Həyatın Mənşəyi
AZEN

İnsan Genomu Layihəsi haqqında darvinist-materialist yanılmalar

Genlərin Böyüklükləri Komplekslik Ölçüsü Deyil

Oxu müddəti: ~3 dəq.

Genlər bəzi təkamülçülərin iddia etdiyi kimi mürəkkəblik ölçüsü deyil. İnsanın 30.000 geni olduğu halda düyü bitkisinin 55.000 geninin olması bunun çox açıq gös
Genlər bəzi təkamülçülərin iddia etdiyi kimi mürəkkəblik ölçüsü deyil. İnsanın 30.000 geni olduğu halda düyü bitkisinin 55.000 geninin olması bunun çox açıq göstəricisidir.

İnsan genomunun böyüklüyü asanlıqla səhv izah olunur. İnsanların böcəkdən 25 qat daha çox DNT-yə sahib olmasının səbəbi insanların daha böyük və kompleks olması deyil. Çünki genetik məlumatın miqdarının bioloji baxımdan kompleks olmaqla bir əlaqəsi yoxdur. Məsələn, tək hüceyrəli Paramecium caudatum 8,6 milyard nukleotidə malikdir. Bu insan genomunun iki qatından böyük bir ədəddir. Bilinən ən geniş genetik məlumata isə 670 milyard nukleotid ilə tək hüceyrəli Amoeba dubia sahibdir. (119)

İnsan Genom layihəsində işləyən elm adamları genlərin funksiyalarının və aralarındakı əlaqələrin başa düşülməsi mərhələsinin hələ başında olduqlarını bildirirlər. Çünki ortaya çıxan nəticələr heç də təxmin edildiyi kimi çıxmamışdır. Məsələn, bir siçan və ya buğdada belə, insandan daha uzun DNT var. Bu da DNT-nin uzun olması ilə orqanizmin kompleks olması arasında hər zaman doğru nisbət olmadığını göstərir. Bu mövzuya biofizik Dr. Lee Spetner belə toxunmuşdur:

"Bəzi orqanizmlərin xromosomları digərlərinin xromosomlarındakından daha çox DNT-yə malikdir. Orqanın kompleksliyini ölçmək üçün genomdakı DNT miqdarının yaxşı bir üsul olduğunu düşünə bilərsiniz, lakin bu tamamilə doğru deyil. İnsanlar bəzi böcəklərdən 30 qat daha çox DNT-yə sahib olmalarına baxmayaraq, insanlardakı DNT-nin iki qatından daha çoxuna sahib olan böcəklər var. DNT miqdarı kompleksliyi ölçmək üçün etibarlı bir yol deyil." (120)

Digər tərəfdən insanın gen sayı mövzusundakı əvvəlki təsbitlərin də səhv olduğu ortaya çıxmışdır. İşin başlanğıcında elm adamları insanda 50.000 ilə 140.000 arasında gen tapılacağını təxmin etmələrinə baxmayaraq, edilən son işlərdə yalnız 25.000 ilə 30.000 ətrafında gen təsbit edilmişdir. Bu vəziyyət, elm ətraflarını olduqca çaşdırmışdır. İnsan Genom layihəsini idarə edən Francis S. Collins bu vəziyyəti belə izah edir:

"İnsanların gözləniləndən daha az geni olduğu aydın oldu. Burada gendən söz edərkən, müəyyən bir zülalı şifrələyən müəyyən bir DNT düzülməsindən danışıram. Əlbəttə, zülal meydana gətirməyən RNT düzülmələri də vardır. Lakin bu məlumata görə, yalnız çox heyrətli şəkildə 30.000-ə qədər insan geni olduğu aydın oldu. Halbuki, son 15 ildir, 100.000 gendən söz edirdik və dərs kitablarında da belə yazırdı. Bu hər kəs üçün bir növ şok oldu. Hətta bəzi kəslər bundan çox təsirləndi və çətinliyə düşdü. Çünki insandan əvvəl daha sadə canlıların genləri də sayılmışdı və məsələn bir növ soxulcanın 19.000, yabanı otun 25.000 geni var idi və tək insanlar 30.000 genə sahib idilər. Daha da pisi, düyü bitkisinin genetik şifrəsi açıldıqda 55.000 geni olduğu aydın oldu. Bu nə anlama gəlirdi? İnsana və düyü bitkisindən baxan biri, əlbəttə, insanın bioloji olaraq daha kompleks olduğunu söyləyəcək. Bu mövzuda şübhə olduğunu sanmıram. Elə isə tək dayaq gen sayı olmamalıdır. Elə isə nələr olub bitirdi?" (121)

Buradakı çətinlik bundan qaynaqlanır. Darvinist elm adamları iddialarını insanın daha kompleks bir canlı olduğu, bu səbəbdən gen sayının da daha çox olduğu məntiqi üzərində qururdular. Maya hüceyrəsində 6.000, meyvə milçəyindən 13.000, bir növ soxulcanda 18.000, bir növ bitkidə 26.000 gen olmasına qarşılıq, insan hüceyrəsində, çox daha kompleks olması səbəbiylə, daha çox sayda gen olması gözlənilirdi. Ancaq İnsan Genom layihəsi, doqmatik bir məntiq olan orqanizmin kompleksləşdikcə DNT və gen sayının çoxalmasını gözləməsini boşa çıxarmışdır.

Nə gen ədədləri, nə də DNT böyüklükləri, təkamülçülərin irəli sürdüyü kimi bir "təkamül zənciri" göstərmir. Ancaq təkamülçülər həqiqətən öz əleyhlərinə olan bu son inkişafı azdırmağa və təkamül dəlili kimi göstərməyə çalışırlar. Bəzi mətbuat quruluşları isə həm mövzu haqqındakı qeyri-kafi məlumatları həm də ön fikirli yanaşmaları səbəbiylə İnsan Genom layihəsinin təkamülə dəlil təmin etdiyini zənn edir, ya da elə göstərməyə çalışırlar. Ancaq layihədən əldə edilən elmi tapıntılar darvinizmə digər elm sahələrində olduğu kimi genetik sahəsində də bütün qapıları qapamışdır.