Oxu müddəti: ~1 dəq.
Faşizm ilahi dinləri aradan qaldıraraq onların yerinə batil bütpərəst inancları gətirmək istəyən saxta bir dindir. Bu saxta dinin də normal olaraq saxta müqəddəs dəyərləri vardır. Məsələn, nasistlər "Qan və Torpaq" (Blut und Boden) şüarından daima istifadə etmiş və bu iki anlayışı müqəddəs bir simvol halına gətirməyə çalışmışlar. Bunun üçün xüsusi ayinlər keçirmişlər. Məsələn, Hitlerin 1923-cü ildəki müvəffəqiyyətsiz zərbə cəhdi vaxtı yaralanan nasistlərin qanlarıyla islanmış bir partiya bayrağı, sanki bir bütə çevrilmişdir. "Qan Bayrağı" (Blutfahne) adı verilən bu bayraq olduğu kimi saxlanmış və hər nasist mərasimində ən müqəddəs simvol olmuşdur. Hətta nasist partiyasının on minlərlə yeni bayrağı Blutfahneye sürtülmüş və ondakı "guya müqəddəs" gücün beləcə bu yeni bayraqlara da keçdiyi düşünülmüşdür.(38)
Faşizmin digər bir əsas xüsusiyyəti olan şiddət və döyüş də yenə müqəddəs bir dəyər kimi göstərilmək istənilən bütpərəst anlayışlardır. İlahi dinlərdəki məqsəd şiddətdən və döyüşdən təmizlənmiş bir cəmiyyət və dünya meydana gətirməkdir. Halbuki, faşizmdə döyüş öz-özlüyündə bir dəyərdir. Bir qəbilənin, irqin və ya xalqın, şərəfini və gücünü apardığı döyüşlərdən və verdiyi ölülərdən qazandığına inanılar. Bu batil inanc, normal olaraq yeni döyüşlərin baş verməsini, qan tökülməsini tələb edir. Beləcə faşizm sanki bir "qan tökmə quyusu" kimi daima yeni vəhşiliklərə hazırlaşır.

