Oxu müddəti: ~3 dəq.

Bir yumurtanın spermatozoidlə mayalanması yeni bir insan həyatının ilk başlanğıcıdır. Sperma və yumurta hüceyrələri qarşılaşdıqda səthlərindəki molekulların qarşılıqlı olaraq bir-birlərinə tam oturması sayəsində bioloji olaraq bir-birlərini tanıyırlar. Bəhs olunan molekullar bir-birlərinə kilidlənirlər və sperma hüceyrələri yumurtanın yumşaq qabığına bağlanır. Sperma hüceyrələri bunun ardınca yumurtaya girmək üçün mübarizə aparmağa başlayır.
Milyonlarla sperma arasından nəticədə yalnız biri müvəffəqiyyətli olar. Hər birinin özünə aid genetik proqramı vardır və körpənin cinsiyyəti də daxil olmaqla hər bir sperma digərlərindən bir çox istiqamətdən fərqlidir. Körpənin cinsiyyətini təyin edən genetik mesajı atanın sperması daşıdığı üçün hansı sperma digərlərindən önə keçib yumurtaya girə bilirsə cinsiyyəti o müəyyənləşdirir. Müvəffəqiyyətli olan sperma hüceyrəsinin quyruğu və bütün hissələri ilə yumurtanın içinə daxil olduğu ana da mayalanma deyilir. Məhz bu mərhələlərin hər biri Allahın qədərdə təsbit etdiyi şəkildə inkişaf edir. Allah ayələrində bu həqiqəti insanlara belə bildirir:
Sizi Biz yaratdıq, yenə də təsdiq etmirsiniz? İndi (bətnlərə) axıtdığınız nütfəyə nə deyirsiniz? Onu siz yaradırsınız, yoxsa Biz? (Vaqiə surəsi, 57-59)
Atadan gələn sperma hüceyrəsi ananın yumurta hüceyrəsini mayalandırdığı zaman doğulacaq körpənin bütün irsi xüsusiyyətlərini təyin etmək üçün atanın və ananın genləri birləşər. Birləşməyə qatılan minlərlə genin hər birinin çox xüsusi funksiyaları vardır. Bunlar yeni doğulacaq körpənin saç və göz rəngini, üzünün formasını, skelet quruluşundakı, daxili orqanlardakı, beyin, sinirlər və əzələlərdəki saysız xırdalığı təyin edən genlərdir.

Sperma ilə yumurta birləşdikdə ibarət olan bu yeni hüceyrədə insanın həyatının sonuna qədər hər hüceyrəsində şifrəsini daşıyacağı DNT molekulunun da ilk nüsxəsi meydana gəlir. Məşhur kimyaçı Prof. Wilder Smith yumurta hüceyrəsində sərgilənən mükəmməlliyi belə vurğulayır:

İnsan sperması və yumurtası içərisindəki ikiqat spiral sistemi insan bədəninin tamamilə sintez üçün inşa təlimatlarını şifrələnmiş halda saxlayır. Əlifba sistemimiz istifadə olunan insanın genetik məlumatı kağız üzərinə yazılsa, hər biri 500 səhifədən meydana gələn 1.000 cildlik əsər meydana gətirərlər. Bu da cəmi 500.000 səhifə məlumat deməkdir. Daha doğrusu, bir topa iynə ucu qədər insan yumurtasında 500.000 səhifəlik məlumat və kimyəvi təlimat var. Məlumat saxlama və geri çağırma texnologiyasında yumurta və ümumi mənada hüceyrə miniatür bir mükəmməllikdir.(101)
Bir sperma hüceyrəsinin genetik məlumatını yumurta hüceyrəsinə əlavə olunması ilə birlikdə 1027 ədəd atomdan təşkil olunur.(102) Bu atomların fövqəladə birləşməsi nəticəsində yeni doğulacaq bədənin inkişafının bütün mərhələlərində lazım olan bütün məlumatlar da təsdiqlənir. David S. Goodsell Our Molecular Nature (Molekulyar təbiətimiz) adlı kitabında genetik məlumatların birləşməsini belə təsvir edir:
"Ana və atadan bu 46 lent yarısı olur, beləcə, hüceyrələrimizdəki bir-birinə bənzər 23 lent var. Ana və atadan gələn məlumatların oxunmasıyla, uşaqlarda varislik yoluyla keçən xarakter xüsusiyyətləri zəngin bir müxtəliflik meydana gətirir ..." Məsələn, valideynlərdən ikisi də tirozinaz (bir ferment) üçün lazım olan reseptə sahib deyilsə, uşaq albinos olacaq. Burunun və gözlərin şəkli, bədən quruluşu kimi digər şəxsi xüsusiyyətlər də DNT üzərindəki fərqli bölgələrin ortaq hərəkətlərinə bağlı ola bilər və ana-atadan gələn xüsusiyyətləri ustalıqla birləşdirə bilir.(103)
Burada heyrətləndirən bütün canlılarda DNT üzərində daşınan məlumatın açıq şəkildə ağıl ehtiva etməsi və yaradılış həqiqətinin qabardılmasıdır. Ortaya çıxan yeni fərd tamamilə yeni bir genetik proqrama sahib olacaq. Ana və atadan gələn genetik məlumatların birləşməsi tamamlandığı zaman yumurta bir-birinin eynisi olan iki yeni hüceyrəyə bölünür.
