Həyatın Mənşəyi
AZEN

DNT möcüzəsi təkamül nəzəriyyəsini necə etibarsız edir?

Kimyəvi Təkamül Iddialarının Əsassızlığı

Oxu müddəti: ~7 dəq.

Darvin isti bir gölün içində həyatın xammalı olan bəzi kimyəvi elementlər olduğu təqdirdə zülalların meydana gələ biləcəyini, bunların da çoxalıb birləşib bir hüceyrə meydana gətirə biləcəyini müdafiə etmişdi. (201) Darvinin bu xəyalını reallaşdırmaq və həyatın mənşəyinə saxta təkamüllü bir şərhi gətirmək üçün çalışan minlərlə elm adamı da bu çıxılmaz yola girdilər.

Rus biokimyaçı Aleksandr Oparin və İngilis genetik J.B.S. Haldana 1920-ci illərdə "kimyəvi təkamül" kimi bilinən nəzəriyyəni ortaya atdılar. Darvinin xəyal etdiyi kimi, həyatın xammalı olan molekulların enerji təsirilə, öz-özlərinə təkmilləşib canlı bir hüceyrə əmələ gətirə biləcəyini iddia etdilər. Ancaq Oparin də daxil heç bir təkamülçü, bu "kimyəvi təkamül" iddiasını dəstəkləyəcək bir tapıntı ortaya qoya bilmədi. Əksinə, XX əsrdə edilən hər yeni kəşf canlılığın qətiyyən təsadüflərlə əmələ gəlməyəcək qədər kompleks olduğunu göstərdi. Məşhur təkamülçü Leslie Orgel bu mövzuda bu etirafı etmişdir: "(DNT, RNA və zülalların quruluşu araşdırıldığında) insan, həyatın kimyəvi yollarla ortaya çıxmasının əsla mümkün olmadığı nəticəsini qəbul etmək məcburiyyətində qalır." (202)

İnsanın quruluş daşı olan hüceyrə bir yana, DNT-nin təməl quruluşundakı nükleotidlərin belə, təsadüflər nəticəsində erkən dünya şərtlərində kimyəvi xüsusiyyətlərini qoruması mümkün deyil. Təkamülçü xətdə nəşr edən elm jurnallarından Scientific American-da yer alan bu sətirlər təkamülçülərin bu mövzudakı etiraflarını dilə gətirir:

"Ehtimal olunan primitiv dünya şərtlərinin təqlid edildiyi həqiqi təcrübələrdə, ən sadə molekullar belə yalnız az miqdarda istehsal edilmişdir. Daha da pisi, bu molekullar ümumiyyətlə üzvi molekulların ikinci dərəcədən quruluş daşlarıdır. Normal təsirləri get-gedə daha kompleks üzvi qarışıqlar yaratmaq olan geokimyəvi reaksiyalar nəticəsində necə olub ki, molekulların ayrıla bildikləri və saflaşa bildikləri hələ bir problem olaraq dayanır. Bir az daha kompleks molekullar üçün, bu çətinlik sürətlə daha da böyüyür." (203)

Alman elm adamları Reinhard Junker və Siegfried Scherer də canlılıq üçün lazımlı molekulların hamısının sintezinin ayrı-ayrı şərtlər tələb etdiyinə diqqət çəkərlər. Bu vəziyyət Junker və Şererə görə, həyat üçün lazım olan bir çox fərqli maddənin bir yerə gəlmə ehtimalının heç olmadığını göstərir:

"Kimyəvi təkamül üçün lazımlı bütün molekulların əldə ediləcəyi bir təcrübə bilinmir. Bu səbəbdən, müxtəlif molekulların müxtəlif yerlərdə çox uyğun şərtlərdə istehsal edilib hidroliz (bir molekulun suyun təsiriylə ikiyə ayrılmasını təmin edən reaksiya) və fotoliz (suyun işıq enerjisi ilə ayrılması hadisəsi) kimi zərərli faktorlara qarşı qorunub yeni bir reaksiya bölgəsinə daşınmağı lazımdır. Burada təsadüfdən bəhs edilə bilməz, çünki belə bir hadisənin reallaşma ehtimalı yoxdur." (204)

Dr. John Keosian da The Origin of Life (Həyatın Mənşəyi) kitabında təkamülçülərin içində olduğu bu çarəsizliyi bu sözlərlə etiraf edir:

Kimyəvi təkamül iddiaları həqiqətdən kənardır. Biokimyəvi komponentlərin, biokimyəvi reaksiyaların və mexanizmlərin, enerji mübadiləsinin və saxlanmasının, müəyyən polimerləşmələrin, şifrələrin, transkripsiya (DNT-dəki genetik məlumatın, RNT-yə köçürülməsi) və translyasiya (RNT-dəki genetik məlumatın oxunaraq zülal istehsal edilməsi) mexanizmlərinin və daha bir çox təfərrüatın, ibtidai suların içində canlılar hələ ortaya çıxmazdan əvvəl canlı bədənində edəcəkləri funksiyalar ilə birlikdə var olduqlarına inanmağımız gözlənilir. Kimyəvi təkamül öz içərisində sona çatmışdır. Çox vaxt həyatdan kənar üzvi kimyəvi sintezlərdə heç bir şəkildə meydana gələ bilməyəcək, lakin canlılıq üçün uyğun şərtlərdə təşkil olunan uydurma ya da məharətlə təhrif edən laboratoriya sintezləri ilə qarşımıza çıxır ... Ön fikirli qənaətlərimizi dəstəklədiyi üçün təcrübələri, nəticələri və mühakimələri qəbul etməyə hazırıq ... Həyatın mənşəyi probleminə həll olaraq indiki vaxtda ortaya atılan yanaşmalar ya mövzudan kənardır, ya da kor bir nöqtədə sona çatır. Elə böhran da burada yatır ... (205)

DNT-nin varlığından ancaq hüceyrə bütün orqanoidləri ilə əskiksiz mövcud olduqda danışmaq olar.
DNT-nin varlığından ancaq hüceyrə bütün orqanoidləri ilə əskiksiz mövcud olduqda danışmaq olar.

Kimyəvi təkamül ssenarisinin qeyri-mümkünlüyü DNT molekulunun quruluşu etibarilə də mümkün deyil. Çünki DNT molekulu öz halına buraxıldıqda dayanıqlılığını itirər, yəni xarici faktorlar molekulun quruluşunun asanlıqla pozulmasına səbəb olar. DNT-nin hüceyrə içərisində qərarlı olmasının səbəbi böyük ölçüdə xüsusiləşmiş fermentlər tərəfindən nəzarət edilməsi və təmir edilməsi sayəsindədir. Hüceyrə xaricində təkamülçülərin iddia etdiyi kimi ibtidai okeanların içində üzərkən DNT-nin molekul quruluşunu qoruması-qərarlı qalması-mümkün deyil. Əksinə, bu molekulun saxta ibtidai okean mühitində pozulma nisbəti, sintez sürətindən daha çox olacaqdı.(206) Kimyaçı Dr. Charles B. Thaxton, Dr. Roger L. Olsen və Prof. Walter L. Bradleyin ortaq işi olan The Mystery of Life's Origin (Həyatın mənbəyinin sirri) adlı kitablarında "Okean mühitindəki kimyəvi şorbada, RNT və digər əsas biomolekul sintezinin çoxlu sayda çarpaz reaksiya səbəbiylə, hardasa hər bir dövrdə qısa dövr etməsi olacaq" deyərək, həyat üçün lazımlı maddələrin dayanıqlılığını qoruya bilməyəcəklərinə toxunur. (207)

Necə ki, bir biokimyaçı DNT-ni hüceyrədən ayıranda və ya laboratoriyada sintez edəndə, onu, əriməsinə səbəb olacaq suyun içində və ya olduğu qabı otaq istiliyində, laboratoriya dəzgahı üzərində buraxmaz. Böyük ehtimalla, ağzını möhkəmcə bağlayıb bir balon içərisində azot altında və çox soyuqda saxlayardı. Qaldı ki, bu şərtlərdə belə molekul içərisindəki kimyəvi əlaqələr yavaşca parçalanır və bioloji fəaliyyət zaman içində itir. (208)

Təkamülçülər saxta ibtidai okean içərisində və təbii şərtlər altında DNT, RNT və zülal molekullarının sürətlə yox ediləcəyi həqiqətini, tamamilə görməzlikdən gəlirlər. Dr. Carl Sagan The Origins of Prebiological Systems (Prebioloji sistemlərin mənşəyi) adlı kitabında, həyatın mənşəyi ilə əlaqədar mövcud ssenarilərin məqbul olmadığını belə qəbul edir:

"Müzakirə etdiyimiz problem çox ümumidir. Üzvi molekullar almaq üçün enerji qaynaqları istifadə edirik. Lakin eyni enerji qaynaqlarının bu üzvi molekulları yox edə biləcəyi də aydın olmuşdur. Üzvi kimyaçı reaksiya məhsulları pozulmadan əvvəl bunları enerji qaynağından dərhal uzaqlaşdıra bilər. Lakin həyatın mənşəyindən söz edəndə, sintezlə birlikdə eyni zamanda pozulmaların da reallaşdığını və bu məhsullar dərhal uzaqlaşdırılmadıqda, reaksiyanın gedişatının fərqli olacağını görməməzlikdən gəlməməliyik. Həyatın mənşəyini təkrar etməyə çalışarkən bu çətinliklə bir şəkildə qarşılaşmayacağımız məqbul ssenarilər xəyal etmək məcburiyyətindəyik!" (209)

Burada unudulmaması lazım olan DNT-dəki məlumatlar oxuyacaq, bu təlimatları qəbul edən zülal istehsalı edə biləcək mexanizmə sahib bir hüceyrə belə yoxkən DNT-dəki məlumatın bir mənası olmayacağıdır. Təkamülçülərin irəli sürdüyü ibtidai dünya şərtlərində DNT molekulunun-hər cür mümkünsüzlüyə baxmayaraq-özbaşına meydana gəldiyini fərz etsək belə, DNT-nin varlığı tək başına bir məna daşımazdı. Prof. David E. Green və Prof. Robert F. Goldberger təkamülçü şəxsiyyətlərinə baxmayaraq, hüceyrənin mərhələli olaraq özbaşına ortaya çıxdığı görüşünün etibarsızlığını belə ifadə edirlər:

... Makromolekuldan hüceyrəyə keçid fantastik ölçülərdə bir sıçrayışdır və test edilə bilən bir fərziyyə deyil. Bu sahədə hər şey fərziyyələrdən ibarətdir. Mövcud məlumatlar hüceyrələrin bu planetdə özbaşına ortaya çıxdığını, həqiqi olaraq fərz ediləcək bir təməl meydana gətirmir.210

New York Times qəzetinin elmi yazıçısı Nicholas Wade İyun 2000-ci ildə nəşr olunan "Həyatın mənşəyi daha qaranlıq və daha kompleks olur" adlı məqaləsində "Dünyada həyatın mənşəyiylə əlaqədar hər şey bir sirdir və nə qədər çox şey bilinsə, tapmaca da o qədər dərinləşir." deyir. (211) Biokimyaçı Prof. Michael J.Behe isə təkamül ssenariləri baxımından elmin içində olduğu vəziyyəti belə xülasə edir:

"Əslində, əksər elm adamı həyatın başlanğıcı mövzusunda izah verməyiblər. Digər tərəfdən bir qisim elm adamları həyatın mənşəyi mövzusunda bu kitabda təsvir edilən böyük çətinliklərə baxmayaraq, təkamülün asanlıqla açıqlana biləcəyini düşünürlər. Bu qəribə vəziyyətin səbəbi isə belədir: kimyaçılar həyatın mənşəyi ssenarilərini ölçülərlə və təcrübələrlə test edirlər. Ancaq təkamülçü elm adamları təkamül ssenarilərini nə ölçü, nə də təcrübələrlə molekulyar səviyyədə test etməyə təşəbbüs etmirlər. Elə bu səbəblə, həyatın mənşəyi işlərinə hakim olan təkamülçü biologiya, təcrübələr edilmədən əvvəlki 1950-ci illərdəki zehniyyətdə ilişib qalmışdır: Xəyal gücü sərhədsiz istifadə olunaraq. Biokimyanın inkişafıyla əslində təkamül nəzəriyyəsinin qətiyyən açıqlaya bilmədiyi bir dünya ortaya çıxmışdır və bu dünya canlıların hamısında mövcuddur. Darvinin başlanğıc nöqtəsi olan həyatın mənşəyi və görmənin mənşəyi nəzəriyyə tərəfindən qətiyyən açıqlanmamışdır. Darvin heç bir zaman həyatın ən təməl səviyyəsində belə olan bənzərsiz kompleksliyi xəyal edə bilməmişdir." (212)

Təkamülçülərin anlamaq istəmədikləri nöqtə də budur: Darvin canlıların kompleksliyini əvvəldən görə bilməyəcək qədər səthi məlumatlara sahib, yalnız müşahidələrinə əsaslanaraq izah verən həvəskar bir elm adamı idi. Təkamül nəzəriyyəsinə kor-koranə bir bağlılıq göstərən bir çox elm adamı da özlərini bu cəhalətin çıxılmaz vəziyyəti içində tapır. İstər etibarlarını itirmə narahatlılığından, istər doğruları danışma cəsarəti göstərə bilməməkdən, istərsə də Allahın yaratmasını qəbul etmək istəmədikləri üçün toplu bir yalanın hissəsi olmuşlar. Ancaq həqiqətlər elə aydındır ki, bəzən etiraf xaricində təkamülçülərin də söyləyəcək sözləri yoxdur. Müasir təkamülçülərindən biri olmasına baxmayaraq, biokimyaçı Klaus Dose həyatın guya ibtidai mühitdə özbaşına meydana gəlməsinin qeyri-mümkünlüyünü belə qəbul edir:

"Bunun ardınca hələ açıqlanamamış bir tapmaca var, yəni, genlərimizdə məskunlaşan məlumat nümunəsində olduğu kimi bioloji məlumatın qaynağı sualı ... Sadə nukleotidlərin və ya hətta ibtidai dünya şərtlərində köçürülə bilən polinukleotidlərin özbaşına meydana gəlməsi ehtimalı bu sahədə edilən saysız müvəffəqiyyətsiz təcrübə əsasında artıq qeyri-mümkün olaraq qəbul edilməlidir." (213)

"Həyatın kimyəvi yollarla ortaya çıxmasının qeyri-mümkün olması", "həyatın təsadüfən ortaya çıxması qeyri-mümkündür" deməkdir. Bu səbəbdən, həyatın mənşəyini təsadüflə izah etməyə çalışan təkamül nəzəriyyəsi daha ilk mərhələdə çökür. Həyatın mənşəyi təsadüf olmadığına görə elm açıqca göstərir ki, həyat qüsursuz bir şəkildə yaradılmışdır. Yalnız ilk canlılıq deyil, yer üzündəki bütün fərqli canlı sinifləri ayrı-ayrı yaradılmışlar. Necə ki, fosillər bu xüsusu təsdiqləyir, bütün növlərin yer üzündə bir anda və özünəməxsus quruluşları ilə ortaya çıxdıqlarını, heç bir təkamül müddəti keçirmədən yaradıldıqlarını göstərir.

İstinadlar

  1. Duane T. Gish, Creation Scientists Answer Their Critics, Institute for Creation Research, ABD, 1993, s. 275. ↩