Oxu müddəti: ~13 dəq.
Neo-darvinizm Darvinin təkamül nəzəriyyəsini, Avstriyalı bioloq Qreqor Mendelin genetik varislik qanunları ilə birləşdirərək, elmi inkişaflara uyğunlaşdıraraq gündəmdə tutma səyidir. Müasir sintez də deyilən neo-darvinizm əslində, Darvinin cəhalətini bütün açıqlığıyla ortaya qoyan bir vəziyyətdir. Canlılardakı müxtəlifliyi təbii seleksiya ilə şərhə çalışan Darvin canlılardakı xüsusiyyətlərin varislik yoluyla sonrakı nəsillərə köçürüldüyünü bilmirdi. Təkamül nəzəriyyəsinin bu yeni versiyası bu cəhaləti örtmə səyinin bir nəticəsidir. Ancaq neo-darvinist nəzəriyyəni hər nə qədər aktuallaşdırmağa çalışsalar da, əvvəldən çürük təməllər üzərinə qurulmuş bir nəzəriyyə olduğu üçün məqsədlərində müvəffəqiyyətli ola bilməmişlər.

Neo-darvinistlər də Darvin kimi canlılardakı müxtəlifliyin özbaşına meydana gəldiyini və təsadüfi olduğunu irəli sürdülər. (222) Bu səhv məntiqin üzərinə əlavə olaraq mutasiyaları, təkamülçülərin digər bir sözü ilə təsadüfi genetik dəyişiklikləri, canlılığın qaynağı olaraq göstərdilər. DNT-nin köçürülməsi əsnasında ortaya çıxan səhvlər ola biləcək ən kiçik mutasiya olduğu üçün neo-darvinistlər bunu nəzəriyyələri üçün istifadə edə biləcəklərini düşündülər. (223) Lakin ən kiçik bir köçürmə səhvi belə-tək bir nukleotiddəki dəyişiklik-son dərəcə əhəmiyyətli nəticələr yaradır.
Neo-darvinistlər kiçik dəyişmələrin, genetik məlumatın əvvəl bir yerində, sonra bir başqa yerində reallaşdığını söylədilər. (224) Biofizik Dr. Lee Spetner "Neo-darvinist nəzəriyyə gec-tez böyük dəyişmələrin olacağını irəli sürür. Bu kifayət qədər penni yığaraq, milyoner olmaq kimi bir şeydir." (225) sözləriylə nəzəriyyənin həqiqiliyi olmadığını vurğulayır.
Fransız Elmlər Akademiyasının üzvü, Paris Universitetindən riyaziyyatçı, bioloq və tibb həkimi olan Prof. Marcel-Paul Schützenberger, neo-darvinizmi riyazi dəlillərlə çürütmüş bir elm adamıdır. Mathematical Challenges in the Neo-Darwinian Interpretation of Evolution (Təkamülün Neo-Darvinist şərhinə riyazi meydan oxuma) adlı kitabında belə bir nəticəyə çatır:
Neo-darvinizmin təkamül nəzəriyyəsində ciddi bir boşluq olduğuna inanırıq. Və inanırıq ki, bu boşluq elə bir təbiətə malikdir ki, müasir biologiya anlayışı ilə yeri dolmayacaq bir boşluqdur. (226)
Neo-darvinizmə görə təsadüfi genetik mutasiyalar təkamül üçün xammal meydana gətirər. Ancaq bu gün bir çox elm adamının qəbul etdiyi kimi, canlılardakı komplekslik səviyyəsi neo-darvinizmin fərz yoxlama-yanılma prosesləri ilə əldə edilə bilməz. Dr. Lee Spetner "Variasiyaları təsadüfi olsa da, genetik məlumatın meydana gəlməsini açıqlaya bilmir. Ehtimallar dərhal sıfırdır ... Harmoniya əmələ gətirən böyük bir genetik nizamın təsadüf əsəri olduğunu düşünə bilməzsiniz." (227) sözləri ilə bu qeyri-mümkünlüyü dilə gətirir.

Təkamül nəzəriyyəsinin canlıların mənşəyi haqqında gətirməyə çalışdığı hər cür izah ağıl və elmdən kənar iddialardır. Bu həqiqəti qəbul edən açıq sözlü nüfuzlulardan biri, Fransız Elmlər Akademiyasının köhnə başçısı olan məşhur Fransız zooloq Pierre Grassédir. Grassé də bir təkamülçüdür, ancaq darvinist nəzəriyyənin canlılığı açıqlaya bilmədiyini müdafiə edir və Darvinizmin təməlini meydana gətirən təsadüf məntiqi haqqında bunları deyir:
"Təsadüfi mutasiyaların heyvanlar və bitkilərin ehtiyaclarının qarşılanmasını təmin etdiyinə inanmaq həqiqətən çox çətindir. Amma darvinizm bundan çoxunu da istəyər: Tək bir bitki, tək bir heyvan, minlərlə və minlərlə tam olması lazım olduğu şəkildə faydalı təsadüflərə məruz qalmalıdır. Yəni, möcüzələr adi qayda halına gəlməli, inanılmaz dərəcədə aşağı ehtimallara sahib hadisələr asanlıqla reallaşmalıdır. Xəyal qurmağı qadağan edən bir qanun yoxdur, amma elm bu işin içinə daxil edilməməlidir." (228)
Bütün bunlar bir yana, təkamülçülərin DNT-dəki məlumatları zaman içində artırdığını və çeşidlənməyə gətirib çıxardığını düşündükləri təsadüfi mutasiyalar xüsusiyyətləri etibarilə darvinistlərin çıxılmaz vəziyyətinə bir həll ola bilməz. Əvvəlcə mutasiyalar, canlı hüceyrəsinin nüvəsində yerləşən və genetik məlumatı daşıyan DNT molekulunda radiasiya və kimyəvi təsirlər nəticəsində meydana gələn qopmalar və yer dəyişdirmələrdir, qısacası zərərli təsirlərdir. Mutasiyalar DNT-ni meydana gətirən nukleotidləri təxrib etdikləri ya da yerlərini dəyişdirdikləri üçün çox vaxt hüceyrənin təmir edə bilməyəcəyi ölçülərdə bəzi ziyan və dəyişikliklərə səbəb olurlar. Məsələn, X şüaları insan bədəninin dərinlərinə nüfuz edərək əhəmiyyətli ölçüdə DNT ziyanına səbəb olar. Bu da DNT-nin səhv bir şəkildə köçürməyə başlamasına gətirib çıxarır. Ancaq bədən hüceyrələrində səhv köçürmələr özünü xərçəng olaraq göstərir. Günəş işığındakı mutagenik təsir dəri xərçənginə səbəb olar və ya siqaretdəki mutagenik təsir ağciyər xərçənginə səbəb olar. Çoxalma hüceyrəsində 21-ci xromosomun səhv nüsxəsinin isə uşaqda daun sindromuna (monqolizm) səbəb olar.

Təkamül nəzəriyyəsinin yer üzündəki canlıların mənşəyini açıqlaya bilməsi üçün qəti olaraq pozan, xarab edən deyil, yeni, faydalı bir xüsusiyyət əlavə edən bir mexanizm göstərməsi lazımdır. Amma bir canlının necə yeni bir xüsusiyyət qazandığı sualı soruşulanda təkamülçülərin qarşıya qoyduqları tək cavab; mutasiyadır. İddialarına görə bütün canlılıq tək bir hüceyrənin DNT-sinə təsir edən təsadüfi mutasiyalarla meydana gəlmişdir. Ancaq mutasiyalar təkamülçülərin arxasına sığına biləcəkləri, canlıları daha aliyə və mükəmmələ aparan bir mexanizm deyil. Bu səbəbdən, təkamülçülərin iddiaları üçün əsas aldıqları mutasiyalar təkamül nəzəriyyəsinin ehtiyac duyduğu növdən yeni xüsusiyyətlər çıxaracaq ünsürlər deyil. Mutasiyaların təkamül nəzəriyyəsinə nə üçün heç bir töhfəsi olmadığına və ola bilməyəcəyinə, yalnız ümumi xətləriylə yer verəcəyik:
* Mutasiyalar Zərərlidir:
Mutasiyalar təsadüfi meydana gəldikləri üçün demək olar ki, hər zaman canlıya zərər verərlər. Kompleks bir quruluşa ediləcək hər hansı bir şüursuz müdaxilə o quruluşu daha irəli aparmaz əksinə korlayar. Necə ki, təkamül mexanizmi olaraq önə sürülən təsadüfi faydalı mutasiyaların etibarlı bir nümunəsi yoxdur. (229) Mutasiyaların səbəb olacağı dəyişikliklər ancaq Xirosima, Naqasaki və ya Çernobıldakı insanların uğradığı növdən dəyişikliklər ola bilər: Yəni, ölülər, şikəstlər və xəstələr ...

Ohio Universitetindən Prof. Walter L. Starkey faydalı mutasiya iddialarının etibarsızlığını açıq bir şəkildə dilə gətirir:
"Saatlarla bir rentgen qurğusundan yanında dayanmaq ya da bir nüvə mexanizmi içərisində gözləmək ağlabatandırmı? Və ya nüvə mexanizminin havaya uçduğu Rusiyadakı Çernobıl kimi bir yerə səyahət etmək doğrudurmu? Bizi radiasiyadan qoruyan ozon təbəqəsini aktiv olaraq pozmağa çalışmağımız lazımdırmı? Əgər bu cür radiasiya ilə meydana gələn təsir təkmilləşmənizə və yeni funksiyalar inkişaf etdirmənizə səbəb olacaqsa, elə isə bu radiasiya resursları ilə əlinizdən gəldiyi qədər çox bombardman edilməyə çalışmağınız lazımdır. Bəlkə də başınızın tam arxasında yeni bir gözünüz ola bilər. Lakin əgər həqiqətən ağıllısınızsa, sizi inkişaf etdirməkdən daha çox zərər verəcəyi üçün bu cür radiasiyalardan çəkinərsiniz." (230)
Necə ki, insanlar üzərində müşahidə olunan bütün mutasiyalar zərərlidir. Tibb kitablarında "mutasiya nümunəsi" olaraq izah edilən monqolizm, daun sindromu, albinizm, cücəlik kimi əqli və ya fiziki pozuqluqların ya da xərçəng kimi xəstəliklərin hər biri mutasiyaların korlayıcı təsirlərini ortaya qoyur. Əlbəttə ki, insanları şikəst qoyan, ya da xəstə edən bir proses, "canlıları inkişaf etdirən bir mexanizm" ola bilməz. Çünki canlı DNT-si çox kompleks bir nizama malikdir. Bu molekul üzərində yaranan hər hansı təsadüfi bir təsir orqanizmə ancaq zərər verəcək. Prof. Starkey mutasiyanın bu zərərli təsirləri haqqında bunları bildirir:
"Mutasiyalara yol açan radiasiyaya məruz qalmaq yeni bir avtomobili 30 kalibrli bir tüfənglə vurmağa bənzəyər. Bənzər şəkildə mutasiyaların sizə, ya da hər hansı bir canlıya bundan fərqli bir şey etməsi də o qədər mümkün deyil. DNT köçürülmə səhvlərindən qaynaqlanan mutasiyaların nəticəsi də bənzər olacaq .... Mutasiyalar ən az 10.000-də bir istisna xaricində zərərlidir. Radiasiya, ya da köçürmə səhvləri faydalı yeni xüsusiyyətlər qazandırmaz." (231)
* Mutasiyalar Dnt-Yə Yeni Məlumat Əlavə Etməz:
Mutasiya nəticəsində genetik məlumatı meydana gətirən parçalar yerlərindən qopub sökülər, xarab olar, ya da DNT-nin fərqli yerlərinə daşınar. Amma mutasiyalar heç bir şəkildə DNT-yə yeni bir məlumat əlavə edərək canlıya yeni bir orqan və ya yeni bir xüsusiyyət qazandırmazlar. Ancaq ayağın kürəkdən, qulağın qarından çıxması kimi anormallıqlara səbəb olarlar. Prof. Werner Gitt "Mutasiyalar nəticəsində yeni informasiya meydana gələ bilərmi?" sualına belə cavab verir:
"Bu görüş təkamülçü izahatlarda əsas götürülür, lakin mutasiyalar yalnız mövcud olan məlumatın dəyişməsinə səbəb ola bilərlər. Bu məlumatda bir artım ola bilməz və ümumi olaraq da nəticələr zərərlidir. Yeni funksiyalar, ya da yeni orqanlar üçün yeni layihələr meydana gələ bilməz; mutasiyalar yeni (yaradıcı) məlumatın qaynağı ola bilməzlər." (232)
Prof. Phillip Johnson isə bu mövzu ilə əlaqədar bunları dilə gətirir:
"Spetner, darvinistlərin dilə gətirdikləri harmoniya təsis edən mutasiyaların informasiya istehsalçısı olmadığını onlara söyləmişdi. Məsələn, bir mutasiya bakteriyanı antibiotikə qarşı müqavimətli etdiyində, bunu müəyyən bir kimyəvi maddəni onun metabolizmasına qatılmasını önləyərək edir. Bu vəziyyətdə ümumi mənada dəqiq bir məlumat və harmoniya itkisindən danışılır... bəzən cızıldayan bir radioya vurmaq, radionun qısa dövrəsini açmaq, ya da yerindən çıxmış bir kabelini köhnə yerinə gətirmək surətiylə nizamını düzəldə bilər. Nə var ki, bu cür dəyişiklikləri etmə surətiylə daha yaxşı bir radio və ya televiziya edəcəyini heç kim ümid etməz." (233)
Məşhur təkamülçü Stephen Jay Gould da mutasiya əlaqədar həqiqətləri belə etiraf edir:
"Bir mutasiya böyük və yeni bir xam material (DNT) meydana gətirməz. Növləri mutasiyaya uğradaraq yeni bir növ əldə edə bilməzsiniz." (234)
Mutasiyaların, təkamül nəzəriyyəsinin ehtiyac duyduğu yeni xüsusiyyət əlavə edən ünsürlər olmadığının bir dəlili daha vardır. Yeni xüsusiyyətlərin və ya yeni növlərin çıxarılması üçün canlının DNT-sinə çoxlu atom əlavə etmək lazımdır. (235) İnsan DNT-sində E.Coli bakteriyasına aid DNT-də olan atomların 3.000 qatı-204 milyard atom vardır. (236) Bu səbəblə, tək hüceyrəli bir canlıdan insana qədər bir inkişaf ola bilməsi üçün DNT-yə karbon, hidrogen, oksigen, azot və fosfor kimi 200 milyard atomdan çoxunu əlavə etmək lazımdır. (237) Bilindiyi kimi, karbon və azot havadan, hidrogen və oksigen sudan, fosfor isə torpaqdan əldə edilə bilər. Ancaq burada əsl problem bu atomların harada olduqları deyil, olduqları yerdən çıxarılıb DNT molekulu içərisində tam doğru yerə yerləşdirilmələridir. Atomların əvvəlki hissələrdə izah etdiyimiz fövqəladə bir kompleksliyə sahib şəkər qruplarını, fosfat qruplarını və azot əsaslarını ehtiva edəcək şəkildə təşkil etmələri və DNT molekulu olaraq vəzifə yerinə yetirə bilmələri üçün ikiqat spiral halındakı pilləkənlərin üstünə tam doğru yerə yerləşdirilmələri lazımdır.(238)
Prof. Phillip Johnson ensiklopediya və kompyuter əməliyyat sistemlərində olduğu kimi, DNT-də də çox xüsusi bir nizamın lazım olduğunu; genetik məlumatı çıxaran bir mexanizmin olması lazım olduğunu ifadə edir. Təsadüfi mutasiyaların DNT-dəki məlumatlara və nizama necə mənfi təsir etdiyini bu ifadələrlə izah edir:
... Təsadüfi mutasiya belə bir mexanizm deyil, təbii seçmə və fizika, ya da kimya qanunları da eləcə. Qanunlar sadə təkrarlı modellər istehsal edər, təsadüf isə mənasız nizam istehsal edər. Qanun və təsadüf birləşdiyində, mənalı bir düzülüşü önləmək üçün hər ikisi də bir-birinin əleyhinə işləyər. Bütün insani təcrübələr içində yalnız zəka faktoru bir ensiklopediya və ya kompyuter proqramı yaza bilər və ya kompleks, xüsusiləşmiş və periodik olmayan məlumatı istehsal edə bilər. Buna görə, orqanizmlərdə zəruri olan məlumat, onların yaradılışın məhsulları olduqlarını işarə edir. (239)
* Mutasiyalar Nizamsızdır:
Mutasiyalar əvvəldən mövcud olan quruluşu dəyişdirərlər, lakin bunu tamamilə nizamsız bir şəkildə edərlər. Mutasiyaların bir-birlərini tamamlayıcı bir xüsusiyyətləri yoxdur və ya bir məqsədə istiqamətli toplanan bir təsirləri də ola bilməz. Mutasiyaların nizamsız təsir etməsiylə əlaqədar Fransız Elmlər Akademiyasının eks-prezidenti Pierre Paul Grasse belə deyir:
Bir canlı bədənində çox kiçik belə olsa, bir nizamsızlıq meydana gəldiyində, bunun nəticəsi ölüm olar. Həyat faktı ilə anarxiya (nizamsızlıq) arasında heç bir ola mövcud uzlaşma yoxdur.(240)
* Bir Mutasiyanın Sonrakı Nəsillərə Təsir Etməsi Üçün Mütləq Çoxalma Hüceyrəsində Meydana Gəlməsi Lazımdır:
Bədənin hər hansı bir hüceyrəsində və ya orqanında meydana gələn dəyişiklik bir sonrakı nəsilə köçürülməz. Məsələn, bir insanın qulağı və ya qolu, radiasiya və bənzəri təsirlərlə mutasiyaya uğrayıb orijinal formasından fərqli hala gələ bilər. Lakin bu dəyişikliklər çoxalma hüceyrəsindəki DNT molekulunda meydana gəlmədikcə sonrakı nəsillərə keçməyəcəkdir. Sonrakı nəsillərə təsir etməsi üçün mutasiyanın trilyonlarca hüceyrədən yalnız çoxalma hüceyrəsində olması şərti təkamülçülərin gözləmələrini daha da qeyri-mümkün hala gətirər.
* Mutasiyalar Nadirdir:
Mutasiyalar ancaq nadir hallarda reallaşır. Bir hüceyrənin DNT-si köçürülərkən, bir tərəfdən də fermentlər düzəlişlər edərlər. Bu səbəblə, əvvəlki bölmələrdə də ətraflı toxunduğumuz kimi, köçürmə əsnasında çox nadir olaraq səhv olur. Mutasiyalar üzərində edilən təxminlər isə yalnız milyonda bir canlının mutasiya yaşayacağını göstərir. (241) Molekulyar bioloq Prof. Gerald L. Schroeder mutasiyalara əsaslanan xəyali təkamül iddialarını belə tənqid edir:
... Molekulyar biologiyada inkişaflar, həyatın varlığının hər mərhələsində görülən böyük bir kompleksliyi gözlər önünə sərmişdir, buradakı komplekslik nisbəti o qədər yüksəkdir ki, əgər bunun addım-addım yaradılması üçün təsadüfi mutasiyalara bel bağlasaydıq, Nobel mükafatlı De Duvun ifadə etdiyi kimi "sonsuzluq belə bunun üçün kafi olmazdı." (242)
Elə bu səbəblə, yenə Grassın ifadəsiylə "mutasiyalar nə qədər çox sayda olursa olsunlar, hər hansı bir təkamül meydana gətirməzlər." (243)

* Mutasiyalar Növ Dəyişikliyi Etməz:
Bunun ən açıq dəlillərindən biri isə illərdir meyvə ağcaqanadları üzərində edilən sınaqlardır. Radiasiyaya məruz qalan meyvə ağcaqanadlarının bir çox mutantı meydana gəlmişdir: Həddindən çox qanadı çıxan meyvə ağcaqanadları, qanadsız meyvə ağcaqanadları, çox böyük qanadları olan meyvə ağcaqanadları, çox kiçik qanadları olan meyvə ağcaqanadları kimi ... Hər nə qədər çoxu şikəst qalmış, bir qismi həyatını itirmiş olsa da, nəticədə bunların hamısı meyvə ağcaqanadı olaraq qalmışdır. Yeni bir növə çevrilməmişlər .
Genlərdəki düzülüşdə meydana gələn ən kiçik bir yer dəyişdirmə və ya əskilmə, asanlıqla ölümcül nəticələr doğura bilir. Bu qədər həssas bir düzülüşün tamamilə təsadüflərə əsaslanan mutasiyalarla canlının genetik məlumatına əlavə edərək onu başqa növlərə təkmilləşdirilməsi mümkün deyil. Necə ki, təkamülçülərin nəzəriyyələrini sübut etmək üçün laboratoriyada mutasiyaya məruz edilən bütün heyvan embrionları şikəst və ya ölü doğulur.
Bütün bunlar onu göstərir ki, təkamülçülərin iddia etdiyi kimi, canlıların mənşəyində təsadüfi mutasiyaların yeri yoxdur. Qaldı ki, əsrimizin inkişaf etmiş texnologiyasıyla və istedadlı elm adamlarının sıx işləriylə belə, yeni bir növ istehsal etmək mümkün deyil. Göründüyü kimi, mutasiyalar heç bir şəkildə canlılardakı müxtəlifliyin səbəbi ola bilməzlər. DNT-dəki qüsursuz düzülüş ancaq xüsusi bir yaradılışın nəticəsidir. Bu yaradılış üstün güc sahibi olan Allaha aiddir. Allahın qüsursuz yaratması Quranda belə xəbər verilir:
Allah, yer üzünü sizin üçün bir qərar, göyü isə tavan etdi; sizə surət verib surətlərinizi də ən gözəl (bir forma və incəlikdə) etdi və sizə pak nemətlərdən ruzi verdi. Məhz sizin Rəbbiniz olan Allah budur. Aləmlərin Rəbbi olan Allah nə qədər xeyirxahdır. O, Hayy (diri) olandır. Ondan başqa ilah yoxdur, elə isə dini yalnız Ona xalis qılanlar olaraq Ona dua edin. Aləmlərin Rəbbinə həmd olsun. (Mömin surəsi, 64-65)
Cansız maddənin öz-özünə bir araya gəlib DNT kimi möhtəşəm sistemlərə sahib canlıları meydana gətirdiyini iddia edən təkamül nəzəriyyəsi elmə və ağıla tamamilə zidd olan bir xəyaldır. Bütün bunlar bizi açıq-aşkar bir nəticəyə aparar. Həyatın bir planı (DNT) olduğuna və bütün canlılar bu plana görə yarandıqlarına görə açıqdır ki, bu planı ortaya çıxaran üstün bir Yaradıcı vardır. Yəni bütün canlılar sonsuz bir güc və ağıl sahibi olan Allahın yaratması ilə mövcud olmuşlar. Allah Quranda bu həqiqəti belə bildirir:
O Allah ki, yaradandır, qüsursuzca var edəndir, şəkil və surət verəndir. Ən gözəl adlar Onundur. Göylərdə və yerdə olanların hamısı Onun şəninə təriflər deyir. O, Əziz, Hakimdir. (Həşr surəsi, 24)
