Oxu müddəti: ~3 dəq.
Variasiya genetika elmində istifadə olunan və növ dəyişməsi mənasını daşıyan termindir. Bu genetik hadisə bir növün ayrı-ayrı numayəndələrinin və ya bütöv bir qrupun fərqli xüsusiyyətlərə malik olmasına səbəb kimi səciyyələndirilir. Məsələn, Yer kürəsində yaşayan bütün insanlar eyni genetik məlumatlara malik olsa da onların bəziləri ağbənizli, digərlərinin burunları bir az uzun, boyu daha qısa olur. Öz nəzəriyyələrini subuta yetirmək üçün təkamülçülər bu sinifdaxili variasiyalardan istifadə edirlər. Bununla belə bu variasiya hadisələri nəzəriyyəni sübut etmir, çünki bu proses öncədən mövcud olan genetik məlumatlar hüdudlarında baş verən müxtəlif kombinasiyalar vasitəsilə əmələ gəlir. Genetika elmində bu hüdudlara "genofond" deyilir. Hər bir sinfin xüsusiyyətləri onun genofondundadır və variasiya hesabına müxtəlif formalarda özünü göstərir. Məsələn, variasiyanın nəticəsi olaraq bəzi sürünənlər sinfinə aid olan heyvanların quyruğu digərləri ilə müqayisədə qısa və ya uzun olur. Bunlar hamısı ona görədir ki, uzun və ya qısa quyruq haqqında məlumat genofondda artıq mövcuddur. Lakin variasiya sürünənlərin maddələr mübadiləsinə, onlarda lələklərin, qanadların əmələ gəlməsinə və ən nəhayət, onların quşa çevrilməsinə heç cür təsir göstərə bilməz. Çünki bu cür "çevrilmə" üçün canlının genetik məlumatı əsaslı dəyişikliyə uğramalı və artmalıdır, bu isə öz növbəsində variasiya üçün qəbulolunmazdır.
Darvin öz nəzəriyyəsini irəli sürərkən bu faktdan xəbərdar deyildi və elə düşünüdü ki, variasiyanın heç bir hüdudu yoxdur. 1844-cü ildə işlərinin birində o, belə yazır ki: "Bir çox alim variasiyanın məhdud olduğunu ifadə edir, amma mən bu fikri əsaslandıracaq bir dənə də olsun konkret səbəb görmürəm".128
Darvin özünün "Növlərin mənşəyi" adlı kitabında müxtəlif variasiyaları öz nəzəriyyəsinin ən əsaslı sübutları kimi təqdim edir. Darvinin fikrincə, heyvandarlar daha çox süd verən növ əldə etmək məqsədilə inəklərin müxtəlif variasiyalarını calaşdıraraq nəticədə yeni bir heyvan növü əldə edirlər. Darvinin "sonsuz dəyişilmələr" haqqındakı fikirləri öz əksini onun "Növlərin mənşəyi" əsərində tapmışdır:
"Mən hər hansı bir ayı növünün təbii seçmə nəticəsində yavaş-yavaş suda yaşamaq xüsusiyyətini əldə etməsində də, sonradan onun ağzının genişlənməsində də və ən nəhayət, onun böyük bir balinaya çevrilməsində heç bir qəribə şey görmürəm".129
Darvinin bu cür "cəsarətli" fikirləri o dövrün elmi səviyyəsinin primitiv olmasından xəbər verir. Müasir elm isə heyvanlar üzərində aparılan analoji eksperimentlər əsasında genetik sabitlik prinsipini meydana çıxarmışdır. Bu prinsip canlı növləri arasında keçilməz sərhədlər cızaraq növün variasiyası yolu ilə digər növə çevrilməsi cəhdlərini boşa çıxarmışdır. Yəni müxtəlif inək növlərini calaşdıran heyvandarlar digər bir canlı növü əmələ gətirə bilməzlər.
Özünün "Darvin Retried" adlı kitabında darvinizmi inkar edən Norman Makbet bu barədə aşağıdakıları yazır:

"Əsas problem ondadır ki, həqiqətənmi canlılar "hədsiz" dəyişmələr göstərə bilər... Növlər həmişə sabitdir. Biz bilirik ki, hər hansı növ bitki və heyvanın inkişafı bəlli bir zamana qədər davam edir, eləcə də onlar hər zaman özünün ilkin formasını alırlar. Yüz illərdir davam edən səylərə baxmayaraq indiyə qədər məsələn, qara zanbaq və ya mavi qızılgül yetişdirmək mümkün olmamışdır".130
Heyvanların seleksiyası sahəsində dünyanın ən tanınmış alimlərindən biri olan Lüter Burbank bu faktı belə izah etmişdir: "Canlı orqanizmin dəyişməsinin mümkünlüyünün bəlli hüdudları vardır və məhz bu qanun canlı orqanizmlərin bəlli hüdudlar daxilində sabit, dəyişməz qalmasını təmin edir".131
Danimarka alimi U.L.Cohannsen bu mövzuda belə deyir: "Darvinin üzərində durduğu variasiya əslində bəlli bir məqama qədər davam edir və buna görə də "sonsuz dəyişilmələrin" (təkamülün) səbəbi olaraq səciyyələndirilə bilməz".132
