Oxu müddəti: ~1 dəq.
Təkamül nəzəriyyəsinin sübutu kimi təkamülçülər tərəfindən göstərilən digər bir fenomen də yuxarıda sadalanan həşəratların DDT-yə qarşı immunitetidir. Bu fenomenin inkişafı bakteriyaların antibiotiklərə müqaviməti fikrinin inkişafı ilə üst-üstə düşür.
Bu cür immunitetin "qazanılması"ndan heç söhbət belə gedə bilməz, çünki bir sıra həşəratlar onsuz da immunitetə malikdir. DDT maddəsinin kəşfindən sonra ona qarşı immuniteti olmayan həşəratlar bu kimyəvi maddənin təsiri nəticəsində məhv olmuş, qalanlar - immunitetə əvvəldən malik olanlar isə çoxalmağa başlamışlar. Nəticədə eyni növə aid həşəratlardan yalnız DDT-yə davamlı həşəratlar öz mövcudluğunu qoruyub saxlamışdır. Müvafiq olaraq DDT artıq onlara təsir etməmişdir. Bu fenomen sadə dildə belə adlandırılır: "Həşəratlar DDT-yə qarşı immunitet qazandılar".
Təkamülçü bioloq Fransisko Ayala bu faktı etiraf edərək deyir: "Bir sıra həşərat növlərinin məhv edilməsi üçün insan tərəfindən sintezləşdirilmiş zəhərli kimyəvi maddələrin tətbiqi nəticəsində bu növlərin müxtəlif genetik çeşidlərində aşkar olunan immunitetin onlarda öncədən də mövcud olduğu müəyyən edilmişdir".135
Təkamülçülər insanların çoxunun mikrobiologiya sahəsində bilik almaq və tədqiqat aparmaq imkanının olmamasından istifadə edərək izah etdiyimiz müqavimət və immunitet fenomenlərini açıq-aşkar saxtalaşdırmağa çalışmışlar. Təkamülçülər çox tez-tez mətbuatda bunları təkamül nəzəriyyəsinin sübutları kimi göstərirlər. Bununla yanaşı aydındır ki, nə bakteriyaların antibiotiklərə qarşı davamlılığı, nə də həşəratların DDT-yə qarşı immuniteti təkamül nəzəriyyəsi xeyrinə heç bir sübut demək deyil. Lakin bu mövzuların ikisi də təkamülçülərin öz nəzəriyyələrinə haqq qazandırmaq üçün hansı təhrif və yalanlara əl atdığına çox açıq sübutlardır.
