Oxu müddəti: ~3 dəq.

Təkamülçü ədəbiyyatda uzun müddət yer alan, yanlışlığı məlum olduqdan sonra isə bu ədəbiyyatdan səssiz-səmirsiz çıxarılan digər bir iddia da "fəaliyyətini itirmiş orqanlar" məfhumudur. Bu məfhumun yanlışlığının sübut olunmasına baxmayaraq bəzi təkamülçülər bu fərziyyəni hələ də müdafiə edirlər.
Fəaliyyət qabiliyyətini itirmiş (atrofit) orqanlar haqqında iddialar hələ XIX əsrdə ortaya atılmışdı. Bu iddiaya görə, canlıların orqanizmlərində əcdadlarından qalma bəzi orqanlar olmuşdur ki, bunlar öz təyinatını itirərək bəlli bir zaman keçəndən sonra öz fəaliyyət qabiliyyətini itirmişlər.
Bu, olduqca qeyri-elmi bir fikirdir, çünki bu fikir kifayət qədər elmi faktlara əsaslanmır. "Təyinatını (funksiyasını) itirən orqanlar" əslində "funksiyaları bəlli olmayan orqanlar" olmuşlar. Buna ən yaxşı sübut təkamülçülər tərəfindən hazırlanmış "fəaliyyət qabiliyyətini itirmiş orqanların" siyahısında yer alan orqan sayının yavaş-yavaş azalmasıdır.
"Evolutionary Theory" jurnalında dərc olunan "Atrofit orqanlar təkamül nəzəriyyəsinin sübutudurmu" adlı məqaləsində S.R.Skeddinq bu faktı belə etiraf edir:
Biologiya sahəsində məlumatlarımızın artmasına uyğun şəkildə "fəaliyyət qabiliyyətini itirmiş" orqanların sayı da azalır... İstifadəsiz orqanların müəyyən edilməsinin mümkün olmaması və yoxa çıxmış orqanlar fikrinin qeyri-elmi olması faktı mənə belə deməyə əsas verir ki, "fəaliyyət qabiliyyətini itirmiş orqanlar" fikri təkamül nəzəriyyəsinin sübutu deyildir".136
Alman anatomu R.Vayderşeym tərəfindən 1895-ci ildə hazırlanan fəaliyyət qabiliyyətini itirmiş orqanların siyahısına təxminən 100 müxtəlif orqan daxil idi ki, bunların arasında appendiks və büzdüm də var idi. Lakin elmin inkişafı ilə Vayderşeymin siyahısına daxil olan orqanların insan orqanizmində mühüm funksiyalara malik olması müəyyən edilmişdir. Beləliklə, müəyyən edilmişdir ki, fəaliyyət qabiliyyətini itirmiş sayılan appendiks əslində limfa sisteminin bir hissəsi olaraq orqanizmə daxil olan zərərli mikroorqanizmlərlə mübarizə aparır. Bu fakt 1997-ci ildə tibbi mənbələrin birində belə vurğulanmışdı:
"Boğaz uru vəzisi (zob), qara ciyər, dalaq, appendiks və ilik limfa sisteminin üzvlərindən hesab edilir və onlar orqanizmə infeksiyalarla mübarizə aparmaqda kömək edirlər".137
Eləcə də müəyyən edilmişdir ki, badamcıq vəzisi xüsusən həddi-büluğa çatmamış insanlarda boğazın infeksiyalardan qorunmasında çox mühüm rola malikdir. Bundan başqa, məlum olmuşdur ki, büzdüm bəzi sümüklər üçün dirək rolunu oynayır, eləcə də bir sıra kiçik əzələlər üçün bitişmə nöqtəsi funksiyasını daşıyır. Sonralar isə digər faktlar aşkar edilmişdir:
1) atrofir orqan (funksiyasını itirmiş orqan) sayılan boğaz uru vəzisi (zob) T limfositlərini hərəkətə gətirərək orqanizmin müdafiə sistemini aktivləşdirir;
2) epifiz mühüm hormonların hazırlanmasına cavabdehdir;
3) qalxanabənzər vəz südəmər və azyaşlı uşaqların hərtərərfli inkişafını təmin edir;
4) hipofiz vəzi isə bir çox endokrin vəzlərin düzgün işləməsinə nəzarət edir.
Təkamülçülərin atrofir orqanlara dair fikirlərində bir də çox kobud məntiqi səhvlər buraxılmışdır. Bildiyimiz kimi, təkamülçülər canlıların atrofir orqanlarının əcdadlardan qaldığını iddia edirdilər. Buna baxmayaraq insanın əcdadları adlandırılan canlılarda atrofir orqanlardan bəziləri ümumiyyətlə olmamışdır. Məsələn, məlum olmuşdur ki, təkamülçülərin insanın "əcdadı" saydıqları meymunların bəzi növlərində appendiks tamamilə yoxdur. Atrofir orqanlar fərziyyəsinə qarşı çıxan bioloq H.Enox bu məntiqi səhvi belə izah edir:
"İnsanların appendiksi var. Amma onların qədim əcdadlarında - meymunlarda - appendiks yoxdur. Maraqlı bir formada appendiks daha aşağı növdən olan canlı siniflərində, məsələn, opposumlarda (Amerikada yaşayan kisəli siçovul.-red.) rastlanır. Təkamül nəzəriyyəsi bəs bunu necə izah edər?"138
Bir sözlə, atrof orqanlarla bağlı ssenari bir tərəfdən, məntiqi nöqteyi-nəzərdən yanlışdır, digər tərəfdən isə elmi nöqteyi-nəzərdən doğru deyil. İnsanların əcdadlarından qəbul etdikləri və sonra da atrof hala düşən heç bir orqanı yoxdur. İnsanlar təsadüf nəticəsində və digər canlılardan törəməmiş, yalnız qüsursuz olaraq bugünkü şəkildə yaradılmışlar.
