Həyatın Mənşəyi
AZEN

İnsan Genomu Layihəsi haqqında darvinist-materialist yanılmalar

İnsan Genom Layihəsindəki Uğurlar Allahın Yaratdığı Qədərin Bir Hissəsidir

Oxu müddəti: ~5 dəq.

İnsan Genom layihəsinin nəticələrinin ardınca bəzi nəşriyyat orqanları təkamül nəzəriyyəsinin düşdüyü düyünün daha da açılmaması üçün yalan məlumatlar nəşr etdi və xalqı səhv məlumatlandırmağa başladılar. Darvinist-materialist mətbuatın ən çox gündəmə gətirdiyi və fərqli şüar və başlıqlarla ifadə etdiyi mövzulardan biri gen xəritəsinin kəşfinin guya insanların müqəddəratını dəyişdirmə iddiasıdır. "İnsan artıq qədərinə məğlub olmayacaq" kimi ismarıcların insanın gen xəritəsi haqqındakı məlumatlarla birlikdə təqdim edilməsi böyük bir səhvdir. Çünki, həqiqətdə insanın gen xəritəsinin çıxarılması insanın taleyinin axınını qətiyyən dəyişdirməz, çünki bu da insanın qədərindədir. Allah Quranda bu həqiqəti belə bildirir:

Allah istəməyincə, siz istəyə bilməzsiniz. Həqiqətən, Allah Biləndir, hökm və hikmət sahibidir. (İnsan surəsi, 30)

Qədər Allahın keçmiş və gələcək bütün hadisələri tək bir an olaraq bilməsidir. Allah yaşanmamış hadisələrin də hamısını əvvəldən bilir. İnsanların çoxu Allahın hələ yaşanmamış hadisələri əvvəldən necə bildiyi mövzusunu, yəni alın yazısı həqiqətini anlaya bilməzlər. Halbuki, insanın hələ qarşılaşmadığı bir hadisə özünə görə yaşanmamış bir hadisədir. Nəticəsi bilinməyən kimi xarakterizə edilən bütün hadisələr yalnız bizim üçün bilinməzdir. Sonsuz bir elmin sahibi olan Allah zamana və məkana bağlı deyil, onsuz da zamanı və məkanı yaradan Özüdür. Bu səbəblə, Allah üçün keçmiş, gələcək və bu an hamısı birdir. Allah Qatında bizim indi yaşamaqda olduğumuz və irəlidə yaşanacaq hər şey olub bitmişdir. Bütün insanlar Allahın özləri üçün yaratdığı qədərə, zamanı gəldikdə şahid olarlar.

“Elə güman edirdiniz ki, Biz sizi əbəs yerə yaratmışıq və siz Bizə qaytarılmayacaqsınız?” (Muminun surəsi, 115)
“Elə güman edirdiniz ki, Biz sizi əbəs yerə yaratmışıq və siz Bizə qaytarılmayacaqsınız?” (Muminun surəsi, 115)

Filmlərin kadrlarını əlinə alan bir insanın filmin əvvəlini, sonunu, arada cərəyan edən hadisələri tam olaraq tək bir anda görə bilməsi kimi Allah da yaratdığı bütün insanlarla əlaqədar hər şeydən xəbərdardır. Hər şeyi tək bir an olaraq bilən Allah bu tək bir anda - yəni sonsuz kiçik zamanda-sonsuzluğu-yəni sonsuz böyük zamanı-yaradaraq gücünün sonsuzluğunu bizə göstərir. Bu səbəbdən, iman sahibi kəslərin bu elmi proseslərə yanaşması Quranda bildirildiyi kimi, məlumatın əsl və yeganə sahibinin Allah olduğunun fərqində olmalarıdır:

Onlar dedilər: "Sən pak və müqəddəssən, bizə öyrətdiklərindən başqa biz heç bir şey yoxdur. Həqiqətən, Sən hər şeyi bilən, hökm və hikmət sahibi Sənsən." (Bəqərə surəsi, 32)

Allah gəlib-keçmiş bütün insanların həyatlarını bütün təfərrüatlarıyla birlikdə yaradandır. Bir insanın doğumundan ölümünə qədər qarşılaşacağı müsbət ya da mənfi kimi görünən bütün hadisələr Allahın məlumatı daxilində reallaşır. Ənam surəsində dünyada meydana gələn kiçik-böyük bütün hadisələrin Allahın istəyi ilə reallaşdığı belə ifadə edilir:

Qeybin açarları Onun yanındadır, Ondan başqa onları heç kəs qeybi bilməz. Quruda və dənizdə olanların hamısını O bilir, O, bilmədən bir yarpaq belə düşməz; Yerin qaranlıqlarında elə bir toxum, elə bir yaş və elə bir quru yoxdur ki, hamısı (və hər şey) açıq-aşkar bir kitabda yazılmasın. (Ənam surəsi, 59)

Hər insan və hər hadisə üçün bu vəziyyət məqbuldur. Heç kimin Allahın özü üçün yaratdığı qədərə müdaxilə etməsi, hadisələrin axınında hər hansı bir dəyişiklik etməsi mümkün deyil. Məsələn, Allah hər insanı müəyyən bir ömür ilə yaratmışdır və hər insanın ölüm anı Allah qatında yer, zaman və şəkil olaraq da müəyyəndir. Məsələn, bir insanın tutulduğu xəstəlik o insanın qədərində, özü doğulmadan milyardlarla il əvvəlində müəyyəndir. O xəstəlikdən xilas olmayacağı da, qədərində təyin olunmuşdur. Hətta yaxşılaşmasına səbəb olacaq həkimlər, tibb bacıları, xəstəxana, dərmanlar, müalicə üsullarına qədər Allah qatında əvvəldən yazılmışdır. Bu səbəbdən, əgər bir insan yaxşılaşsa, bu, onun taleyini dəyişdirdiyi mənasını verməz, qədərində şəfa yazıldığı mənasını verər. Ayələrdə Allah belə bildirir:

Sizi ən yaxşı Rəbbiniz bilir; İstəsə, sizə rəhm edər, istəsə, sizi əzablandırar. Biz səni onların üzərində bir vəkil olaraq göndərməmişik. Rəbbin göylərdə və yerdə olan hər kəsi ən yaxşı bilir ... (İsra surəsi, 54-55)

Əgər gələcəkdə bir gün bir insanın ömrü genlərinə edilən doğru müdaxilələrlə uzadılırsa, bu hadisə də bəhs olunan adamın öz qədərinə müdaxilə etdiyi mənasını verməz. Bunun mənası budur: Allah bu insanı uzun bir ömürlə yaratmışdır və gen xəritəsinin çıxarılmasını da bu insanın ömrünün uzun olmasına vəsilə etmişdir. Gen xəritəsinin olması da bu adamın genlərlə əlaqədar texnoloji inkişafların yaşandığı bir dövrdə yaşaması da yenə o insanın ömrünün tibbi imkanlarla uzadılması da onun qədərindədir; hamısı Allah qatında hələ o insan dünyaya gəlmədən əvvəl müəyyəndir.

Eyni şəkildə, bu layihə çərçivəsində keçirilən görüşlər nəticəsində ölümcül xəstəliyi müalicə edilən insan da, yenə qədərini yaşayır. Çünki bu insanın qədərində keçirdiyi xəstəlikdən bu layihənin vəsiləsi ilə xilas olmaq vardır. Nəticədə, insanın gen xəritəsinin çıxarılması və insanoğlunun genetik proqrama müdaxilə edə biləcək imkanları əldə etməsi, Allahın yaratdığı qədərə qarşı gəlmək demək deyil. Əksinə, bu şəkildə insanlıq Allahın özləri üçün yaratdığı prosesləri izləyir, Allahın yaratdığı məlumatı kəşf edir və istifadə edir. Əgər bir insan bu elmi proseslər sayəsində 120 il yaşasa, bu Allahın onun üçün əvvəldən təqdir etdiyi bir yaşdır, onun üçün ömrü bu qədər uzun olar. Allah hər insanın ömrünün Öz qatındakı bir kitabda müəyyən olduğunu bir ayəsində belə bildirir:

Allah sizi torpaqdan yaratdı, sonra bir damla sudan. Sonra da sizi cüt-cüt yaratmışdır. Onun məlumatı olmadan, heç bir dişi hamilə qalmaz və doğmaz da. Ömür müddətinə, ömür verilməsi və onun ömrünün qısaldılması da ancaq kitabda (yazılı) dır. Həqiqətən, bu, Allah üçün çox asandır. (Fatir surəsi, 11)

Qısası, "qədərimi məğlub etdim", "qədərimi dəyişdirdim", "qədərə müdaxilə etdim" kimi ifadələr, qədər həqiqətini bilməməyin gətirdiyi cəhalətdən qaynaqlanan səhv ifadələrdir. Bir adamın bu ifadələri istifadə edərək danışması da onun qədərində əvvəldən təyin olunmuşdur. Adamın bu cümləni harada, nə zaman, hansı şərtlər altında istifadə etməsi belə Allah qatında təsbit edilmişdir. Allah hər şeydən xəbərdar olandır.

Allah hər şeyin qatında bir kitabda yazılı olduğunu bildirmişdir. Bizlər, bu kitabda yazılı olanların eynisini, heç bir əskiklik və ya çoxluq olmadan yaşayırıq.

Yer üzündə baş verən və sizin öz başınıza gələn elə bir müsibət yoxdur ki, Biz onu yaratmamışdan əvvəl o, bir kitabda (yazılı) olmasın. Şübhəsiz ki, bu, Allah üçün çox asandır. (Hədid surəsi, 22)

Allah’ın emri, takdir edilmiş bir kaderdir. (Ahzap Suresi,38)
Allah’ın emri, takdir edilmiş bir kaderdir. (Ahzap Suresi,38)