Oxu müddəti: ~5 dəq.
Hüceyrə bölünməsi zamanı hər yeni hüceyrə daha əvvəl bəhs etdiyimiz bütün kompleksliyə malikdir: DNT, mRNT, tRNT, ribosomlar, zülallar, fermentlər və s. Bütün bunlardan saniyədə təxminən beş min ədəd yaradılır.(105) Prof. Gerald Shroederin sözüylə "Həyatın möcüzəvi təbiəti incəliklərdə gizlidir."(106) Səkkizinci həftəyə gəlindikdə isə bütün əsas qisimləri diqqətə çarpan olan embrion dölə çevrilir.(107) Elmi yazar Dr. Jerry Bergman hüceyrə bölünməsi ilə əlaqədar bir məqaləsində bunları ifadə edir:
Hüceyrənin bölünməli DNT-nin bütün uzunluğu boyunca ayrılması, köçürülməli və yeni hüceyrə üçün təkrar qablaşdırılmalıdır. Heç kim hüceyrələrin bu topoloji (bucaqlı olmayan şəkildə həndəsəsi) problemi necə həll etdiyini bilmir.(108)
Hüceyrənin içində hər cür problem üçün əvvəldən düşünülmüş həllər mövcuddur və bunlar daha ilk hüceyrənin genetik məlumatında qeydli tapılar. İndiyə qədər izah etdiyimiz nümunələrdən hər biri insanın qüsursuz şəkildə yaradıldığının açıq-aşkar dəlillərindəndir. Yaradılışdakı möcüzələr bir kitaba sığmayacaq qədər çoxdur.
Hüceyrədəki təəccüblü hadisələrdən bir başqası isə genetik proqramın hamısının hər an aktiv vəziyyətdə olmamasıdır. Normal olaraq genetik məlumatın hamısının istifadəyə açıq ya da bağlı olması gözlənilır. Ancaq belə bir vəziyyətdə hər hüceyrə tək öz surətini çıxarar və tək tip hüceyrə yığını əmələ gətirdi. Çıxarılan hüceyrələrin bu dərəcə müxtəlif olmalarının və fərqli vəzifələrə sahib olmalarının səbəbi genlərin açılıb bağlanma xüsusiyyətlərinin olmasıdır.

Genlər kimyəvi dillə yazılmış cümlələr kimidir. Hər hüceyrə genlərindən yalnız bir hissəsini açar və genin açıq olan qismindəki məlumatları əks etdirir. Bu vəziyyətdə genlərin qalanı isə bağlı vəziyyətdədir. Genlərin açılıb bağlanma müddəti gen təşkili (gen tənzimlənməsi) olaraq ifadə edilir.
İnsanın normal inkişafında gen təşkilinin çox əhəmiyyətli bir yeri vardır. İnkişaf əsnasında genlərin fərqli bölgələri açılır və bağlanır; beləcə, bir beyin hüceyrəsi bir qaraciyər, ya da əzələ hüceyrəsindən fərqli görünür və fərqli funksiya yerinə yetirir. Hüceyrənin növü daha əvvəl də ifadə etdiyimiz kimi, çıxardığı zülalların cinslərinə və miqdarına görə müəyyən edilir. Çıxardığı zülallar vasitəsilə hüceyrə qaraciyər, ya da mədə, dəri və ya əzələ hüceyrəsi olaraq təyin olunar. Hüceyrələrə hansı zülalları təşkil edəcəklərini bildirən isə yenə genlərdir. Bu istehsal müəyyən genlərin açıq müəyyən genlərin də bağlı mövqedə olmaları nəticəsində baş verir. Məsələn, qaraciyər hüceyrələri dəri hüceyrələrindən fərqli gen setlərini açaraq, hər hüceyrənin fərqli zülallar çıxarmasını və fərqli funksiyalara sahib olmalarını təmin edirlər.

Genlər bədəndəki hüceyrələrə hansı zülalları hazırlayacaqlarını söylədiyi üçün genlər olmadan hüceyrə yalnız qısa müddət yaşaya bilər. Çünki hüceyrənin nə etməsi – hansı zülalları istehsal etməsi – barədə göstərişlərə ehtiyacı var. Əks halda təzə zülallar qısa müddətdə tükənər və hüceyrə həyati fəaliyyətlərini yerinə yetirmədiyi üçün ölər. Məsələn, genlər hüceyrələrə müəyyən vaxtlarda qanın laxtalanmasını təmin edən xüsusi zülallar hazırlamağı söyləyir. Xətalı genlər isə bunu bacarmır, buna görə də qanın laxtalanma mexanizminin pozulduğu hemofiliya xəstəliyi yaranır.
İnsan bədəni bəzi zülalları ömrü boyu, bəzilərini isə yalnız ehtiyac olduğu vaxtlarda istehsal etməlidir. Buna görə də bütün genlər hüceyrənin lazımi miqdarda zülalı tam ehtiyac olduğu vaxtda istehsal etməsini təmin edəcək şəkildə tənzimlənir. Məsələn, inkişaf edən embriondakı bir çox zülal çox qısa müddət üçün lazımdır. Müəyyən bir hüceyrənin istehsal etdiyi zülallar isə onun embrionun harasında olmasından, embrionun yaşından, öz genlərindən və digər hüceyrələrdən aldığı göstərişlərdən asılıdır. Lakin alimlər hüceyrənin əlindəki planın hansı hissəsini nə vaxt dövrədən çıxarmalı olduğunu haradan bildiyinə cavab verə bilməmişlər. Bəzi genlərin, yəni hər xüsusiyyətə və orqana aid faylların tam lazım olan anda və doğru vaxtda bloklanması, bəzilərinin üzərindəki kilidlərin isə necə açılması, sıxışdırıcı genlər ilə sıxışdırmanı aradan qaldıran genləri hərəkətə gətirən əmrləri kimin verdiyi alimlərə görə tamamilə qaranlıqda qalan, cavab gözləyən suallardır.
Elmi ədəbiyyatda tənzimləmə (regulation) kimi keçən bir anlayışın təsadüfən baş verən proses olduğunu iddia etmək, şübhəsiz, elmiliklə bir araya sığmayan bir vəziyyətdir. Burada da eyni həqiqətlə qarşılaşırıq: ortada möhtəşəm bir plan və ağıl var; bütün bu planın və fövqəladə sistemin sahibi aləmlərin Rəbbi olan Allahdır və Ondan başqa ilah yoxdur.
Hüceyrələrin həm də bir-biri ilə əlaqə qurması, qruplaşması və birgə işləməsi nəticəsində miniatür bir insan formalaşmağa başlayır. Embrionun tam bədənə malik olması üçün daha üç həftə lazımdır. İyirmi dördüncü gündə embrionun hələ qolları görünmür, lakin iki gün ərzində, iyirmi altıncı günə gəldikdə bədənin hər iki tərəfində qollar tumurcuq şəklində peyda olur. Qırx səkkiz saat ərzində qolların yuxarı və aşağı hissələrinin sərhədləri müəyyənləşir. Bir neçə gün sonra isə ayaqlar görünməyə başlayır. Növbəti ay ayaqlar uzanmış olur; artıq əl və ayaq barmaqları inkişaf edir.109

Bizim yalnız tamaşaçısı ola bildiyimiz bütün bu mərhələlər DNT-dəki tikinti planının bir hissəsidir. Hər şey son dərəcə nəzarətli, heç bir qarışıqlıq olmadan baş verir. Əlbəttə, belə qüsursuz nizamın olduğu bir mühitdə təsadüflərdən danışmaq ağılla bir araya sığmır. Üstəlik canlıların təsadüfi təsirlərlə formalaşdığını irəli sürən darvinist alimlərin özləri də insanın yaranmasını izah edərkən heyrətamiz bir nizamdan, görülmüş bir sıra tədbirlərdən, ağıllı hərəkətlərdən, qənaətcil və səmərəli sistemlərdən, əməkdaşlıq və ahəngdən danışırlar. Lakin buradakı ziddiyyət açıqdır: təsadüfdən danışılan yerdə yalnız qarışıqlıq, nizamsızlıq və uyğunsuzluq olardı.
İstinadlar
- Geraldine Lux Flanagan, Beginning Life, Dorling Kindersley, Londra, 1996, s. 43. ↩
