Həyatın Mənşəyi
AZEN

İnsan Genomu Layihəsi haqqında darvinist-materialist yanılmalar

Elm Adamları Hələ Qeyri-Kafi Məlumata Malikdir

Oxu müddəti: ~5 dəq.

İnsan genomunun ən təəccüblü istiqamətlərindən biri dünya səviyyəsində elm adamlarının on illərlə üzərində işləməsinə baxmayaraq, genetik quruluş haqqındakı məlumatlarının hələ çox qeyri-kafi olmasıdır. Qabaqcıl laboratoriya texnologiyası və kompyuterlə analiz üsulları nəticəsində Celera şirkətindəki elm adamları 26.500 insan genini təsbit etmiş və 13.000 qədərinin də məskunlaşmasını təxmini olaraq müəyyənləşdirmişlər. İnsan Genom layihəsi isə fərqli bir üsul ilə cəmi 31.778-ə qədər insan geni olduğunu təxmin etmişdir. Bu iki üsulun üzərində razılaşma, insanların 30.000 ilə 40.000 arasında genə sahib olduğudur. İnsan genlərinin kompleks quruluşu səbəbiylə tam bir ədədin verilməsi bu an üçün o qədər də mümkün deyil.

1. DNT spiralı 2. DNT zolağı (əsasların ardıcıllığı) 3. Məlum ardıcıllıq 4. Naməlum ardıcıllıq. Onilliklərdir aparılan araşdırmalara baxmayaraq alimlər DNT kimi
1. DNT spiralı 2. DNT zolağı (əsasların ardıcıllığı) 3. Məlum ardıcıllıq 4. Naməlum ardıcıllıq. Onilliklərdir aparılan araşdırmalara baxmayaraq alimlər DNT kimi bir sistemin necə meydana çıxdığını izah edə bilmirlər. Heç şübhəsiz, DNT Uca Rəbbimizin hüceyrədə təcəlli edən elminin nümunələrindəndir.

İnsan Genom layihəsi təxminlərinə görə, DNT-nin zülal istehsalı ilə əlaqədar təlimatları kodlaşdıran qisimləri əllərindəki DNT düzülməsinin 5%-dən daha azını meydana gətirir. Genetik məlumatın qalan qismi isə genetik yoxlama bölgələrindən xromosomlarla əlaqədar əhəmiyyətli xüsusiyyətlərdən və hələ nə olduğu həll edilə bilməyən DNT hissələrindən əmələ gəlir.(127) Bütün bunlar insanın genetik məlumatını tam olaraq anlamadan əvvəl daha nə qədər çox araşdırma edilməsinin lazım olduğunu göstərir.

Elm adamları genetik mexanizmin necə işlədiyini ortaya qoymağa çalışarkən belə mükəmməl bir sistemin necə ortaya çıxdığını açıqlaya bilmirlər. Harper's Magazine jurnalının dekabr 2000-ci il sayında "Genomdan mesajlar" başlığı altında Arthur Cody genetik məlumat içərisindəki əməliyyatların bir növ tətikləməsi prosesləri olduğunu təsvir etdikdən sonra bu sualları verir:

Tətikləyənləri tətikləyən kimdir? Heç kim bilmir. Heç kimin ortaya atacağı bir nəzəriyyə də yoxdur ... "tətikləmə" maraqlı bir bioloji hadisədir, istehsalın necə reallaşdığını açıqlamır. Homeotik geni (embrion inkişafını təşkil edən gen) hərəkətə keçirən nədir? Həqiqi, ya da nəzəri heç bir cavab tapılmır ... Heç kim cavabı bilməyərək cavabı necə zənginləşdirmək lazım olduğu haqqında fikrə də sahib deyillər ... Bu müddət ilə əlaqədar hər şey tam mənasıyla anlaşılmaz. (128)

Burada müəllifin verdiyi sualların əlbəttə ki, cavabı vardır: Bütün bunlar Uca Allahın ilhamı ilə reallaşır, milyardlarla atom Rəbbimizin istəyi ilə canlılığın bütün funksiyalarını meydana gətirəcək şəkildə bir yerə yığılır. Necə ki, İnsan Genom layihəsinin nəticəsi ilə də Allahın canlıları necə üstün bir yaradılışla var etdiyini ortaya qoyan genetik məlumatın təfərrüatları insanlığın gözləri önünə sərilmişdir. Bu gün bu layihənin nəticələrini araşdıran, tək bir insan hüceyrəsində minlərlə ensiklopediya səhifəsini dolduracaq qədər məlumat saxlandığını öyrənən hər insan bunun nə qədər böyük bir yaradılış dəlili olduğunu qavrayır. Bu həqiqəti dillə deyənlərdən biri İnsan Genom layihəsinin lideri və Milli İnsan Genom layihəsi Araşdırma İnstitutu direktoru olan fizik, genetik professor Francis S. Collinsdir. Prof. Collinsin 2005-ci ildə insan genetikası araşdırmalarına ömür boyu verdikləri töhfələrinə görə, İnsan Genetik cəhətdən Amerikan Birliyinin ən hörmətli mükafatı qəbul edilən "Allan mükafatı" verilmişdir. Prof. Collins bir çıxışında etdiyi işlərin Allaha olan inancını gücləndirdiyini belə ifadə etmişdir:

"İnsan Genom layihəsinin direktoru olaraq mənim münasibətim, elmi və dini dünya münasibətlərinin qətiyyətlə bir-biriylə uyğun olduqları hətta özündə bir-birlərini tamamladıqları istiqamətindədir ... İnsan genomunun zərifliyi və kompleks quruluşu heyranlıq oyandıran bir şah əsərdir. Bu şah əsər Allahın bütün bu zaman ərzində bildiyi, lakin bizim ancaq yeni kəşfə başladığımız insanlığın müxtəlif xüsusiyyətlərini ortaya qoyarkən, mənim yalnız dini inancımı gücləndirir." (129)

Dürüstcə yaxınlaşan hər elm adamı yuxarıda ifadələrdə də göründüyü kimi din və elmin uyğunlaşma içində olduğunu, kainatın Allahın dəlilləri ilə dolu olduğunu qəbul edəcək. Ancaq darvinist-materialist medianın səmimi olmayan yanaşması, nəşrlərdəki seçicilikdə də özünü göstərir. İnsan Genom layihəsinin meneceri kimi bu mövzuda əsl söz sahibi olan bir elm adamının DNT-də təcəlli edən üstün nizamdan duyduğu heyranlıq və tək bir molekulun imanının güclənməsinə necə vəsilə olduğu ilə əlaqədar sözləri, mətbuatda yer almırdı. Ancaq Allahın yaratdığı nizamdakı mükəmməllik heç bir əks səylə gizlədilməyəcək qədər açıqdır. Allah Quranda iman edənlərin yanaşmasını belə bildirir:

And olsun ki, onlarda sizlərə, Allahı və axirət gününü ümid edənlərə gözəl bir nümunə vardır. Kim üz çevirsə, şübhəsiz ki, Allah, Ğaniy (heç bir şeyə ehtiyacı olmayan), Hamid (tərifə layiq olan) dır. (Mumtəhənə surəsi, 6)