Oxu müddəti: ~4 dəq.
Bir evin inşasına başlamazdan əvvəl əvvəlcə həmin binanın arxitektura bir planı hazırlanır. Bu planın həyata keçirilməsinə başlamadan əvvəl isə inşaatda istifadə ediləcək materiallar müəyyənləşdirilməli və təmin edilməlidir. Fərqli ölçülərdə və formalarda taxtalar, mismarlar, izolyasiya materialları, kafel, pəncərələr, qapılar, elektrik naqilləri, borular və daha bir çox vəsait, müəyyən bir məqsədə istiqamətli hazırlanır. Bu vəsaitlər təsadüfi istifadə edilmir; eyni şəkildə inşaatda işləyən işçilər də öz qərar və istəklərinə görə hərəkət etməzlər. Əksinə hər şey müəyyən bir plan istiqamətində və bir nəzarət altında reallaşır. İnşaat müddətində işçilərin əvvəl nəyi edəcəkləri, hansı vəsaitləri hansı sırayla və hansı miqdarda istifadə olunacağı da müəyyəndir. Məsələn, divarlar və damın inşasından əvvəl binanın təməli atılmalı, quraşdırma və məftil isə daha sonra edilməlidir. Bütün bu mərhələlər əhatəli bir planın hissələridir.
İndi yuxarıda bəhs etdiyimiz əhatəli planın gözlə görülməyən bir ölçüdə şifrələnərək saxlandığını düşünək.
İnsan bədəni bir quruluşa bənzədilsə, bədənin ən incə hissəsinə qədər əskiksiz plan və proyektini də DNT molekulu təşkil edir. DNT inşa ediləcək binanın həm vəsaitlərinin necə emal ediləcəyi, haralarda nə qədər istifadə olunacağı, həm də binanın hamısının necə görünəcəyi və necə xidmət verəcəyi kimi bütün texniki xırdalıqlara malikdir.
İnsanın ana bətnindəki və doğumundan sonrakı proseslərin hamısı əvvəldən təyin olunmuş bu proqram çərçivəsində tənzimlənir. İnsanın inkişafındakı bu qüsursuz tənzimləmə Quranda belə ifadə edilir:
İnsan, öz başına və məsuliyyətsiz qalacağınımı güman edir? Məgər o, tökülən bir qətrə nütfə deyildimi? Sonra laxtalanmış (embrion) oldu və (Allah) onu yaratdı və bir surət verdi. " (Qiyamət surəsi, 36-38)
Hələ ana qarnında yeni mayalanmış bir yumurta hüceyrəsi halında ikən insanın irəlidə sahib olacağı bütün xüsusiyyətlərini Allah təyin etmiş və bir nizam içində DNT-də yerləşdirmişdir. Sahib olacağı göz rəngi, qan qrupu, üz şəkli, sümük quruluşu kimi bütün xüsusiyyətlər doqquz ay əvvəldən, yəni daha tək bir hüceyrə halındaykən kodlanmış bir planla müəyyəndir.
Yumurta hüceyrəsi ilk mayalandığı andan etibarən, böyüyən embrion hüceyrələrini insan görünüşünə salan bütün biokimyəvi, fiziki proseslərlə əlaqədar hadisələrin hər biri DNT-dəki layihənin nəzarəti altında reallaşır. Prof. Phillip E. Johnson bu sistemdəki qüsursuzluqdan belə bəhs edir:
"Mayalanmış yumurtadakı təlimatlar rüşeym inkişafının başlanğıcından etibarən nəzarət edir və müəyyən bir nəticəyə gəlməsini təmin edər. Bu əskiksiz təlimatlar verilən fizika və kimyanın maddi əməliyyatlarını istifadə edir, amma o əməliyyatlar tərəfindən çıxarılmayıb. Eyni şəkildə, bir kompyuterdəki proqram təminatı da bir söz əməliyyat sənədi yaratmaq üçün təbii əməliyyatları istifadə edir, amma proqram ağıllı bir işçi tərəfindən yazılmalıdır.(99)
Üstəlik bir insanın inşa planı materialların istehsalını, materialların çıxarılacağı qurğuların istehsalını, enerji stansiyalarının qurulmasını da əhatə edir. Bu səbəbdən insan bədənindəki bu planın eyni dəyərində bənzətmə etmək həqiqətdə mümkün deyil. Çünki hansı nümunə üzərindən düşünürüksə düşünək, yenə də hüceyrədəki kompleksliyin yanında qeyri-kafi qalacaq. Gerald L. Schroeder bu kompleksliyin incəliklərindən gizli olan mükəmməlliyə belə diqqət çəkir:
"Həyatın meydana gəlməsinin heyranlıq verən gözəlliyi incəliklərdə gizlidir. İnsan bütün bu incəlikləri görməzlikdən gəldiyi zaman südün təbii olaraq konteynerlərdən gəldiyini düşünə bilər və bunun çəmənlərin üzərində parıldayan Günəşlə başlayan bir prosesin məhsulu olduğunu heç hesaba qatmaya bilər. Hamiləlikdəki mərhələlərin hər biri kompleks bir nizama sahib bu proses içərisinə inşa edilmiş ağlın ip uclarıdır.(100)
Hüceyrənin quruluş daşlarını meydana gətirən cansız, şüursuz atomların plan qurması, layihə qurma, şifrə yazması, şifrə həll etməsi, çox mərhələli tədbirlər görməsi, məlumatın qorunması üçün sistem qurması və bunun kimi digər bir çox şeyi etməsi mümkün deyil. Materialist və darvinist aksiomlardan müstəqil düşünə bilən hər kəs, belə bir nizamın öz-özünə meydana gələ bilməyəcəyini, əksinə çox üstün bir ağılın - Uca Rəbbimizin əsəri olduğunu təqdir edəcək. Allahın istəyi ilə cansız torpaqdakı elementlər canlı bir insan inşa etmək üçün bir yerə gəlir və qüsursuz bir koordinasiya kimi özlərinə verilən vəzifəsi yerinə yetirir. Quranda Allah belə bildirir:
Ki O, yaratdığı hər şeyi ən gözəl yaratdı, insanı yaratmağa palçıqdan başladı. (Səcdə surəsi, 7)
