Həyatın Mənşəyi
AZEN

DNT möcüzəsi təkamül nəzəriyyəsini necə etibarsız edir?

Dnt-Nin Varlığı Tək Başına Heç Bir Işə Yaramaz

Oxu müddəti: ~5 dəq.

Genetik sistem yalnız DNT-dən ibarət deyil. DNT-dən bu şifrəni oxuyacaq fermentlər, bu şifrələrin oxunmasıyla istehsal olunacaq daşıyıcı RNT, daşıyıcı RNT-nin bu şifrə ilə gedib istehsal üçün üzərinə bağlanacağı ribosom, ribosoma istehsalda istifadə ediləcək amin turşuları daşıyacaq bir daşıyıcı RNT və bunlar kimi saysız-hesabsız ara əməliyyatları təmin edən son dərəcə kompleks fermentlərin də eyni mühitdə olması lazımdır. Ayrıca, belə bir mühit ancaq hüceyrə kimi, tələb olunan bütün xammal və enerji imkanlarının olduğu, hər istiqamətdən təcrid edilmiş və tamamilə idarəli bir mühitdən başqası ola bilməz ...

Nəticədə, bir üzvi maddə ancaq bütün orqanoidləri ilə birlikdə tam formalaşmış bir hüceyrə olaraq var olduğu təqdirdə özünü çoxalda bilər. Bu da hüceyrənin fövqəladə dərəcədəki kompleks quruluşuyla "bir anda" var olması mənasını verir. Nobel mükafatlı fransız bioloq Jacques Monod Chance and Necessity (Təsadüf və lazımlılıq) adlı kitabında bu mövzunu belə açıqlayır:

"Müasir hüceyrədə genetik məlumatın oxunması üçün fəaliyyətdə olan mexanizmdə ən az əlli makromolekul komponent var. Lakin bunların özü də DNT-də şifrələnmişdir: Şifrə oxuma nəticəsində əldə edilən məhsullar olmadan oxuna bilmir. Bu, omne vivium ex ovo ["Bütün həyat bir yumurtadan gəlir" şəklindəki Latın atalar sözü] ifadəsinin müasir şərhidir. Bu dövr nə vaxt bağlandı? Xəyal etmək həqiqətən çətindir." (188)

Bir başqa Nobel mükafatı sahibi olan fransız elm adamı Andre Lwoff da hüceyrə içindəki hər molekulun bir-birləri ilə əlaqəli çalışan bir bütünün hissəsi olduqlarını ifadə edir:

"Bir orqanizm bir-biriylə əlaqəli strukturların və funksiyaların meydana gətirdiyi bir sistemdir. Hüceyrələrdən meydana gələr və hüceyrələr də qüsursuzca iş birliyi edən molekullardan əmələ gəmişdir. Hər molekul digərlərinin nə etdiyini bilməlidir. Ismarıclarını ala bilməli və onlara görə hərəkət edə bilməlidir." (189)

1. Ribosom 2. Böyük ribosom alt vahidi 3. Yığılan zülal zənciri 4. tRNT mRNT ilə rabitə qurur 5. Kiçik ribosom alt vahidi. İbtidai hüceyrədən mürəkkəb hüceyrəyə
1. Ribosom 2. Böyük ribosom alt vahidi 3. Yığılan zülal zənciri 4. tRNT mRNT ilə rabitə qurur 5. Kiçik ribosom alt vahidi. İbtidai hüceyrədən mürəkkəb hüceyrəyə keçid iddiası xəyaldan ibarətdir. Həyat üçün lazım olan mürəkkəb molekulların hamısı eyni anda və bir yerdə olmalıdır. Hüceyrənin varlığını davam etdirməsi üçün də ən əvvəldən bütün hissələri ilə əskiksiz və qüsursuz bir bütöv halında olması zəruridir.

Ehtimal hesabları, zülallar və nuklein turşularının (RNT və DNT) kimi kompleks molekulların tək-tək təsadüfən əmələ gəlmələrinin qeyri-mümkün olduğunu göstərir. Ancaq təkamülçülər üçün daha da böyük problem həyat üçün bu kompleks molekulların hamısının eyni anda və bir yerdə olması zəruriliyidir. Bu həqiqət qarşısında təkamül nəzəriyyəsi tamamilə çarəsizdir. Bəzən bu mövzu təkamülçülərin etiraflarında da yer alır. Bunlardan biri, müxtəlif sahələrdə professorluq edən Indiana Universitetindən Douglas R. Hofstadterdir:

"Necə oldu ki, genetik məlumat onu şərh edən mexanizmlərlə (ribosomlar və RNT molekulları ilə) birlikdə ortaya çıxdı? Bu sual qarşısında özümüzü bir cavabla deyil, heyranlıq və qarışıqlıq duyğuları ilə təmin etməyimiz lazımdır." (190)

Eyni həqiqət təkamülçü görüşlərə sahib XX əsr elm filosoflarını Prof. Karl Raimund Popper tərəfindən də qəbul edilir. Prof. Popper bu çıxılmaz vəziyyəti belə təsvir edir:

"Genetik kodu mənşəyi ilə əlaqədar problem yalnız bundan ibarət deyil. Kodun mövcud olması bu məlumatı almaq və istifadə etmək mənasını verər; əks halda, DNT içində qeydli olan məlumat gərəksiz olardı. Məlumatı almaq və istifadə etmənin mənası isə ferment və ribosomların məlumatı köçürməsi və tərcümə etməsidir. Hüceyrə bu ferment və ribosomları istehsal etməli olduğunu haradan bilirdi? Cavab: genetik kodda qeydli olan məlumatdan." (191)

Prof. Popperin diqqət çəkdiyi kimi, hüceyrənin bütün quruluş daşları, orqanoidlərə aid məlumatlar DNT-də yazılıdır. Digər tərəfdən DNT-dəki məlumatın istifadə edilməsi üçün həmin quruluş daşlarının, orqanoidlərinin tapılması da zəruridir. Bu vəziyyət çox açıq bir şəkildə təkamül nəzəriyyəsinin mərhələli meydana gəlmə iddialarını çürüdür. Çünki DNT-də kodlu məlumat olmadan orqanoidlər mövcud ola bilməz; eyni şəkildə bəhsi keçən orqanoidlər mövcud olmadan DNT-də kodlu məlumat istifadəyə verilə bilməz. Yəni, hər ikisi eyni anda mövcud olmalıdır. Bu səbəbdən, primitiv hüceyrədən kompleks hüceyrəyə keçid iddiası xəyaldan ibarətdir. Zooloq Prof. David E. Green və biokimyaçı Prof. Robert F. Goldberger təkamülçü fikirlərinə baxmayaraq, elmi nəşrdəki yazılarında belə bildirirlər:

"Primitiv hüceyrələrin, növlərin mənşəyi üçün başlanğıc nöqtəsi olduğu mövzusundakı məşhur fikir həqiqətən də səhvdir. Bu hüceyrələr haqqında funksional olaraq primitiv olan heç bir şey yoxdur. Bu hüceyrələr günümüzdəki nümunələri kimi eyni biokimyəvi avadanlıqla təchiz olunublar. Yaxşı, daha sonrakı hüceyrələr necə ortaya çıxmışdı? Bu suala veriləcək tək mənalı cavab necə olduğunu bilmədiyimizdir." (192)

Bütün canlılığı "təsadüf" cavabıyla izah etməyə çalışan təkamül nəzəriyyəsi DNT-də diqqətlə və qüsursuzca kodlaşdırılan fövqəladə məlumatın qaynağını əsla izah edə bilmir. Qaldı ki, mövzu DNT zəncirinin necə ortaya çıxdığı sualından ibarət deyil. Çünki DNT zənciri daha əvvəl də ifadə etdiyimiz kimi, içindəki fövqəladə məlumat tutumu ilə birlikdə var olsa belə, bu tək başına heç bir şeyə yaramır. Canlılıqdan bəhs etmək üçün mütləq bu DNT zəncirini oxuyan, köçürən və bu surətlərə görə zülallar istehsal edən fermentlər olmalıdır. Yəni, canlılıqdan bəhs etmək üçün, həm DNT adı verilən məlumat bankının, həm də bu bankdakı məlumatları oxuyaraq istehsal edəcək maşınlar mövcud olmalıdır. Bu hüceyrənin "mürəkkəb komplekslik" olaraq açıqlanan çox əhəmiyyətli bir xüsusiyyətidir. Prof. Frank B. Salisbury hüceyrədəki bu kompleksliyi belə dilə gətirir:

"İndi hüceyrənin bizim xəyal etdiyimizdən çox daha kompleks olduğunu bilirik. Hər biri öz içində kompleks maşınlar olan, minlərlə fermentin fəaliyyətini ehtiva edir. Hətta, hər ferment bir DNT lentini meydana gətirən genə qarşılıq meydana gəlir. Bu genin məlumat məzmunu və kompleksliyi nəzarət etdiyi ferment qədər müdhiş olmalıdır." (193)

Nəticədə iç-içə keçmiş, hər hissəsi bir-biriylə əlaqəli sistemlərdən ibarət olan canlı hüceyrəsinin tək bir orqanoidinin belə əskikliyi, o hüceyrənin fəaliyyət göstərmədiyi mənasını verir. Hüceyrənin bu cür həyati bir əskikliyi zaman içində kompensasiya edəcək, saxta təkamül müddəti ilə tamamlayacaq gözləmə lüksü yoxdur. Bu səbəbdən, milyonlarla il təsadüflərin kiçik-kiçik hissələri bir yerə gətirməsiylə bir canlı hüceyrənin meydana gəlməsi mümkün deyil. Hüceyrə hər hissəsinin mərhələlərlə meydana gəlməsinə imkan verməyəcək kompleks bir bütünlüyə malikdir. Hüceyrənin varlığını davam etdirməsi üçün hələ əvvəldən bütün hissələriylə əskiksiz və qüsursuz bir tam halında olması zəruridir. Bu vəziyyət də təkamül nəzəriyyəsi üçün keçməsi mümkün olmayan dolaşıqlıqlardan biridir.