Həyatın Mənşəyi
AZEN

DNT möcüzəsi təkamül nəzəriyyəsini necə etibarsız edir?

Genetik Məlumatın Mənşəyi Elm Adamları Üçün Hələ Naməlumdur

Oxu müddəti: ~2 dəq.

DNT ilə bağlı əldə edilən bütün məlumatlara baxmayaraq alimlər biliklərinin hələ də çox qeyri-kafi olduğunu dilə gətirirlər. Gözlə görünməyən ölçüdə gizlənmiş g
DNT ilə bağlı əldə edilən bütün məlumatlara baxmayaraq alimlər biliklərinin hələ də çox qeyri-kafi olduğunu dilə gətirirlər. Gözlə görünməyən ölçüdə gizlənmiş genom möcüzəsi Allahın yaratma sənətinin nümunələrindən yalnız biridir.

Hüceyrənin kompleks quruluşunun ən əhatəli hissəsini genetik quruluşunu müəyyən edən DNT meydana gətirir. Elm adamları DNT-nin quruluşu, şifrələnməsi haqda etdikləri uzun illəri əhatə edən araşdırmalara xərclədikləri böyük sərvətlərə qarşı daha yeni qeydə dəyər məlumatları əldə edir. Ancaq hüceyrənin genetik quruluşundakı mükəmməllik hələ də böyük bir sirr olma xüsusiyyətini qoruyur. DNT-nin kompleks quruluşu ehtiva etdiyi həyati və yüksək imkanlardakı məlumat, həyatın meydana gəlməsini təsadüflərlə açıqlamaq istəyənləri çarəsizliyə aparan mövzuların başında gəlir. Tanınmış təkamülçü biokimyaçı Leslie Orgel bu mövzudakı düşüncələrini belə ifadə edir:

"Genetik şifrənin mənşəyinin ümumi xüsusiyyətlərini belə hələ anlaya bilməmişik ... Genetik şifrənin mənşəyi həyatın mənşəyi probleminin ən təəccüblü tərəfidir." (176)

Nuklear fizik prof. Gerald Schroeder DNT-dəki kodlamanın necə reallaşdığı mövzusundakı məlumatın qeyri-kafiliyinə belə toxunmuşdur:

"... Və əgər fosillər bizə doğrunu söyləyirsə, DNT-dəki məlumata dünyadakı həyatın ən ilk mərhələlərində belə rast gəlinir. Bütün həyatın ortaya çıxmasına səbəb olan kodlamanın necə reallaşdığı isə hələ məlum deyil. Ortaya çıxardığı məhsulun kompleksliyini düşünəndə bu müəmmanın ölçüləri daha yaxşı anlaşılır." (177)

Məşhur elm jurnallarından Science-da yazar olan Jon Cohen isə nəşr olunan bir məqaləsində DNT-dəki nizamlı quruluşun mükəmməlliyinə belə toxunur:

"Niyə DNT və RNT-dəki şəkər molekulları məlum olan bütün canlılarda sağa doğru sarılır? Bənzər bir şəkildə zülalları meydana gətirən bütün amin turşuları da sola doğru əyilmiş olaraq nizamlanıb. Bu molekulların niyə belə müntəzəm bir nizama sahib olduğu məlum deyil, amma mövzu üzərində yazılan nəzəriyyələr az deyil. Mövzu Los Ancelesdəki bir yığıncaqda müzakirə olunanda mövzunun açıqlığa qovuşması üçün göstərilən həvəs və istək heç də az deyildi. Bu aydın bir duyğu idi, çünki bu sual bütün elmi sirlərin təməlindən bəhs edirdi; həyatın mənşəyi." (178)

Almanyadaki Johannes Gutenberg Universiteti Biokimya İnstitutunun rektoru prof. Klaus Dose "Həyatın mənşəyi: cavabdan çox sual var" adlı məqaləsində təkamülçülərin içində olduğu çarəsizliyi etiraf edənlərdən sadəcə biridir:

"... hüceyrənin genetik məlumatının mənşəyinin haradan qaynaqlandığını bilmirik, ilk özünü köçürə bilən nuklein turşuları necə təkamül tapdı, ya da günümüzün hüceyrələrindəki son dərəcə kompleks quruluş-funksiya əlaqəsi necə var oldu?" (179)

Təkamülçü nəşrlərdən Nature jurnalının köhnə redaktorlarından John Maddox da "Genetik şifrənin mənşəyinin həyatın mənşəyi kimi hələ qaranlıqda qaldığını görmək kədər vericidir." (180) deyir. Ancaq həqiqətdə genetik kodun mənşəyi naməlum deyil, əksinə çox açıqdır. Genetik kod, Allahın yaratmasındakı mükəmməlliyi sərgiləyən nümunələrdən yalnız biridir. Quranda Allahın yaratması belə bildirilir:

... Allahın yaratdığında qətiyyən bir uyğunsuzluq tapmazsan. Bir başını qaldırıb göyə diqqət yetir, heç onda bir çat görürsənmi? Sonra göz gəzdirib təkrar bax. Göz zəlil və yorğun halda özünə tərəf dönəcəkdir. (Mülk surəsi,3- 4)