Həyatın Mənşəyi
AZEN

İnsan Genomu Layihəsi haqqında darvinist-materialist yanılmalar

Gen Mühəndisliyi Haqqındakı Təkamülçü Yanılmalar

Oxu müddəti: ~5 dəq.

Gen mühəndisliyi, bir canlıdan alınan genləri təcrid etmə, bu genləri istiqamətləndirmə və başqa bir canlıya köçürmə işlərinin edildiyi sahədir. Elm adamları bunun sayəsində sənaye tullantıları həzm bakteriyaları çıxara bilir, canlıları klonlaya bilir, xəstəliklərə və böcəklərə qarşı müqavimətli bitkilər inkişaf etdirir. Ancaq nə bu biotexnoloji işlər, nə də onların əsaslandığı genetik araşdırmalar, təkamül nəzəriyyəsini dəstəkləmir. Bu mövzudakı müəyyən yanılmaları belə sıralaya bilərik:

1) Biotexnoloji işlər canlıların şüursuz, təsadüfi proseslər nəticəsində deyil, şüurlu olaraq yaradıldıqlarının bir dəlilidir:

Bəhs olunan genetik işlərin hamısında genlər üzərində çox böyük diqqətlə işlənilir, yəni şüurlu müdaxilə edilir. Elm adamları genləri müəyyən bir məqsəd istiqamətində istiqamətləndirən şüurlu bir tənzimləyici mövqeyindədir. Bu insanlar hüceyrənin fəaliyyəti haqqında illərlə təhsil alaraq məlumat sahibi olmuşlar. Işlərinin bütün mərhələlərini diqqətlə reallaşdırıb idarəli müdaxilələrdə olurlar. Bundan əlavə, bu cür işlər inkişaf etmiş laboratoriyaları, texnoloji alətlər istifadə edilərək, tamamilə xüsusi olaraq təşkil olunan mühitlərdə həyata keçirilir. Necə ki, biologiya professoru William D. Stansfield özü bir təkamülçü olmasına baxmayaraq, bu kimi işlərin təkamül dəlili ola bilməyəcəyini laboratoriyada hüceyrə sintez işlərindən verdiyi örnəklə belə qəbul etmişdir:

"Yaradılışı müdafiə edənlər elmin sadə kimyəvilərdən həqiqətən canlı meydana gətirə biləcəyi günü iplə çəkiblər. İddia edirlər və bunda haqlıdırlar ki, belə insan istehsalı bir həyat-forması istehsal olunsa belə bu, təbii həyat formalarının bənzər kimyəvi təkamül proseslərilə inkişafı təsdiqləməyəcəkdir." (130)

1 – Yeni tərcümə olunmuş zülallar, 2 – Xromosom, 3 – Nüvə, 4 – DNT, 5 – mRNT, 6 – Ribosomlar, 7 – Qatlanmamış zülal, 8 – Qismən qatlanmış zülal, 9 – Məsamə, 10
1 – Yeni tərcümə olunmuş zülallar, 2 – Xromosom, 3 – Nüvə, 4 – DNT, 5 – mRNT, 6 – Ribosomlar, 7 – Qatlanmamış zülal, 8 – Qismən qatlanmış zülal, 9 – Məsamə, 10 – Qatlanmış zülal, 11 – Hüceyrə membranında qatlanmış zülal, 12 – Hüceyrə, 13 – Nukleotidlər, 14 – Xromatin, 15 – Histonlar.

2) Genetik növlərə ayrılma təkamül nəzəriyyəsinə heç bir dəstək vermir:

dna

Təkamülçü nəşrlərdə iddia edildiyi kimi, genetik növlərə ayrılma ilə nəticələnən təcrübələr də təkamül nəzəriyyəsinin bir dəlili deyil. Çünki təkamül nəzəriyyəsi təbiətdə canlıları daha kompleks hala gətirən mexanizmlər olduğunu və bu yolla bir canlı növünün bir başqa canlı növünə çevrildiyini iddia edir. Halbuki, genetik mühəndislik və biotexnologiya sahəsində aparılan təcrübələrdə genetik növlərin bu cür dəyişikliyə yol açmasının qeyri-mümkün olduğu görülmüşdür. Ancaq bir qisim təkamülçülər bu həqiqəti görməzlikdən gəlir və bəzi söz oyunları ilə təkamül nəzəriyyəsinin laboratoriyada isbatlandığı kimi həqiqətdənkənar iddialar irəli sürürlər.

3) Gen mühəndisliyi ilə inkişaf etdirilən orqanizmlər təkamül nəzəriyyəsinin dəlili deyil:

Digər bir yanılma isə orqanizmlərin genetik mühəndislik yolu ilə inkişaf etdirilməsinin təkamül nəzəriyyəsini təsdiqlədiyi iddiasıdır. İndiki vaxtda biotexnologiya və gen mühəndisliyi sahəsində, xüsusilə, dərman və ya insulin kimi zülalların istehsalında və ya bəzi fermentlərin reaksiya sürətlərini dəyişdirmə kimi mövzularda istifadə edilən üsullar təkamülçülər tərəfindən təkamül nəzəriyyəsinin bir dəlili kimi göstərilir. Halbuki, bu işlərin təkamül nəzəriyyəsi lehində bir dəlil olması mümkün deyil.

Gen mühəndisliyi işləri "Rekombinant DNT" texnologiyasının inkişafı ilə gedir. "Rekombinant" sözü ilə əvvəldən mühitdə olan strukturların (burada genlərin) yenidən birləşdirilməsi nəzərdə tutulur. Bu vəziyyətdə təkamülçülər əvvəlcə gen mühəndisliyinin xammalı olan genlərin mənşəyini açıqlamalıdırlar. (Bax. Bölüm: DNT möcüzəsi təkamül nəzəriyyəsini necə etibarsız edir?) DNT-nin mənşəyi mövzusunda tam bir çıxılmaz vəziyyətdə olan təkamülçülər gen mühəndislik istifadə etmiş və darvinist istiqamətləndirmələrlə hazırlanan işlərdən ümidlənmişlər. Halbuki, təkamül nəzəriyyəsi canlı növlərinin yalnız təsadüfi mexanizmlər ilə meydana gəldiyini əsas tutan bir görüşdür. Bu səbəbdən təkamülçülərin genetik mühəndislik ilə əlaqədar təbliğatı ən başdan çürükdür. Çünki təkamülçülər genetik mühəndisliklə əlaqədar iddialarında böyük bir ziddiyyət ortaya qoyurlar.

Genlərin fərqli orqanizmlər arasında köçürülə bilər olması ya da eyni mühitdəki genlərin yenidən birləşdirilməsi, təkamüllü bir prosesin varlığına dəlil göstərilməyə çalışılır. Həqiqətdə isə bu işlərin vəsaiti olan genlər,-əvvəlki hissələrdə açıqladığımız kimi-son dərəcə mürəkkəb quruluşları belə təsadüfü bir prosesin yaşanmadığının, ən qüvvətli dəlillərindən biridir.

4) Genlər, canlıların ortaq ataya deyil, ortaq mənşəyə sahib olduqlarının göstəricisidir:

Təkamülçülərin bu sahədəki işlərlə əlaqədar təbliğatlarındakı yanılmalardan digəri orqanizmlər arasında köçürülən ortaq genlərin canlıların ortaq bir atadan törədiyi iddiasının yanlış sübut olmasıdır. Darvinist laboratoriya tədqiqatçıları canlılar arasında genləri necə köçürə bildiklərini açıqladıqdan sonra "bunu edə bilirik, çünki istifadə olunan canlılar ortaq bir atadan əmələ gəliblər" şəklində iddialar irəli sürürlər. Beləcə, öz fərziyyələri istiqamətində etdikləri şərhi bir dəlil kimi izah edərək mövzu haqqında səthi məlumat sahibi olan kəsləri yanıldırlar. Həqiqətdə isə ortaq mənşə, ortaq əcdad fərziyyəsinə isbat meydana gətirmir. Eyni şəkildə, genlərin fərqli orqanizmlər arasında köçürülməsini də, bioloji strukturların təsadüflərlə və məqsədsiz təbiət hadisələriylə təkamülləşdiyini təsdiqləmir. Fərqli orqanizmlər arasındakı ortaq genlər obyektiv olaraq ancaq "ortaq mənşə" göstəricisi olaraq qəbul edilə bilər. Ortaq mənşə şərhi də, açıq-aşkar yaradılış həqiqətini dəstəkləyir.

5) Gen mühəndisliyi ateizm təbliğatına heç bir dəstək vermir:

Gen mühəndisliyi ilə əlaqədar şərhlərdə rast gəlinən bir başqa səhv isə gen mühəndisliyinin "yaratma" olduğunun yalnış olmasıdır. Allahın varlığını inkar edən materialistlər gen mühəndisliyi işlərini ateizm təbliğatından istifadə edərək və edilən işləri "yaratma" olaraq şərh edirlər. (Allahı tənzih edirik).

Burada ateistlərin qavramamaqda israr etdiyi şey "yaratmanın" "yoxdan var etmə" mənasını verdiyidir. Yaratmaq yalnız Allaha məxsusdur. Gen mühəndisliyi işlərində elm adamları Allahın yaratdığı genlər üzərində dəyişikliklər edir və ya bunları Allahın yaratdığı canlılar arasında söyləyirlər. Bu işlərdə canlıları inkişaf etdirmək üçün istifadə olunan genetik məlumat canlılar aləmində onsuz da mövcud olan məlumatdan istifadə edilir.

Məsələn, elm adamları dəniz anasının genini bir zebra balığının DNT-sinə yerləşdirərək, bu balığın işıq axıtmağını, ya da keçinin DNT hörümçək geni yerləşdirərək keçi südündə hörümçək ipliyi çıxarılmasını təmin edir. Ancaq ortaya çıxan canlılar ətrafda yeni bəzi xüsusiyyətlərə sahib olsalar da, burada qətiliklə yeni genetik məlumat var olmamış, sadəcə onsuz da mövcud olan məlumat canlılar arasında mühit dəyişdirmişdir.

Əgər elm adamları gələcəkdə bir gün bir canlını köklü bir şəkildə yenidən konfiqurasiya bacarsalar belə, bu vəziyyət dəyişməyəcək. Molekulyar bioloq Michael Denton bu həqiqəti belə ifadə edir:

"Gələcəkdə əgər gen mühəndisləri canlı sistemləri zülaldan bütün orqanizmə qədər köklü bir şəkildə yenidən konfiqurasiya edə bilərsə, bu yalnız təməl alt-sistemlərin çoxunda demək olar ki, proqramlaşdırılmış eyni vaxtda dəyişmələr tələb olunan, şüurlu olaraq istiqamətləndirilmiş dəyişmələr yoluyla olacaqdır."(131)

Nəticə olaraq, təkamülçülərin gen mühəndisliyi ilə əlaqədar təbliğatı etibarsızdır. Tam əksinə, bu sahədəki işlər ortaya qoyduqları planlanmış idarəli mühitlər və məqsədli dəyişikliklərlə canlıların qüsursuz bir redaktə ilə yaradıldıqları həqiqətini gözlər önünə sərir.

1. Genom 2. Xromosom 3. Gen 4. Genlərarası bölgə. Gen mühəndisliyi işlərində alimlər Allahın yaratdığı genlər üzərində dəyişikliklər edir və ya onları Allahın y
1. Genom 2. Xromosom 3. Gen 4. Genlərarası bölgə. Gen mühəndisliyi işlərində alimlər Allahın yaratdığı genlər üzərində dəyişikliklər edir və ya onları Allahın yaratdığı canlılar arasında köçürürlər.