Həyatın Mənşəyi
AZEN

DNT möcüzəsi təkamül nəzəriyyəsini necə etibarsız edir?

"Hansı Daha Əvvəl" Problemi: Zülal Yoxsa, Dnt?

Oxu müddəti: ~5 dəq.

Şəkildə "leysin zəncirbəndi" (leucine zipper) adlanan zülal görünür. "Ana zəncirbənd zülalı" da adlanan bu quruluşlar normal inkişaf baxımından son dərəcə vacib
Şəkildə "leysin zəncirbəndi" (leucine zipper) adlanan zülal görünür. "Ana zəncirbənd zülalı" da adlanan bu quruluşlar normal inkişaf baxımından son dərəcə vacibdir. DNT-nin köçürülməsində tənzimləyici rol oynayırlar. Mutasiyaya uğradıqda isə xərçəng yarana bilər.

DNT ilə əlaqədar ən təəccüblü mövzulardan biri də, DNT-ni oxuyub ona görə istehsal edən fermentlərin də yenə DNT-dəki şifrələrə görə istehsalıdır. Bunun mənası budur: Hüceyrənin içində elə bir fabrik vardır ki, bu zavod həm çox müxtəlif məhsullar istehsal edir, həm də bir tərəfdən bu istehsalı həyata keçirən robot və maşınları da inşa edir. Tək bir nöqtəsində əskiklik olsa işə yaramayan bu sistemin necə ortaya çıxdığı sualı isə təkamül nəzəriyyəsini tək başına dağıtmağa kifayətdir.

DNT-nin tək zülal quruluşundakı bəzi fermentlərin köməyi ilə köçürə bilməsi və bu fermentlərin sintezinin də ancaq DNT-dəki məlumatlar istiqamətində reallaşması, zülal və DNT-nin bir-birindən asılı olduqlarını göstərər. Bu səbəbdən, DNT-nin köçürülə bilməsi üçün ən əvvəldən həm zülal, həm də DNT eyni anda var olması lazımdır. Elmi yazar John Horgan bu tərəddüdü belə açıqlayır:

"... DNT katalitik zülalların və fermentlərin köməyi olmadan etdiyi işi edə bilməz. Qısaca, DNT olmadan zülallar mövcud olmaz, amma DNT də zülallar olmadığı vəziyyətdə meydana gəlməz." (194)

Molekulyar bioloq Michael Dentona görə "Zülallar çox şey edə bilir, lakin öz inşaları üçün lazımlı olan məlumatı saxlaya və ya köçürə bilmir. Digər tərəfdən DNT məlumatı saxlaya bilir, lakin heç bir şey istehsal edə bilmir və ya özünü çoxalda bilmir. Bu səbəblə, DNT-nin zülallara, zülalların da DNT-yə ehtiyacı var. Bu qırılmaz bir dövr halında, "yumurta toyuqdan yoxsa, toyuqmu yumurtadan" paradoksunu xatırladır. (195) Andrew Scott da New Scientist jurnalındakı bir məqaləsində, zülalların və genetik kodun bir-birindən ayrı düşünülməyəcəyini belə açıqlayır:

"Klassik "toyuq və yumurta" tərəddüdü ilə məşğul oluruq. Nuklein turşuları zülalları əmələ gətirmək üçün lazımlıdır; zülallar da nuklein turşularını əmələ gətirmək və beləcə, eyni zamanda nuklein turşularının zülal istehsalı prosesində özünü istiqamətləndirməsini təmin etmək üçün lazımlıdır ... Cansız atomlardan bizim yaranmağımız yolunda, qəti olaraq həyati bir mərhələ gen-zülal əlaqəsinin ortaya çıxışı, hardasa tamamilə qaranlıq içində gizlənmişdir." (196)

Bu vəziyyət canlılığın təsadüflərlə meydana gəlməsi ssenarisini bir dəfə daha etibarsız edir. Amerikalı kimyaçı Prof. Homer Jacobson isə bu mövzuda belə deyir:

"[Həyat başladığı zaman], çoxalma planları, ətrafdan maddə və enerji təmin etmə, möhkəm inkişaf sırası və bütün bunların inkişafı üçün məlumatları tərcümə edəcək mexanizmə dair təlimatları, o anda və bir yerdə olması lazımdır. Bunların hamısının kombinasiyası təsadüfən reallaşa bilməz." (197)

Prof. Jacobson bu ifadələri Ceyms Watson və Francis Crick tərəfindən DNT-nin quruluşunun açılmasından iki il sonra yazmışdı. Ancaq elmdəki bütün nailiyyətlərə baxmayaraq, bu problem təkamülçülər üçün hələ həllini tapmamış qalır. Təkamülçü bioloq Prof. Dr. Əli Dəmirsoy da zülal və DNT-nin birlikdə meydana gəlmə ehtimalı haqqında bu etirafı etmək məcburiyyətində qalır:

"Bir zülalın və nüvə turşusunun (DNT-RNT) əmələ gəlmə ehtimalı təxminlərin çox kənarında bir ehtimaldır. Hətta müəyyən bir zülal zəncirinin ortaya çıxma ehtimalı astronomik deyiləcək qədər azdır." (198)

Dəmirsoyun bəhs etdiyi ehtimal isə praktikada sıfırdır. Təkamülçü Dr. Leslie Orgel isə 1994-cü il tarixli bir məqaləsində eyni həqiqət qarşısında belə deyir:

"Son dərəcə kompleks strukturlara sahib olan fermentlərin və nuklein turşularının (RNT və DNT) eyni yerdə və eyni zamanda təsadüfi olaraq meydana gəlmələri həddindən artıq dərəcədə ehtimal xaricidir. Amma bunların biri olmadan digərini əldə etmək də mümkün deyil. Bu səbəbdən, insan həyatın kimyəvi yollarla ortaya çıxmasının əsla mümkün olmadığı nəticəsini qəbul etmək məcburiyyətində qalır." (199)

"Həyatın kimyəvi yollarla ortaya çıxması qeyri-mümkündür" demək, "həyatın öz-özünə meydana gəlməsi qeyri-mümkündür" deməkdir. Bu həqiqət, canlılığın bir anda yaradıldığının açıq bir isbatıdır. Ancaq təkamülçülər açıq dəlillərini gördükləri bu həqiqəti ideoloji səbəblərlə qəbul etməzlər. Allahın varlığını qəbul etməmək üçün, qeyri-mümkün olduğunu özlərinin də bildiyi axmaq ssenariləri müdafiə edirlər. Bir başqa təkamülçü Caryl P. Haskins DNT şifrəsinin təsadüfən meydana gəlməsinin qeyri-mümkünlüyünü və bu həqiqətin yaradılış üçün güclü bir dəlil olduğunu belə ifadə edir:

"Biokimyəvi genetika səviyyəsində təkamülə aid ən əhatəli suallar hələ cavablandırılmamışdır. Genetik şifrə ilk dəfə necə ortaya çıxmışdı və necə təkmilləşmişdi? Bu gün yaşayan bütün orqanizmlərdə həm DNT-nin replikasiyası, həm də DNT şifrəsinin təsirli bir şəkildə çevrilmə prosesləri son dərəcə qəti fermentlərə ehtiyac duyur. Eyni zamanda, bu fermentlərin molekulyar strukturlarının DNT-nin özü tərəfindən qəti bir şəkildə ifadə olması, diqqətə dəyər təkamülçü bir sirri ortaya qoyur ... Şifrə və şifrəni çevirmə yolları təkamül müddətində özbaşınamı ortaya çıxmışdı? Belə bir təsadüfün reallaşa biləcəyinə inanmaq az qala ağlasığmazdır. Bu pazl (puzzle) Darvindən əvvəlki dövrdə olduğu kimi, Darvindən sonra da təkamüldən şübhə duyanlar tərəfindən, xüsusi yaradılış üçün ən güclü dəlil növü olaraq şərh olunmuşdur." (200)

Tək hüceyrəli bir orqanizm belə, elm adamlarının anlayışlarının xaricində bir kompleksliyə malikdir. Çünki bu kiçik canlı da tək başına surətini meydana gətirən böyük həcmdə bir genetik koddan ibarətdir. Bu kod isə yalnız nizam deyil, eyni zamanda yazılı məlumat da tələb edən bir quruluşa malikdir. Ayrıca, bu DNT kodunun yalnız doğru olaraq yazılması kafi deyil. Eyni zamanda, hüceyrənin qalan hissəsi, şifrəli olaraq yazılmış bu təlimatları oxuyub təqib etməlidir. Necə ki, canlı varlıqların hamısı, aldıqları bu əmrlər nəticəsində son dərəcə mütəşəkkil əməliyyatlar icra edən qüsursuz strukturlara sahib olarlar.

Şübhəsiz ki, şüursuz hüceyrə orqanoidlərinin bu kodların dilini öz-özünə öyrənməsi, ya da bunları təsadüf əsəri həll etməsi qeyri-mümkündür. Kodun mövcud olması, həll edilməsi, buradakı məlumatın köçürülməsi, doğru bir şəkildə istifadə edilməsi ... hər mərhələsi ayrı şüur və ağıl tələb edən əməliyyatlardır. Yaxşı, hüceyrədəki ferment və ribosomlar bu əməliyyatları etməli olduğunu haradan bilir? Bunu bildiklərini fərz etsək belə, bilmədikləri bir quruluşdakı şifrələri səhvsiz olaraq həll etmələri necə mümkün olur? Məhz bu nöqtədə soruşulan bütün suallar bir tərəfdən təkamülçülərin ziddiyyətlərini vurğulayarkən, bir tərəfdən də yaradılışdakı üstün ağıl və elmi sərgiləyən həqiqətləri ortaya qoyur. Quranda belə buyrulur:

Rəbbin, dilədiyini yaradar və seçər; seçki onlara aid deyil. Allah, onların qoşduqları şəriklərdən uzaqdır və ucadır. Rəbbin onların sinələrinin saxladıqlarını və aşkara çıxartdıqlarını da bilir. O, Allahdır ki, Ondan başqa ilah yoxdur. Dünyada da, sonda da həmd Ona məxsusdur. Hökm Onundur və siz Ona qaytarılacaqsınız. (Qəsəs surəsi, 68-70)