Həyatın Mənşəyi
AZEN

İnsan Genomu Layihəsi haqqında darvinist-materialist yanılmalar

Klonlama Işləri Təkamül Nəzəriyyəsinə Niyə Heç Bir Dəstək Verməz?

Oxu müddəti: ~3 dəq.

Köçürmə əməliyyatında, köçürülmə planlaşdırılan canlının bir hüceyrəsindən DNT-si mikroskop altına alınar və o növdən başqa bir canlıya aid bir yumurta hüceyrəsinin içinə yerləşdirilir. Bu əməliyyat üçün köçürülmə planlaşdırılan canlının DNT-si istifadə edilir. Dərhal ardınca şok tətbiq edilir və yumurta hüceyrənin bölünməyə başlaması təmin edilər. Bölünməyə davam edən embrion o növdən hər hansı bir canlının bətninə yerləşdirilir və inkişaf edib doğulması gözlənilir.

Əvvəlcə köçürülmə və təkamül anlayışları tərif olaraq tamamilə fərqlidir. Təkamül nəzəriyyəsi cansız maddənin təsadüflər nəticəsində canlılığı meydana gətirdiyi iddiası üzərində qurulmuşdur. (Bu iddianın reallaşa biləcəyinə dair heç bir dəlil yoxdur). Köçürülmə isə canlı hüceyrənin genetik maddəsi istifadə edilərək, o canlının köçürülməsidir. Onsuz da canlı bir hüceyrədən başlayır və bioloji bir müddət laboratoriya mühitinə daşınaraq süni üsullarla təkrarlanır. Yəni ortada təkamülün əsas iddiası olan təsadüfi bir proses və ya cansız maddənin canlanması kimi bir vəziyyət yoxdur.

Həqiqətdə köçürmə əməliyyatı təkamül üçün heç bir dəlil vermir, ancaq təkamülü kökündən çürüdən bir biologiya qanununun çox açıq bir dəlilidir. Bu qanun məşhur elm adamı Lui Pasterin XIX əsrin sonuna doğru ortaya qoyduğu "həyat ancaq həyatdan gəlir" prinsipidir. Bu açıq həqiqətə baxmayaraq köçürmənin təkamülə dəlil kimi göstərilməsi bir qisim media vasitəsilə icra edilən böyük bir azdırma və yalandır.

1. Klonlanacaq heyvandan hüceyrənin götürülməsi 2. Oosit 3. Donor nüvə hüceyrələri 4. Nüvədə 2-ci metafaza 5. Nüvəsiz yumurta 6. Hüceyrənin yeridilməsi 7. Sitop
1. Klonlanacaq heyvandan hüceyrənin götürülməsi 2. Oosit 3. Donor nüvə hüceyrələri 4. Nüvədə 2-ci metafaza 5. Nüvəsiz yumurta 6. Hüceyrənin yeridilməsi 7. Sitoplazma. A) Yumurta hüceyrələrinin götürülməsi: klonlanacaq heyvanla eyni növdən olan dişidən yumurta hüceyrələri punksiya (deşmə) üsulu ilə götürülür. C) Yetişmə: oositlər (yetişməmiş yumurta hüceyrələri) mayalanmağa hazır olacaqları mərhələyə (2-ci metafaza) qədər uyğun mühitə yerləşdirilir. D) İnyeksiya: nüvənin çıxarılması əməliyyatından sonra klonlanacaq hüceyrə yumurtaya köçürülür və bu hüceyrə sitoplazmaya yapışır.

Ancaq xüsusilə son 30 il içində müxtəlif elm şaxələrindəki irəliləmələr canlıların ortaya çıxışının təsadüf anlayışı ilə açıqlanmasının qeyri-mümkün olduğunu göstərmişdir. Təkamülçülərin elmi səhvləri və tərəfli şərhləri sənədləşdirilmiş; beləcə, təkamül nəzəriyyəsi elm sərhədləri içində müdafiə edilə bilməz hala gətirilmişdir. Bu həqiqət isə təkamülçülərin bir qismini fərqli axtarışlara sövq etmişdir. Elə canlılığın nüsxəsinin hətta yaxın keçmişdə "şar körpə" kimi elmi inkişafların təkamülə dəlil kimi təbliğat edilməsi bu səbəblədir.

Köçürülmə mövzusunda insanların içinə düşdüyü bir başqa səhv anlama isə köçürməni "insan yaratmaq" kimi anlamalarıdır. Halbuki, köçürmənin belə bir mənası qətiyyən yoxdur. Köçürülmə onsuz da var olan canlı bir çoxalma mexanizminə, onsuz da var olan bir genetik məlumatı əlavə etməkdən ibarətdir. Bu əməliyyatda nə yeni bir mexanizm, nə də yeni bir genetik məlumat çıxarılmamışdır. Var olan bir canlının, məsələn, qoyunun genetik məlumatı alınır, ana qoyunun rəhminə verir və ananın doğacağı yeni balanın, genetik məlumatı alınan qoyunun tək yumurta əkizi olması təmin edilir. Bunun nə təkamül nəzəriyyəsiylə nə də "insan yaratmaq" anlayışıyla heç bir əlaqəsi yoxdur.

Bir insanı və ya başqa hər hansı bir canlını yaratmaq, yəni yoxdan var etmək yalnız Allaha məxsusdur. Necə ki, elmi inkişaflar da bu yaratmanın insanlar tərəfindən həyata keçirilməsinin qeyri-mümkün olduğunu göstərərək, eyni həqiqəti təsdiq edir. Bir ayədə belə buyurulur:

Göyləri və yeri (yoxdan) yaradan da Odur. O, bir işin olmasına qərar versə, ona yalnız: "Ol" deyər, o da dərhal olar. (Bəqərə surəsi, 117)

Nəticə olaraq, cəmiyyətə elm adına söyləyəcək sözü qalmayan təkamülçülərin xalqın məlumat əskikliyinə sığınaraq nəzəriyyəni yaşatmağa işləri yalnız o nəzəriyyənin elmi istiqamətdən çarəsizliyini göstərir. Digər bütün elmi inkişaflar kimi köçürmə də, canlılığın yaradılmış olduğuna əsaslanan çox əhəmiyyətli və maarifləndirici bir elmi nailiyyətdir.