Oxu müddəti: ~5 dəq.
Həyatın mənşəyi ilə əlaqədar təcrübələrdən bəhs ediləndə ilk olaraq ağıla Miller təcrübəsi gəlir. Təkamülçü mənbələrdə həyatın mənşəyini əsaslandırdığı iddiasıyla saxta bir dəlil olaraq göstərilir. Ancaq təcrübənin təfərrüatları- həqiqətləri əks etdirməyən şərtləri-çox vaxt gözardı edilir. Amerikalı kimyaçı Stanley Miller özünün meydana gətirdiyi və erkən dünya atmosferi ilə əlaqəsi olmayan süni şərtlərdə təcrübəsini həyata keçirmişdir. Nəticə olaraq Stanley Millerin amin turşusu sintezi həqiqətləri əks etdirməyən bir mühit əsas alınaraq edildiyi üçün elmi bir tapıntı ortaya qoymur.
Ayrıca Miller bu təcrübədə yalnız amin turşusu sintez edə bilmişdir. Ancaq hər hansı bir şəkildə amin turşusu meydana gəlməsi qətiyyən canlılıq meydana gəlməsi demək deyil. Amin turşuları bədənin ən fundamental vəsaitləri olan zülalların quruluş daşlarıdır. Yüzlərlə amin turşusu hüceyrə içində müəyyən bir sırayla birləşdirilir və beləcə zülallar hazırlanır. Hüceyrələr də təxminən bir neçə min ayrı növdə zülaldan meydana gəlir. Yəni amin turşuları canlıların ən sadə, ən kiçik parçalarıdır. Millerin təcrübəsinin etibarlı olmadığı sonrakı illərdə bir çox elmi nəşrdə də mövzu olmuşdur. (214)

Miller təcrübəsiylə təkamülçülər əslində təkamülü öz əlləriylə çürütmüşlər. Çünki, təcrübə amin turşularının ancaq bütün şərtləri xüsusi olaraq nizamlanmış bir laboratoriya mühitində şüurlu müdaxilələrlə əldə edilə biləcəyini sübut etmişdir. Yəni, canlılığı ortaya çıxaran güc şüursuz təsadüflər deyil, "yaradılış"dır.
Təkamülçülərin bu açıq həqiqəti qəbul etməmələri, elmə tamamilə zidd bəzi ön mühakimələrə sahib olmalarından qaynaqlanar. Necə ki, Miller təcrübəsini şagirdi Stanley Miller ilə birlikdə təşkil edən Harold Urey bu mövzuda bu etirafı etmişdir:
"Həyatın mənşəyi mövzusunu araşdıran bütün bizlər, bu mövzunu nə qədər çox araşdırarsaq araşdıraq, həyatın hər hansı bir yerdə təkamülləşə bilməyəcək qədər kompleks olduğu nəticəsinə gəlirik. Hamımız bir inanc ifadəsi olaraq, həyatın bu planetin üzərində ölü maddədən təkmilləşdiyinə inanırıq. Lakin kompleksliyi o qədər böyükdür ki, necə təkmilləşdiyini xəyal etmək belə bizim üçün çətindir." (215)
Təkamülçülərin həyatın mənşəyi ilə əlaqədar iddialarına dəlil kimi təqdim etdikləri bənzəri təcrübələrin heç biri həqiqətləri əks etdirmir. Bununla yanaşı, əsl ziddiyyət təkamülçülərin bir tərəfdən həyatın mənşəyini təsadüfi şüursuz təsirlərlə açıqlayarkən, bir tərəfdən də təcrübələrini son dərəcə planlı, şüurlu müdaxilələr altında həyata keçirmələridir. Bu səbəbdən, laboratoriyada meydana gətirdikləri mühitdə heç bir şey təsadüfi deyil.
Əksinə, həyatın mənşəyinə təkamülçü izah gətirmək üçün edilən bütün təcrübələr şüurlu, ağıl və məlumat sahibi elm adamları tərəfindən, yüksək texnoloji təchizata sahib olan, xüsusi hazırlanmış laboratoriya şərtlərində edilir. Belə idarəli bir mühitdə genlərin müxtəlif xüsusi fermentlər istifadə edilərək DNT-dən qopardılması, bir-birləri ilə qarışdırılması, daha sonra təkrar hüceyrə içinə yerləşdirilməsi, ardınca faydalı olanların seçilməsi kimi mərhələlərin təsadüfi təsirləri əks etdirməyəcəyi açıqdır. Bu səbəbdən, təkamülçülərin həyatın mənşəyində ağıl, şüur və məlumat olmadığı iddiası etibarsızlığını bir dəfə daha göstərir. Molekulyar bioloq Michael Behe Darvin's Black Box (Darvinin qara qutusu) adlı kitabında mövzu ilə əlaqədar bunları dilə gətirir:
"Buradakı böyük problem burada yatır: Özləri də bir "quruluş daşı" olan hər nukleotid müxtəlif parçalardan meydana gəlir və bu parçaları meydana gətirən proseslər, kimyəvi mənada uyğun gəlmir. Bir kimyagər laboratoriyasında vəsaitləri ayrı-ayrı sintezləyərək bunları saf hala gətirərək və daha sonra bir-birlərilə reaksiyaya salaraq asanlıqla nukleotid əldə edə bilər. Ancaq yönləndirilməyən kimyəvi reaksiyalar qarşı qoyula bilməz bir şəkildə test qabının dibində istənməyən məhsullar və şəkilsiz qarmaqarışıq maddələrlə nəticələnəcəkdir." (216)
Edilən bütün təcrübələr əslində həyatın meydana gəlməsinin hər mərhələsində şüurlu bir idarənin vacibliyini sübut edir. Prof. Werner Gitt təkamülə dəlil olaraq təqdim Miller təcrübələri haqqında bunları ifadə edir:
"Bu cür bir təcrübədə heç bir zaman bir zülal sintezlənməmişdir. Bunlar zülallar deyil, termal zülallardır. Uzun bir amin turşusu zənciri və doğru optik rotasiyası (zülalların sol-əlli olmalarını təmin etmək üçün kimyada istifadə edilən bir üsul) olan həqiqi bir zülal əldə etmiş olsalar belə, bu təkamülün başlanğıcı ola bilməzdi. Bu zülala aid məlumatın saxlana biləcəyi bir şifrələmə sistemi olmalıdır ki, sonrakı mərhələlərdə özünü yeniləyə bilsin. Lakin ... bir şifrələmə sistemi əsla maddədən ortaya çıxa bilməz. Bu səbəblə, Miller təcrübələrinin həyatın mənşəyinin izahı mövzusunda heç bir töhfəsi olmamışdır." (217)
Məşhur fizik Prof. Paul Davies isə daha əvvəldən edilən sınaqlardakı yanaşmanın səhv olduğuna belə toxunur:
"Canlı hüceyrə ən yaxşı super bir kompyuter olaraq düşünülə bilər. Təəccüblü komplekslikdə bir hesablama və köçürmə sistemidir. DNT xüsusi həyat verən bir molekul deyil. DNT riyazi kodu istifadə edərək məlumatını çatdıran bir genetik bankdır. Hüceyrə ilə əlaqədar işlərin çoxu ən yaxşı kompyuter təchizatı kimi maddi şeylərlə deyil, proqram kimi bilik ilə təsvir edilir. Bir təcrübə balonunda kimyəviləri qarışdıraraq həyat meydana gətirməyə çalışmaq, düymələrlə və telləri lehimləyərək Windows 98 proqramını çıxarmağa bənzəyər. Bu müvəffəqiyyətli olmaz, çünki problemə səhv anlayışlar səviyyəsində yaxınlaşılır." (218)
Bütün bunlar onu göstərir ki, hüceyrədəki hər şeyin daha ilk andan etibarən yerli yerində, əskiksiz və ən mükəmməl şəkliylə olması zəruridir. Ən kiçik bir əksiklik və ya dəyişiklik hüceyrənin sonu mənasını gələcəkdir. Milyardlarla deyil, istərsə trilyonlarca dəfə trilyonlarca il sürsün, təkamül nəzəriyyəsinin iddia etdiyi növdən bir yoxlama-yanılma prosesinin canlı bir hüceyrə meydana gətirməsi mümkün deyil. Şüursuz təsadüflərin, təbiət hadisələrinin tək bir səfərdə, hüceyrədəki mürəkkəb komplekslikdəki strukturları və sistemləri ortaya çıxarmasının ehtimal xarici olduğu artıq elmi bir həqiqətdir. Bütün bu həqiqətləri görmələrinə baxmayaraq təsadüflərə ilahlıq ətf edənlər boş bir aldanışdadırlar. Allah bu kəslərin batil inanclarını Quranda belə bildirir:
Göylərin və yerin hökmü Onun əlindədir; övlad götürməmişdir. Ona mülkündə şəriki yoxdur, hər şeyi yaratmış, ona bir nizam vermiş, müəyyən bir ölçüylə təqdir etmişdir. Onun xaricində, heç bir şeyi yaratmayan, üstəlik özləri yaradılmış olan, öz özlərinə nə bir zərər, nə fayda təmin edə bilməyən, öldürməyə, həyat verməyə və yenidən diriltməyə qüdrəti olmayanları özlərinə tanrılar qəbul etdilər. (Furqan surəsi, 2-3)
