəbini açarkən söylədiyi nitqində bunun əhəmiyyətinə işarə etmiş və faşizmi müvəffəqiyyətə aparacaq şeyin hərəkat olduğunu bildirmişdir.(42)

Şiddət hərəkatları, yandırıb dağıtmalar, hücumlar, döyüşlər faşistlərin əhvalını yaxşılaşdırar, çünki faşistlər sülhə, qardaşlığa, dincliyə, sükunətə qarşıdırlar. Bu şiddət meylində faşistlərin cahil dünyagörüşlərinin də təsiri böyükdür. Buna görə də Hitlerin irqçi rejimində ziyalılara deyil, döyüşçülərə ehtiyac duyulmuşdur. Nasistlərin şiddət hərəkatları bu məqsədlə xüsusi olaraq yaradılan təşkilatlar tərəfindən icra edilmişdir. Bunlardan birincisi olan "SA", (Sturmabteilung, yəni "Fırtına Birlikləri") 1920-ci ildə qurulmuş 1921-ci ildə yarı hərbi bir xüsusiyyət qazanmışdı. SA-lar arasında bir çox küçə avarası vardı. Qrup "Qəhvəyi Köynəklilər" olaraq tanınırdı və başında ruhi xəstəliyiylə (və homoseksual azğınlığıyla) tanınan Ernst Röhm vardı. SA nasist partiyasının güclənməsi naminə 1920-ci illər ərzində çoxsaylı terror əməliyyatı həyata keçirdi. SA birlikləri nasist əleyhdarlarına şok basqınlar etdilər, küçə döyüşləri çıxararaq qan axıtdılar, "məhbus" aldıqları müxaliflərinə işgəncələr verdilər. Hitler SA-ların vəhşiliyindən qürurlanırdı. Döyüşüm adlı kitabında, SA-ların nasist əleyhdarlarına qarşı həyata keçirdikləri "müvəffəqiyyətli" bir hücumu belə izah etmişdi:

Hofbrauhaus'un lobbisinə girdiyim vaxt saat səkkizə 15 dəqiqə qalırdı. Və təxribat haqqında artıq heç bir qərarsızlıq yaşamırdım... Salon çox izdihamlıydı... Qapıları yavaşca bağladım və sonra da adamlarıma hazır olmaları əmrini verdim. Qırx beş ya da qırx altı nəfər idi... Hücum bölməsindəndilər, o gündən sonra isə SA-lar olaraq tanınacaqlardı. Və hücuma başladılar. Səkkiz və ya on nəfərlik qurd sürüləri kimi, düşmənlərin üzərinə hücum etdilər, sonra bir daha, bir daha hücum etdilər... Beş dəqiqə ərzində hər yer qanla dolmuşdu... (43)

Faşizmin zorakılıq dəstələri. Faşist rejimlər bir tərəfdən cəmiyyəti ideoloji beyin yuma ilə motivasiya edir, digər tərəfdən terror mexanizmləri ilə cəzalandırı
Faşizmin zorakılıq dəstələri. Faşist rejimlər bir tərəfdən cəmiyyəti ideoloji beyin yuma ilə motivasiya edir, digər tərəfdən terror mexanizmləri ilə cəzalandırır. Bu terroru tətbiq etmək üçün xüsusi zorakılıq təşkilatları qurulur. Nasistlərin SA, SS və Gestapo kimi strukturları tipik faşist təşkilatlarıdır. 1. Alman Polis Günü münasibətilə hazırlanan poçt kartı (sol ən yuxarıda). 2. SS-lərin paradı. 3–4. Formalarından kəsiklər görünən Waffen-SS tərkibindəki "Ölü kəllə diviziyası" amansızlığı ilə məşhur idi. 5. Waffen-SS tank birləşmələrinin generalı Sepp Ditrix.

SA-lar hücum etmək qədər işgəncə verməkdə də ixtisaslaşmışdılar. Berlindəki SA qərargahı Hedemannstrasse'nin dördüncü mərtəbəsində gizli bir SA işgəncə otağı vardı. Bir müddət sonra bu yer polis tərəfindən müəyyənləşdirilmiş və içəridəkilər azad edilmişdi. İçəriyə daxil olanların biri, ordakı mühiti belə izah edirdi:

Zərər çəkmiş şəxsləri tapdığımızda aclıqdan yarı ölmüş vəziyyətdə idilər. Etiraf etdirmək üçün günlərlə dar şkaflarda saxlanılırdılar, bizə "sorğuya çəkildiyimiz vaxt, ya döyülür, ya dəmir çubuqlarla və yaxud da qamçılarla alçaldılırdıq" dedi. Bu yaşayan skeletlərin bəziləri iyrənc qamışların üstündə iltihablı yaralarıyla yan-yana yatırdılar.(44)

SA-lar nasistlərin hakimiyyətə gəlməsiylə birlikdə gözdən düşməyə başladılar və onların yerinə daha professional və hərbi intizama sahib olan SS (Schutzstaffel, yəni "Gözətçi Qitələri") təşkilatının ulduzu yüksəldi. Bu qrup qara köynək geyirdi. SS-lərə qatılacaq gənclər "irq meyarlarına" görə seçilir, Aryan irqinin diqqətə çarpan xüsusiyyətlərini daşımaları lazım gəlirdi. Waffen-SS isə SS-in hərbi sahəsi idi. Waffen-SS tərkibində olan "Totenkopf Division", yəni "Kəllə Sümüyü Diviziyası" zalımlığı ilə məşhurlaşmışdı və bu diviziya toplama düşərgələrinin başına gətirilmişdi.

Bənzər toplama düşərgələri Mussolini tərəfindən də yaradılmış və Mussolini "Təmizləmə Düşərgəsi"nə yığdırdığı 35 min adamdan 18 minini öldürtmüşdü. Bundan başqa İtaliyada faşistlərin hakimiyyəti ərzində ölən, terrorda öldürülən ya da naməlum olan bir çox insan var idi. Mussolini bir nitqində "Faşizm azadlıq deyil, zalımın hakimiyyətidir. Millətin zəmanəti deyil, xüsusi mənfəətlərin müdafiə edilməsidir. Bunu hər kəs bilirdi..." deyərək faşizmin zalımlığını etiraf etmişdir.(45)

İkinci Dünya müharibəsinin sona çatması ilə nasistlərin toplama düşərgələrində törətdikləri vəhşilik və zülm üzə çıxdı. Milyonlarla günahsız insan yalnız irqi v
İkinci Dünya müharibəsinin sona çatması ilə nasistlərin toplama düşərgələrində törətdikləri vəhşilik və zülm üzə çıxdı. Milyonlarla günahsız insan yalnız irqi və ya düşüncələri səbəbindən nasistlər tərəfindən ölənədək işlədilmiş, sonra da aclığa və ölümə tərk edilmişdi. Bu vəhşilik darvinist irqçiliyin dünyanı sürükləyəcəyi fəlakətin miqyasını göstərirdi.
Franko ilə Hitlerin qanlı ittifaqı. Faşist general Fransisko Franko 1936-cı ildə İspaniyanı çox böyük vətəndaş müharibəsinə sürüklədi. Bu vətəndaş müharibəsi bo
Franko ilə Hitlerin qanlı ittifaqı. Faşist general Fransisko Franko 1936-cı ildə İspaniyanı çox böyük vətəndaş müharibəsinə sürüklədi. Bu vətəndaş müharibəsi boyunca gündə orta hesabla 500 nəfər öldü. Vətəndaş müharibəsinin sonunda təxminən 600.000 nəfər həyatını itirdi. Bu müharibədə Frankonun ən böyük dəstəkçiləri Hitler və Mussolini idi. Hitlerin yardımlarının əvəzində Franko Hitlerə Gernika qəsəbəsini "hədiyyə" etdi. Hədiyyənin məqsədi nasist texnologiyasının məhsulu olan nəhəng bombardmançı təyyarələrin sınaqdan keçirilməsi idi. Kiçik qəsəbə bir gündə yerlə-yeksan edildi. 3. Hitler və Franko əl sıxışır.

Vəhşilik hərəkətlərinə Franko nümunəsində də rast gəlmək mümkündür. Franko hələ döyüşün əvvəlində mərhəmətsiz üsullarıyla diqqət çəkmişdi. Məsələn, Madridin şimalındakı kiçik bir dağ kəndində 31 kəndli Xalq Cəbhəsinə səs verdikləri üçün həbs olundular. Sorğudan sonra bunlardan 13 nəfər bir yük maşınıyla kənddən kənara çıxarıldılar və yol kənarında öldürüldülər. Sevilya yaxınlarında 11 000 əhalisi olan bir qəsəbə olan Loro del Rioda faşistlər bir qəsəbəyə girdikləri vaxt 300-dən çox adamı öldürdülər. Təzyiq şəhərlərdə daha güclü idi. Belə ki, bu günə qədər öldürülənlərin konkret sayı bilinmir.(46)

Franko öz xalqından yüz minlərlə insanı, üstəlik yaşlı, uşaq, qadın demədən öldürtmüşdü. Könüllülərlə birlikdə hər iki cəbhədən təxminən bir milyon insan üçün bu döyüşün əvəzi ölümdü. Franko kimdir? Falanjizm nədir? adlı kitabda bu vəziyyət belə təsvir edilmişdir:

"Minlərlə insana işgəncə verilir, yaxınlarını təslim etməyən qadınlar başıaşağı vəziyyətdə asılır, uşaq gülləyə tutulur, bunların işgəncələrinə şahidlik edən analar, bu vəziyyətdə dəliyə dönürdülər...".(47)

Franko İspaniyanda çox böyük bir vətəndaş müharibəsinin yaranmasına səbəb oldu. Qardaşı qardaşa, atanı oğula qırdırdı. Bu daxili döyüş ərzində gündə orta hesabla 500 adam öldü. Zorakılıq hadisələrinin, vəhşi qırğınların, kütləvi işgəncələrin və qeyri-insani cinayətlərin ardı-arası kəsilmədi. İspaniyada baş verən vətəndaş müharibəsi nəticəsində təxminən 600 000 insan həyatını itirdi. Hitler və Mussolini İspaniyanı eynilə bir laboratoriya kimi, silahları və əsgərləri üçün bir sınaq yeri kimi istifadə etdilər.(48)

Bunun ən qəribə nümunəsi Frankonun yardımlarına qarşılıq olaraq Hitlerə hədiyyə etdiyi qəsəbə idi. 1937-ci il 5 may səhəri, Guernika qəsəbəsinin əhalisi, nasist texnologiyasının istehsal etdiyi nəhəng bombardman təyyarələriylə məhv edildi. Kiçik qəsəbə, Franko tərəfindən nasist təyyarələrinin sınaq meydanına çevrilmişdi.(49)