Həyatın Mənşəyi
AZEN

DNT möcüzəsi təkamül nəzəriyyəsini necə etibarsız edir?

Giriş

Oxu müddəti: ~2 dəq.

Təkamül nəzəriyyəsi molekulyar səviyyədə əsas çıxılmaz vəziyyətdədir. Canlıların mənşəyi mövzusu təkamül nəzəriyyəsi baxımından paleontologiya, geologiya, antropologiya kimi elm sahələrində olduğu kimi çox böyük bir problemdir. Həmçinin, təkamülçülərin problemi yalnız amin turşusu, zülal kimi canlılığın quruluş daşları ilə məhdud deyil. Bunlardan da əlavə, əsl çıxılmaz vəziyyət canlı hüceyrəsinin fövqəladə kompleks quruluşundadır. Çünki hüceyrə amin turşusu quruluşlu zülallardan meydana gəlmiş bir yığın deyil, insanoğlunun indiyə qədər qarşılaşdığı ən kompleks sistemlərdən biridir.

Darvinistlərin içindən çıxa bilmədikləri şey, təkamül nəzəriyyəsini aktual saxlamaq üçün arxasında dayandıqları fərziyyələrdən qaynaqlanır. Darvinistlərə görə ilk canlı mütləq primitiv olmaq məcburiyyətindədir və doğru kimyəvi maddələr bir yerə gətirildikdə həyat təsadüfən özbaşına ortaya çıxa bilməlidir. Məhz bu batil inanclar darvinistləri, "vulkanik qazlar və şimşəklər DNT-ni və sonra da həyatı meydana gətirdi!" kimi bir nağıla inanmaq məcburiyyətində qoymuşdur. Darvinistlərə görə ən qabaqcıl texnologiya, ən inkişaf etmiş laboratoriya və əsrlərin elmi təcrübəsi ilə belə bir bənzəri yaradıla bilməmiş canlı hüceyrələrin milyonlarla sayda təsadüf əsəri bir yerə gələrək son dərəcə həyati məsuliyyətlər daşıyan orqanları inşa etmişlər. Üstəlik, bu orqanlar da qüsursuz bir koordinasiya içində işləyərək insan bədənini meydana gətirmiş və öz-özlərinə onu canlı saxlama məsuliyyəti qazanmışlar. Bu darvinist hekayələrin elmi bir dəstəyi olmadığı kimi, ağıl və məntiqlə da açıq-aşkar ziddiyyət təşkil edir. Özü də təkamülçü olan fransız elm adamı Pierre Paul Grasse içində olduqları çətinliyə belə diqqət çəkir:

"... bəzi insanlar tərəfli olduqları üçün qəsdən həqiqətləri görməməzlikdən gələrlər və öz inanclarının yetərsizliklərini və səhv olduğunu inkar edərlər." (174)

İngiltərə Salford Universitetinin Dos. L. R. Croft How Life Began (Həyat necə başladı) adlı kitabında təkamülçülərin nəzəriyyənin içində olduğu çıxılmaz vəziyyətə necə əhəmiyyət vermədiklərinə belə toxunmuşdur:

"Ən əsas suallardan biri olan həyatın mənşəyi təkamülçü sorğulamaların əsl çıxış nöqtəsidir. Lakin yenə də təkamülçülər bu suala kifayət qədər əhəmiyyət verməzlər ... həyatın mənşəyi mövzusu üzərində elə də dayanılmamışdır. Darvinin özü də bu mövzunu diqqətə almamışdır... " (175)

Darvinistlər molekulyar səviyyədə reallaşdığı iddia edilən guya təkamüllə meydana gələnlərdən heç birisini sübut etməmişlər. Elmin inkişaf etməsi isə bu suallara cavab tapmaq bir yana, sualları təkamülçülər baxımından daha da kompleks və içindən çıxılmaz hala gətirmişdir. Quruluş və xüsusiyyətləriylə DNT kimi bir molekulun təkamülçülərin irəli sürdüyü kimi təsadüflər nəticəsində meydana gəlməsinin nə dərəcə məntiqdən kənar olduğunu sonrakı sətirlərdə elm adamlarının şərhlərində və şəxsən təkamülçülərin etiraflarında görəcəyik.