Həyatın Mənşəyi
AZEN

XX əsr faşizminin təhlili

Faşist Romantiklik

Oxu müddəti: ~3 dəq.

Şübhəsiz ki, faşizm yalnız liderdən və lider ətrafında toplanan faşist partiyalardan ibarət deyil. İstər nasist Almaniyasında, istərsə də İtaliyada, rejimlərin arxasında böyük bir xalq dəstəyi olmuşdur. Bu dəstək isə, faşist rejim tərəfindən müxtəlif üsullarla yaradılmışdır. Faşist rejimlər xalqlarını yalnız təzyiqlə susduran "avtoritar" rejimlər deyil, həmçinin onları müəyyən bir məqsəd uğrunda motivasiya edən "totalitar" rejimlərdir.

Bu totalitar sistemdə kütlələri faşist ideologiyanın ətrafında toplayan ən əhəmiyyətli ünsür isə "həddindən artıq romantiklik"dir. Ətraflarındakı və tarixdəki anlayış və hadisələri ağıldan olduqca uzaq bir şəkildə, romantik olaraq qiymətləndirən insanlar, çox asan idarə olunmuşdur, təhrik ediləcək və cinayət törədən xarakterdədirlər. Bu kəslər əgər özlərindən tələb olunan zalımcasına hərəkətlərin "öz irqlərinin üstünlüyü" kimi guya müqəddəs bir məqsəd üçün olduğuna razı salınsalar, hər şeyi edə bilərlər. Bunu görən faşist rejim kütlələrin romantik bir coşğu və təşviqat içində tutulmasına cəhd göstərər. Ortaya bəzi batil müqəddəs dəyərlər qoyar və onlara bu dəyərlər naminə insanın canını fəda etməsinin, başqa insanları alçaltmasının, işgəncə verməsinin və öldürməsinin vacibliyini təlqin edər.

Nasist təbliğatı ilə yuxuya verilən xalq həqiqətləri görə bilmirdi! Nasist Almaniyasında xalq Hitlerə heyranlıq bəsləyərkən yuxarıda açıq-aydın dəlilləri görünə
Nasist təbliğatı ilə yuxuya verilən xalq həqiqətləri görə bilmirdi! Nasist Almaniyasında xalq Hitlerə heyranlıq bəsləyərkən yuxarıda açıq-aydın dəlilləri görünən qırğınlara, işgəncələrə göz yuma bilirdi.
Hitler və onun qərargahı mülki şəxslər olmalarına baxmayaraq həmişə hərbi forma geyinir və hərbi mərasimlər idarə edirdilər. Məqsəd alman cəmiyyətini müharibə a
Hitler və onun qərargahı mülki şəxslər olmalarına baxmayaraq həmişə hərbi forma geyinir və hərbi mərasimlər idarə edirdilər. Məqsəd alman cəmiyyətini müharibə atmosferinə salmaq və II Dünya müharibəsinin işğallarına hazırlamaq idi.
hitler ve kurmayları

Buna görə də faşist rejimlərdə kütləvi nümayiş, yürüş, yığıncaq və mərasimlərə böyük əhəmiyyət verilmişdir. Məqsəd toplum halında tək tip bir birlik yaratmaq və bu birliyə hökm etməkdir. Simvollar, heykəllər, xatirə günləri, bayraqlar, bayraqcıqlar, vahid formalar kimi ünsürlərlə insanlar haqq dindən uzaqlaşdırılır və bu romantik coşğular onlara sanki bir din kimi yaşadılır. Sanki ilahi bir gücə ibadət edirmiş kimi, bu insanlar böyük bir həyəcan və coşğuyla faşist yanılmaya özlərini həsr edərlər. Halbuki bu, böyük bir yalandan ibarətdir, ancaq faşizmin azğın təlqinlərinə aldanan kəslər, həyata keçirilən təbliğatdan ötrü düşdükləri vəziyyəti başa düşə bilməzlər.

hitler ve kurmayları
Beyin yumaq üçün təmtəraq nümayişləri. Faşist rejimlərdə kütləvi nümayişlərə, yürüşlərə, mərasimlərə, simvollara, heykəllərə, anma günlərinə, bayraq və flamalar
Beyin yumaq üçün təmtəraq nümayişləri. Faşist rejimlərdə kütləvi nümayişlərə, yürüşlərə, mərasimlərə, simvollara, heykəllərə, anma günlərinə, bayraq və flamalara böyük əhəmiyyət verilir. Kütlələr bu təmtəraqla ovsunlanır, həqiqətləri görmələrinin qarşısı alınır.

Yazılan, haykırılar, dəfələrlə təkrarlanan şüarlar, qışqırıqlar, marşlar, salamlar faşist ayinlərin əhəmiyyətli bir hissəsini təşkil edir.

Faşist dəstələr ağıllı düşüncə və davranışdan qətiyyən uzaqdırlar. Ortada müxtəlif şüarlarla, mahnılarla və ya şeirlərlə coşdurulmuş, ağlını işlədə bilməyən bir dəstə vardır. Keçmişdəki mifologiya və ya əfsanə qəhrəmanlarıyla özlərini və liderlərini eyniləşdirmələri təmin edilən bu kütlələr, qırğınlarını da yenə bu süni şəkildə yaradılmış "qəhrəmanlıq" duyğularıyla edərlər. Hətta bir gün gəlib də haqq-hesaba çəkildiyində bunu millətləri üçün etdiklərini və əslində özlərinin bir milli qəhrəman olduqlarını deyərlər. Hitler və Mussolininin arxasınca gedənlərin hamısı eyni hipnozun təsiri altında davranmışdılar, qırğınlarını bu süni coşğu halında həyata keçirmişlər.

Faşizmdə, bir insanın dövlətinə, millətinə və vətəninə olan qanuni sevgisi təhlükəli bir romantikliyə, ağılsız bir cəsarətə çevrilir və bu hisslərdən istifadə etməklə kütlələrə cinayət işlədilir. Bundan ötrü də, mülayim və ağıllı milliyyətçiliklə, faşizmin irqçi və təcavüzkar millətçilik anlayışını ayırd etmək lazımdır.

Təmtəraq adına gizlənən vəhşilik. Yuxarıda: Nasist Almaniyası göz boyayan təmtəraqlı görüntüyə böyük əhəmiyyət vermişdir. Bu üsulun məqsədi etdiyi zülmləri xalq
Təmtəraq adına gizlənən vəhşilik. Yuxarıda: Nasist Almaniyası göz boyayan təmtəraqlı görüntüyə böyük əhəmiyyət vermişdir. Bu üsulun məqsədi etdiyi zülmləri xalqa unutdurmaq və kütlələri ovsunlayaraq təsiri altına almaqdır. Yuxarıda: nasistlərin kütləvi qırğınlarını göstərən kütləvi məzarlıqlardan dəhşətverici bir görüntü.

Bunun ən gözəl nümunəsi Türkiyə Respublikası dövlətinin konstitusiyasında ifadə olunan milliyyətçilik anlayışıdır. Atatürkün təsvir etdiyi bu milliyyətçilik anlayışında irqçilik qətiyyən yoxdur. Türkiyə Respublikası torpaqları üzərində yaşayan hər fərd, dil, rəng, irq ayrı-seçkiliyi aparılmadan Türk Millətinin bir üzvüdür. (Atatürkün "Nə xoşbəxt Türkəm deyənə" sözüylə qısaca qeyd etdiyi bu milliyyətçilik tərifi olduqca ağıllı və əhəmiyyətlidir. Çünki Türkiyədə müxtəlif etnik qruplar bir arada yaşayır. Bu kəslərin hər biri Türkiyə Respublikasının vətəndaşıdır və hər kəslə eyni hüquq və azadlıqlara malikdir. Atatürk milliyyətçiliyi, nasizm kimi bir milləti irqi mənşələrinə görə firqələrə ayıran yanlış bir milliyyətçilik deyil, əksinə fərqli etnik mənşələri uyğunlaşma içində birləşdirən doğru bir milliyətçilikdir.)

1. Mussolini keçmişin möhtəşəm günlərinə qayıtmaq üçün qədim Romada tətbiq olunan bütpərəst ritualları təqlid etmişdir. Bu təmtəraqlı nümayişlər daha sonra nasi
1. Mussolini keçmişin möhtəşəm günlərinə qayıtmaq üçün qədim Romada tətbiq olunan bütpərəst ritualları təqlid etmişdir. Bu təmtəraqlı nümayişlər daha sonra nasistlər tərəfindən də tətbiq olunmuşdur. 2. Hitler nasist mərasimlərinin ən müqəddəs simvolu olan Qan bayrağı ilə (solda)