Həyatın Mənşəyi
AZEN

Təkamülçülərin əsassız fikirləri

Antibiotiklərə Qarşı Müqavimət və DDT-ya Qarşı İmmunitet Təkamülün Sübutu Deyil

Oxu müddəti: ~1 dəq.

Təkamülçülərin, bakteriyaların antibiotik müqavimətini təkamülə dəlil göstərmələri bir yalandan ibarətdir.
Təkamülçülərin, bakteriyaların antibiotik müqavimətini təkamülə dəlil göstərmələri bir yalandan ibarətdir.

Təkamül nəzəriyyəsinin sübutu kimi bir sıra bakteriya növlərinin antibiotiklərə qarşı müqaviməti (resistance) və həşəratlarda DDT-ya qarşı olan immunitet göstərilir. Təkamülçülərə görə, müqavimət və immunitet mexanizmləri yuxarıda göstərilən maddələrin canlılara göstərdiyi təsir nəticəsində meydana gələn mutasiyalar səbəbi ilə yaranmışlar.

Bununla belə bəzi bakteriya və həşəratların bu xüsusiyyətləri antibiotik və DDT-ların təsirinin nəticəsi deyil. Çünki bu canlılar öncədən bu xüsusiyyətləri ilə yaradılmışdır. Təkamül nəzəriyyəsinin müdafiəçilərindən sayılmasına baxmayaraq "Scientific American" jurnalında aşağıdakılar etiraf edilmişdi:

"Bakteriyaların çoxu hələ antibiotiklərin istifadəsindən öncə müqavimət geninə malik olmuşlar. Alimlər bu genlərin yaranma və mövcudolma səbəblərini bilmirlər".133

Gördüyümüz kimi, ilk antibiotiklərin meydana gəlməsinə qədər də müqavimət genetik kodunun mövcudluğu təkamülçülərin izah edə bilmədiyi və onların bu fikirlərini alt-üst edən bir faktdır. Antibiotiklərdə müqavimət göstərən bakteriyaların mövcudluğu haqqında nüfuzlu "Medical Tribune" elmi jurnalının 29 dekabr, 1988-ci il tarixli sayında aşağıdakı maraqlı hadisə haqqında məqalə dərc olunmuşdu: 1986-cı ildə aparılan tədqiqat zamanı 1845-ci il qütb ekspedisiyasında xəstəlikdən həlak olan tədqiqatçıların cəsədləri tapılmışdı.

Meyitlərin öyrənilməsi zamanı XIX əsrdə geniş yayılmış bir sıra bakteriya növləri aşkar olunmuşdu. Bu bakteriyaların analizi zamanı bir çoxlarını heyrətləndirən bir fakt da məlum olmuşdu. Aşkar olunan bakteriyaların XX əsrdə mövcud olan antibiotiklərə qarşı davamlı olduqları müəyyən edilməmişdi.134 Öz növbəsində pensilin almadan bakteriya növlərinin çoxunun davamlılıq xüsusiyyətlərinə malik olması tibbdə qəbul olunan faktlardan biridir. Deməli, bakteriyaların müqavimət xüsusiyyətlərinin təkamülün nəticəsi olması fikri doğru deyil. Yaxşı, bəs onda "bakteriyaların immun qazanması" adlandırdığımız proses necə həyata keçir?