Oxu müddəti: ~2 dəq.
Təkamülçülərin heç cür əlaqələndirə bilmədikləri növlərin çoxlu bənzər (homoloji) orqanları var. Qanadlar bu bənzərliyin bir nümunəsidir. Belə ki, yarasaların, quşların və eləcə də milçəklərin qanadları var. Bundan başqa, tarixə qədərki qanadlı kərtənkələlərin bəzi növləri məlumdur.
Amma hətta darvinistlər də göstərilən bu dörd sinfin təmsilçiləri arasında heç bir qohumluq əlaqəsi aşkar edə bilmirlər. Digər bir heyrətamiz nümunə müxtəlif canlı orqanizmlərin göz quruluşunda olan bənzərliklərdir. Məsələn, səkkizayaqlı ilbiz və insan tamamilə fərqli canlı orqanizmlərdir ki, bunlar arasında heç bir təkamül əlaqəsi qurmaq mümkün deyil. Lakin bu iki canlının gözlərinin quruluşuna və funksiyalarına baxanda çox böyük bənzərliklər görmək olar. Burada hətta təkamülçülər də insanın və səkkizayaqlı ilbizin eyni göz quruluşuna malik bir əcdaddan əmələ gəldiyini iddia edə bilməzlər. Bu və buna bənzər misallar göstərir ki, "homoloji orqanları olan canlı orqanizmlərin eyni ümumi əcdaddan əmələ gəlməsi" nəzəriyyəsinin heç bir elmi əsası yoxdur.
Bu məsələ təkamülçüləri çıxılmaz bir dalana salır. Məşhur təkamülçü Frenk Salisberi tamamilə müxtəlif canlılarda eyni gözün əmələ gələ bilməsini şərh edərkən aşağıdakıları etiraf etmişdir:
"Hətta göz kimi kompleks bir orqan müxtəlif qrup canlı orqanizmlərdə ayrıca meydana gəlmişdir. Məsələn, səkkizayaqlı ilbizdə, onurğalılarda və antropoidlərdə (insanabənzərlərdə). Bu orqanların eyni zamanda əmələ gəlməsinin izahının onsuz da problemlər yaratdığı bir halda müasir sintetik nəzəriyyənin izahı (neodarvinizm) mənə başağrısı verir".139
