Həyatın Mənşəyi
AZEN

Canlıların quruluşundakı məlumat və materializmin sonu

Giriş

Oxu müddəti: ~1 dəq.

Təkamül nəzəriyyəsinin təməlində materialist fəlsəfə yatır. Materializm var olan hər şeyin yalnız maddə olduğu fərziyyəsinə əsaslanır. Bu fəlsəfə maddənin əzəldən bəri var olduğunu, həmişə var olacağını və maddədən başqa bir şey də olmadığını idda edir. Materialistlər bu iddialarına dəstək qazandırmaq üçün “reduksionizm” (kompleks hadisələrin daha asan qanunlarla izah edilə bilməsi) olaraq adlandırılan bir məntiq istifadə edirlər. Reduksionizm maddə kimi görünməyən şeylərin də əslində maddi faktorlarla açıqlanma düşüncəsidir.

Bunu açıqlamaq üçün zehin nümunəsini verək. Bilindiyi kimi, insanın zehni əllə tutulan, gözlə görülən bir şey deyil. Bundan başqa, insan beynində bir zehin mərkəzi də yoxdur. Bu vəziyyət bizi istər-istəməz, zehnin maddə-sonrası bir anlayış olduğu nəticəsinə aparır. Yəni, "mən" dediyimiz, düşünən, sevən, həyəcanlanan, sevinən, zövq alan, ya da acı çəkən varlıq, bir kreslo, bir masa və ya bir daş kimi maddi bir varlıq deyil.

Materialistlər isə zehnin “maddənin reduksionizmi” olduğu iddiasındadırlar. Materialist iddiaya görə, bizim düşünməli, sevməyimizin, sevinməyimiz və bütün digər zehni fəaliyyətlərimiz əslində beynimizdəki atomlar arasında meydana gələn kimyəvi reaksiyalardan ibarətdir. Bir insanı sevməyimiz beynimizdəki bəzi hüceyrələrdəki bir kimyəvi reaksiya, bir hadisə qarşısında qorxu duymaq bir başqa kimyəvi reaksiyadır. Məşhur materialist filosof Karl Vogt bu məntiqi "qaraciyər necə öd mayesi ifraz edirsə, beyin də düşüncə ifraz edir" şəklindəki ağıldankənar sözüylə ifadə etmişdir.(132) Halbuki, əlbəttə öd mayesi bir maddədir, amma düşüncənin maddə olduğunu göstərəcək heç bir dəlil yoxdur.

Reduksionizm bir məntiq icrasıdır. Ancaq bir məntiq icrası doğru təməllərə də əsaslana bilər, səhv təməllərə də. Bu səbəblə, bizim üçün hal-hazırda əhəmiyyətli olan sual budur: Materializmin təməl məntiqi olan “reduksionizm” elmi məlumatlarla müqayisə edildikdə ortaya hansı nəticə çıxar?

XIX əsrin materialist elm adamları və ya mütəfəkkirləri bu suala asanlıqla "elm reduksionizmi təsdiqləyir" cavabının verilə biləcəyini zənn edirdilər. Amma XX əsr elmi ortaya çox fərqli bir həqiqət çıxarmışdır.

Bu həqiqət, təbiətdə var olan və əsla maddənin reduksionizmi ola bilməyən “məlumat”dır.