Həyatın Mənşəyi
AZEN

İnsan Genomu Layihəsi haqqında darvinist-materialist yanılmalar

Giriş

Oxu müddəti: ~2 dəq.

Genom bir hüceyrənin və ya bir canlının sahib olduğu genetik məlumatlara verilən addır. İnsan bədənindəki təxminən 100 trilyon hüceyrənin hər birində əskiksiz yer alan DNT molekulundakı genetik məlumatın analizini etmək üçün təxminən 20 laboratoriyada yüzlərlə elm adamı 10 ildən çox çalışmışlar. "İnsan Genom Layihəsi" adı verilən və 16 təşkilatdan ibarət olan beynəlxalq bir heyət rəhbərliyində icra edilən layihənin məqsədi insan hüceyrəsindəki genetik məlumatların hamısını müəyyənləşdirmək və DNT-nin genetik dildə yazılmış bütün mətnini oxumaq idi. Bu beynəlxalq layihənin hissəsi kimi bioloqlar, kimyaçılar, mühəndislər, kompyuter alimləri, riyaziyyatçılar və daha bir çox sahədə mütəxəssis elm adamı, insanın fiziki xüsusiyyətlərini təyin edən bir bioloji xəritə ortaya çıxarmaq üçün çalışdılar. Bütün bu səylərə baxmayaraq DNT düzülməsinin qeyd texnologiyası hələ də çox zəifdir və tək bir insan xromosomundakı DNT-nin düzülüşünü saxlamaq belə, xərci çox yüksək bir əməliyyatdır. Belə ki, İnsan Genom Layihəsi üçün xərclənən miqdar, təxminən 2.7 milyard dollar tutmuşdur.(118) Bu məbləğ insanın Aya gedib gəlməsi üçün xərclənən puldan daha çoxdur.

İnsan DNT-sinin düzülməsinin layihəsini 2000-ci ildə tamamlanmışdır. Ancaq layihənin son halını tapması, səhvlərin düzəldilməsi və boşluqların tamamlanması 2003-cü ilin aprelində mümkün olmuşdur. 13 il boyu davam etdirilən İnsan Genom proyektini Milli İnsan Genom Layihəsi Araşdırma İnstitutu, ABŞ Enerji Nazirliyi və Səhiyyə Nazirliyi koordinasiya etmişdir. İnsan Genom Layihəsinin məqsədlərindən bəziləri bu şəkildə yekunlaşdırıla bilər:

* DNT-ni meydana gətirən təxminən 3 milyard əsas cütünün düzülməsini təyin etmək.

* Əldə edilən məlumatı araşdırmalar üçün istifadə edilmək üçün məlumat banklarında saxlamaq.

* Əldə edilən məlumatın analiz edilməsi üçün üsul və vasitə inkişaf etdirmək.

* Genlər və funksiyalar arasındakı əlaqələrin olması.

* Genlərin xromosomlarda necə bir bütün halında işlədiklərinin təsbiti.

* Genetik xəstəliklərin təməli və səbəblərinin müəyyənləşdirilməsi.

Layihədə istifadə edilən gen xəritəsi texnikası genlərin xromosomlar üzərində olduğu yerlərin göstərilməsidir. Beləcə, insan genomunun anatomiyası ortaya çıxarılır. Bir çox genin və digər genetik işarəedicilərin bir-birlərinə görə bir xromosom boyunca düzülüş sırasının xəritələnməsi ilə bütün genomun xəritəsini çıxarmaq mümkündür. Genetik xəritəçəkmə genomu riyazi analiz olaraq da bilinər və genlərin xromosomlar üzərindəki mövqelərinin tapılmasında bir sıra kompleks statistik analizlər istifadə edilir. Bu xəritəçəkmə əsl olaraq insan bədəni funksiyalarının bilinməsi üçün lazımlıdır. Beləcə, İnsan Genom Layihəsinin ən əhəmiyyətli məqsədlərindən biri olan genetik xəstəliklərin təməli və səbəbləri müəyyən olunacaq. Bu layihədən əldə edilən məlumatlarla 4.000-ə qədər DNT qaynaqlı xəstəliyin bilinəcəyi, beləcə, yaxın gələcəkdə risk genetik xəstəliklərə istiqamətli xüsusi dərmanlar istehsal edilərək gen müalicəsinin mümkün olacağı təxmin edilir.