Oxu müddəti: ~2 dəq.

Bu gün türk təkamülçülərinin nəşrlərində çoxdan elmi əsrlərdən çıxarılmış "rekapitulyasiya" nəzəriyyəsi elmi bir fakt kimi göstərilir. "Rekapitulyasiya" termini təkamülçü bioloq Ernst Qekkel tərəfindən XIX əsrin axırlarında irəli sürülən nəzəriyyənin qısa ifadəsidir. Bu nəzəriyyəyə görə, hər bir fərd öz individual inkişafı zamanı (ontogenez) öz növünün tarixi inkişafını təkrar edir (filogenez). Yəni inkişaf prosesi zamanı canlı orqanizmlərin embrionları onların "əcdadları"nın keçirdiyi təkamül prosesini təkrar edir. Məsələn, bu nəzəriyyəyə görə, insan embrionu embrioloji inkişaf prosesi zamanı öncə balıq, sonra sürünən heyvan xüsusiyyətlərini göstərir və daha sonra insana çevrilir.
Sonraki illərdə bəlli olmuşdur ki, bu nəzəriyyə sadəcə olaraq illüziya və təxəyyülün məhsuludur. İnsan embrionu inkişafının başlanğıc mərhələsində meydana gələn və "qəlsəmə" olduğu güman edilən orqan əslində orta qulaq kanalının, qalxanabənzər vəzinin və boğaz uru vəzisinin ilkin formasıdır. Ernst Qekkelin və onun davamçılarının "quyruq" adlandırdıqları embrion hissəsi əslində onurğa sütunu sümüyüdür. Onun quyruq şəklində olması isə bu sümüyün digər aşağı ətraflardan əvvəl əmələ gəlməsi ilə izah edilir.
Bu faktlar bütün elm aləminə məlumdur. Təkamülçülər də bunu təsdiq edirlər. Neodarvinizmin qurucularından biri olan Ç.Q.Simpson yazır ki,
"Qekkel təkamül inkişafını doğru göstərməmişdir. Bu gün isə tamamilə məlumdur ki, canlının embrional inkişafı onun keçmişini əks etdirmir".144
"American Scientist" jurnalında dərc olunan məqalədə isə belə deyilir:

"Biogenetik qanun (rekapitulyasiya nəzəriyyəsi) tamamilə darmadağın olmuşdur. 50-ci illərdə bu nəzəriyyə bütün dərsliklərdən çıxarılmışdır. Lakin 20-ci illərdə bu nəzəriyyə elmi mübahisələrin mövzusu olmaqda davam etmişdir".145
Məsələnin daha maraqlı tərəfi ondadır ki, Ernst Qekkel sadəcə olaraq şarlatandır, çünki o, öz nəzəriyyəsini sübut etmək üçün saxta təsvirlər vasitəsi ilə insan və balıq embrionları arasında bənzərlikləri göstərməyə cəhd etmişdir. Bütün bu saxtakarlıqlar aşkara çıxdığı zaman o, digər bu cür yollara əl atan təkamülçülərin ünvanına ittihamlar yağdıraraq özünümüdafiə yönündə heç bir şey söyləyə bilməmişdi:
"Yol verdiyim saxtakarlıqları etiraf etdikdən sonra mən özümü əslində günahkar və mühakimə olunmuş hiss etməliydim. Lakin mən özümü onunla sakitləşdirirəm ki, bizimlə bərabər yüzlərlə həmkarımız, etibarlı müşahidəçilərimiz və məşhur bioloqlar da özlərinin qəbul edilmiş kitablarında, jurnallardakı məqalələrində mənim etdiyim analoji saxtakarlıqlara, doğru olmayan məlumatlara, təhrif olunmuş faktlara, saxta rəsmlərə yol verirlər". 146
Bəli, həqiqətən də əsərləri doqmatik nəticələrlə, yalanlarla və saxtakarlıqlarla dolu bir çox "etibarlı müşahidəçi"lər, "məşhur bioloq"lar var. Bu şəxslər haqqında heç bir sübut olmayan təkamül nəzəriyyəsini "doğru çıxarmaq" üçün belə etmişlər.
