Həyatın Mənşəyi
AZEN

DNT möcüzəsi təkamül nəzəriyyəsini necə etibarsız edir?

Genetik Məlumatın Mənşəyi Təsadüflərlə Açıqlana Bilməz

Oxu müddəti: ~5 dəq.

Təkamülçülərin izahlarına baxdıqda qarşılaşdığımız hər mükəmməlliyi "təsadüflərin məhsulu" olaraq izah etməyə çalışdıqlarını görürük. Hüceyrənin kompleks quruluşu da təkamülçülər üçün təsadüflərin üstün bir müvəffəqiyyəti (!), məqsədəuyğun seçkilərinin (!) bir nəticəsidir. Darvinistlər hər şeyin yaradıcısı qəbul etdikləri təsadüfün nə olduğunu düşünmədən bu inamsızlığın ilk hüceyrəni meydana gətirdiyini hesab edərlər və bütün nəzəriyyələrini bu hüceyrə üzərində qurarlar. Ancaq nəinki hüceyrə, ən sadə orqanizm belə təkamülçülərin fərz etdiyi kimi təsadüfən ola bilməz. London Universitetindən hüceyrə bioloqu Dr. Ambrose bu qeyri-mümkünlüyü belə ifadə edir:

"Ən sadə tək hüceyrəli kompleks orqanizm belə, o qədər kompleks DNT zəncirlərini malikdir ki, bu tənzimləmənin ehtimalı 102.000.000 (birin arxasında 2 milyon sıfırla ifadə edilər) da bir kimi xəyal edilə bilməyəcək bir ehtimala sahibdir." (181)

Riyaziyyat elmi bu gün DNT-də yazılı məlumatların meydana gəlməsində təsadüfə yer olmadığını sübut edir. Nəinki milyonlarla pillədən ibarət DNT molekulunun, həmçinin, DNT-ni meydana gətirən 30.000 gendən tək birinin belə təsadüfən yaranmaq ehtimalı, qeyri-mümkün tərifinin belə zəif qaldığı bir vəziyyətdir. Təkamülçü bioloq olan Frank B. Salisbury bu mümkünsüzlüklə əlaqədar olaraq bunları söyləyir:

"Orta ölçüdəki bir zülal molekulu təxminən 300 amin turşusu ehtiva edir. Buna nəzarət edən DNT zəncirində isə təxminən 1.000 nukleotid olacaqdır. Bir DNT zəncirində dörd növ nukleotid olduğu, 1.000 nukleotidlik bir sıra, 4 üzəri 1000 fərqli şəkildə ola biləcək. Kiçik bir loqarifm hesabı ilə olan bu rəqəm isə, ağlın qavrama sərhəddindən çox uzaqdır. 1/41000 kiçik bir loqarifm hesabı nəticəsində 1/10600 mənasını verər. Bu rəqəm 10-un yanına 600 sıfır əlavə olunmasıyla əldə edilir. 10-un yanında 12 dənə sıfır 1 trilyonu ifadə edərkən, 600 dənə sıfırlı bir rəqəmin həqiqətən də qavranması mümkün deyildir." (182)

Bu səbəbdən, mühitdə bütün lazımlı nukleotidlərin olduğunu, bunların aralarında bağlanması üçün lazım olan bütün kompleks molekulların və məcburi fermentlərin hamısının hazır olduğunu fərz etsək belə, bu nukleotidlərin istənilən sırada düzülməsi ehtimalı 101\600 ehtimal deməkdir. Qısacası, insan bədənindəki təxminən, bir zülalın DNT-dəki şifrəsinin təsadüf əsəri öz-özünə meydana gəlmə ehtimalı, 10-un yanında 600 dənə sıfır olan sayda 1-dir. Bu astronomikdən kənar say isə praktik olaraq 0 ehtimal mənasını verər. Darvin Was Wrong: A Study in Probabilities (Darvin səhv idi: ehtimalları içində bir araşdırma) adlı kitabın yazıçısı I. L. Cohen də genetik məlumatın təsadüf əsəri kimi ortaya çıxa bilməyəcəyini belə açıqlayır:

"Riyaziyyatçılar 1050-nin kənarında hər hansı bir rəqəmin statistik olaraq meydana gəlmə ehtimalını sıfır olaraq qəbul edirlər. Ən kiçik tək hüceyrəli bakteriya da daxil olmaqla bildiyimiz hər hansı bir növ 100 və ya 1000-dən daha çox nukleotidə sahibdir. Əslində tək hüceyrəli bakteriyanın müəyyən bir düzülüşü sahib olduğu 3.000.000-ə qədər nukleotidi var. Bu da bilinən hər hansı növdə bir canlının təsadüflər və ya təsadüfi mutasiyalar (təkamülçülərin ən sevdiyi ifadə) nəticəsində meydana gəlmə ehtimalı olmadığını göstərir." (183)

Nukleotidlərin təsadüfən bir yerə gələrək RNT və DNT-ni meydana gətirmələrinin qeyri-mümkünlüyünü təkamülçü fransız elm adamı Paul Auger də belə ifadə edir:

"Təsadüfi kimyəvi hadisələr sayəsində, nukleotidlər kimi kompleks molekulların ortaya çıxışı mövzusunda məncə iki mərhələni dəqiq bir şəkildə bir-birindən ayırmaq lazımdır; tək-tək nükleotidlərin istehsal edilməsi ... və bunların çox xüsusi ardıcıl halda bir-birinə bağlanması. Elə bu ikincisi mümkünsüzdür." (184)

Bu qeyri-mümkünlüyü çox sadələşdirilmiş belə bir nümunə üzərində düşünə bilərik. Otaqdakı bir partlayış nəticəsində ortaya ədəbi bir əsərin, üstəlik də səhifələri cildlənmiş olaraq çıxmayacağı açıqdır. Bunun təsadüfən özbaşına meydana gəldiyini iddia edən biri ilə də qarşılaşsanız, ilk olaraq bu adamın ağlına şübhə edərsiniz. Ancaq təkamülçülərin təsadüflərin bacardığını iddia etdikləri şey bu nümunədəki imkansızlıqdan daha böyükdür. Ancaq təsadüf iddialarının hər cür məntiqsizliyinə və imkansızlığına baxmayaraq, Darvinin mirasına kor-koranə bir sədaqət içində olanlar "təsadüflər yenə də bunu bacarar" deyirlər. Təkamül nəzəriyyəsinin etibarsızlığını izah edən Evolution: A Theory in Crisis (Təkamül: böhran içində bir nəzəriyyə) adlı kitabın yazıçısı məşhur molekulyar bioloq professor Michael Denton elə bu bənzərsiz mükəmməlliyi təsadüflərə əsaslandırmaq istəyənlərə qarşı duyduğu heyrəti belə ifadə edir:

"Ümumi təkamül üçün lazım olan təsadüfi struktur nizamlamalar, məntiqi fəlakətlərdir. Yalnız bir neçə yüz sözdən ibarət olan bir mətni təsadüfən qrammatika qaydalarına uyğun olaraq istehsal etmək ehtimalının yox deyiləcək qədər kiçik olduğunu söyləmək hadisənin əhəmiyyətini olduğundan daha aşağı göstərir. Bu cür hər hansı bir quruluş ağlın varlığını göstərir ... Təsadüfi proseslərin həqiqiliyinə, ya da təsadüflərin insan ağlının məhulu olan hər hansı bir şeydən daha kompleks olan funksional bir zülal, ya da genin ən kiçik hissəsini meydana gətirə bilməsinə həqiqətən inanıla bilərmi?" (185)

Prof. Michael Denton darvinistlərin bu ağıldankənar inancını bir başqa sözündə isə belə izah edir:

"Yüksək orqanizmlərin genetik proqramlarının quruluşu milyardlarla bit (kompyuter vahidi) məlumata, ya da min cildlik kiçik bir kitabxananın içindəki bütün hərflərin düzülməsinə bərabərdir. Bu cür kompleks orqanizmləri meydana gətirən trilyonlarca hüceyrənin inkişafını təyin edən, əmr edən və nəzarət edən saysız kompleks funksiyanın tamamilə təsadüfə əsaslanan bir müddət nəticəsində meydana gəldiyini iddia etmək isə insan ağlına yönəlmiş bir hücumdur. Amma bir darvinist bu düşüncəni ən kiçik bir şübhə əlaməti belə göstərmədən qəbul edər!" (186)

Kembric Universitetindən filosof Dr. Stephen C. Meyer də həyatın mənşəyi ilə əlaqədar təsadüfə əsaslanan şərhlərin etibar ediləcək növdən olmadıqlarını belə ifadə edir:

"Həyatın mənşəyi xaricindəki biologiya sahələrində hələ bioloji məlumatın mənşəyi üçün təsadüf, səbəbsiz bir şərh olaraq qəbul edilə bilər, lakin bunu bir neçə tədqiqatçıdan başqa heç kim ciddi şəkildə dəstəkləmir. 1950-ci və 1960-cı illərdə molekulyar bioloqlar zülalların və nuklein turşularının düzülüşündəki özünə xas xüsusiyyəti təqdir etməyə başladıqdan bəri funksional zülalları və nuklein turşuları təsadüfi olaraq meydana gətirmə ehtimalı ilə hesablanmışdır. Primitiv şərtlərin üstün olduğu fərz edilsə belə (həqiqətən və ya deyil) ... bioloji makromolekulların faydalı düzülüşə təsadüfən sahib olma ehtimalı Ilya Prigoginenin sözləri ilə "yox deyiləcək qədər az ... hətta ... milyardlarla illik zaman ölçüsündə belə." (187)

Bu ehtimalların qeyri-mümkünlüyünü təkamülçülər də bilmələrinə baxmayaraq, həqiqətlər qarşısında müqavimət göstərirlər. Bu həqiqət, DNT-nin quruluşundakı komplekslik və mükəmməlliyin ancaq üstün bilik və ağıl sahibi bir Yaradıcının-Uca Rəbbimizin-varlığıyla açıqlana biləcəyidir. Bir ayədə belə bildirilir:

Haqqı batil ilə örtməyin və haqqı gizlətməyin. (Qaldı ki) siz (həqiqəti) bilirsiniz. (Bəqərə surəsi, 42)