Həyatın Mənşəyi
AZEN

İnsan Genomu Layihəsi haqqında darvinist-materialist yanılmalar

Təkamülçülərin Genetik Bənzərliyi Düzgün Əks Etdirməməsi

Oxu müddəti: ~4 dəq.

İnsan Genom layihəsi çərçivəsində insanlığın gen xəritəsinin çıxarılmasıyla birlikdə bu layihənin nəticələri təhrif edilib və bəzi təkamülçü nəşrlərə vəsait olmuşdur. Bəhs olunan xəbərlərdə şimpanzelərin genlərinin insan genləri ilə 98% bənzərlik göstərdiyi iddia edilir və bunun təkamül nəzəriyyəsinin bir dəlili olduğu irəli sürülür. Həqiqətdə isə bu iddiaların təkamül iddialarına heç bir qatqısı yoxdur, əksinə bunlar azdırmaya əsaslanan saxta dəlillərdir.

Şimpanze ilə insan genomları 98% bənzər olsa belə, bundan "insanı 98% şimpanzelərin" nəticəsində çıxarmaq məntiqsizdir. Çünki insan müəyyən nisbətlərdə genlərini başqa bir çox canlıyla da paylaşır. Məsələn, New Scientist jurnalında köçürülən genetik analizlərə görə, nematod soxulcanları və insan DNT-lərində 75%-lik bir bənzərlik var. (122) Ancaq bu vəziyyət insanın 75% soxulcan olduğunu göstərmir, ya da arada yalnız 25%-lik bir fərq olduğu mənasını vermir. Bu iddiaların məntiqsizliyini bəzi təkamülçülər də görür və dilə gətirirlər. Məsələn, Professor Steven Jones banan və insan arasında 50% genetik bənzərlik tapıldığının göstərilməsinin, insanın 50% banan olduğu mənasını vermədiyini xatırladır. Çünki iki fərqli canlıdakı genlər eyni olsa da, bunların tamamilə fərqli şəkildə işlədikləri müəyyən olunub. Ayrıca, genlərin bəzən birdən çox funksiya ilə əlaqədar olması, bəzən də bir funksiyanın birdən çox gen tərəfindən idarə olunması, genlər arasındakı riyazi fərqi çox böyük nisbətdə genişləndirir.

Digər tərəfdən bəzi zülallar üzərində aparılan təhlillər də insanı çox daha fərqli canlılara yaxın kimi göstərir. Cambridge Universitetindəki araşdırmaçıların etdiyi bir işdə, quru canlılarının bəzi zülalları qarışdırılır. Heyrət verici bir şəkildə, təxminən bütün nümunələrdə insan və toyuq, bir-birlərinə ən yaxın qohum olaraq qoşalaşmışdırlar. Bir sonrakı ən yaxın qohum isə timsahdır.(123)

Təkamülçülərin insan ilə meymun arasındakı genetik bənzərlik mövzusunda istifadə etdikləri bir başqa nümunə isə insanda 46, şimpanze və qorillada isə 48 xromosom olmasıdır. Təkamülçülər xromosom saylarının yaxınlığını təkamül əlaqəsinin göstəricisi sayırlar. Halbuki, əgər təkamülçülərin istifadə etdiyi bu məntiq doğru olsaydı, insanın şimpanze ilə eyni yaxınlıqda bir qohumu olmalı idi: Kartof. Çünki kartofun xromosom sayı qorilla və şimpanzeninkiylə eynidir: 48. Digər tərəfdən yabanı dovşanın xromosom sayı, insanınkı ilə eynidir: 46.(124) Bu nümunələr genetik bənzərlik anlayışının təkamül nəzəriyyəsinə bir dəlil meydana gətirmədiyini göstərir. Çünki genetik bənzərliklər iddia edilən təkamül sxemlərinə uzlaşmır, əksinə bunlara tamamilə tərs nəticələr verir.

Əgər təkamülçülərin iddia etdiyi kimi xromosom sayları guya təkamül əlaqələrinə dəlil olsaydı, insanın şimpanze ilə eyni yaxınlıqda bir qohumu olmalı idi: “kart
Əgər təkamülçülərin iddia etdiyi kimi xromosom sayları guya təkamül əlaqələrinə dəlil olsaydı, insanın şimpanze ilə eyni yaxınlıqda bir qohumu olmalı idi: “kartof”. Çünki kartofun xromosom sayı qorilla və şimpanzeninki ilə eynidir: 48.

Darvinist medianın bu mövzuda etdiyi şey, məlumatları seçici olaraq istifadə edib, bunların arasından təbliğat vəsaiti yaratmaqdır. İnsan ilə meymunun ortaq bir əcdaddan əmələ gəldiyini iddia etdikləri üçün, insan DNT-si ilə meymun DNT-si arasındakı bənzərliyi ön plana çıxardırlar. Halbuki təkamülçülərin on illərdir davam etdirdikləri 98% bənzərlik təbliğatının əsassızlığını göstərən, yenə təkamülçülər tərəfindən edilmiş elmi araşdırmalar da var. Ancaq bunlar, təhrifə əsaslanan bənzərlik iddialarının əksinə, qəsdli olaraq xəbər edilir ya da bunlara kiçik diametrli yer ayrılır.

CNN-nin veb səhifəsində 25 sentyabr 2002-ci il tarixində nəşr olunan "Humans, chimps more different than thought" (İnsanlar, şimpanzelər düşünüldüyündən daha fərqli)" başlıqlı yazıda bu araşdırmanın nəticələri belə xəbər verilir:

Edilən yeni genetik araşdırmaya görə, insanlar və şimpanzelər arasında bir zamanlar inanıldığından daha çox fərqlilik var. Bioloqlar uzun bir müddət şimpanzelərin və insanların genlərinin 98.5%-nin bənzər olduğunu müdafiə etdilər. Ancaq Kaliforniya Texnologiya İnstitutundan bir bioloq bu həftə nəşr olunan işdə genləri müqayisə üçün istifadə edilən yeni bir üsulun, insanlar və meymunların arasındakı genetik bənzərliyin yalnız 95% nisbətində olduğunu göstərdiyini açıqladı. Bu araşdırma insan DNT zəncirindəki 3 milyon əsas cütündən 780.000 ədədi şimpanzelərinki ilə müqayisədə bir kompyuter proqramına əsaslanırdı. Daha əvvəlki tədqiqatçıların tapdıqlarında daha çox bir-birinə bənzəməyən hissə tapıldı və DNT əsaslarının ən az 3.9% nisbətində fərqli olduğu nəticəsinə gəlindi. Bu vəziyyət onu növlər arasında təxminən 5% nisbətində genetik bir fərq olduğu nəticəsinə apardı ... (125)

İngilis elm jurnalı New Scientist də eyni mövzunu 23 sentyabr 2002-ci il tarixli internet xəbərində "Human-Chimp DNT Difference Trebled" (İnsan-şimpanze genetik fərqi üç qatına çıxdı) başlığıyla xəbər vermişdir:

İnsan və şimpanze DNT-ləri arasında edilən yeni qarşılaşdırmalara görə, keçmişdən düşünüldüyündən daha unikaldır. Uzun bir müddət ən yaxın qohumlarımız ilə genetik quruluşumuzu 98.5% oxşadığı fikri müdafiə olundu. İndi bunun səhv olduğu ortaya çıxır. Həqiqətdə genetik quruluşumuzu 95%-dən daha az qismini paylaşırıq, şimpanzelər ilə aramızdakı fərqlilik, düşünüldüyündən 3 qat daha çoxdur. (126)

Nəticə olaraq genom layihəsi təkamül nəzəriyyəsi lehində heç bir tapıntı ortaya qoymur. Əksinə, canlılar arasında DNT və gen strukturlarına əsaslanaraq bir "təkamül həyat ağacı" əmələ gətirməyəcəyini ortaya qoymuş və darvinizmə böyük bir zərbə endirmişdir. Canlıların DNT şifrələri XIX əsrdən bəri insanlara bir həqiqət kimi təlqin edilən "həyat ağacı"nın bir xurafat olduğunu açıqca göstərir.

Darvinizmə kor-koranə bağlılıq göstərən seqmentlərin əsl məqsədi xalqa elmi inkişafları çatdırmaq deyil, yalnız darvinizmi yaymaqdır. Ancaq darvinizm təbliğatının bütün dayaqları bir-birinin ardınca baş verən elmi tapıntılarla gün keçdikcə əriyir. Bu vəziyyət qarşısında getdikcə artan sayda insan təkamül nəzəriyyəsinin ideoloji səbəblərlə davam etdirilən bir yalan olduğunun fərqinə varır, yaradılış həqiqəti sürətlə yayılır. Quranda Allah belə bildirir:

Xeyr, Biz haqqı batilin üstünə atarıq, o da onun beynini darmadağın edər. Bir də baxarsan ki, o, yox olub getmişdir. (Allaha) isnad etdiyiniz sifətlərə görə vay halınıza. (Ənbiya surəsi, 18)