Həyatın Mənşəyi
AZEN

Dünyanın ən qabaqcıl köçürmə texnologiyası

Dnt Və Fermentlərin Qüsursuz Əməkdaşlığı

Oxu müddəti: ~3 dəq.

Bu əməliyyatlar insan bədənindəki 100 trilyon hüceyrənin hər birində hər gün orta hesabla 20.000 dəfə həyata keçir.(97) Hər ferment nə vaxt harada olmalı olduğunu, hansı mərhələdə müdaxilə etməsi lazım olduğunu bilir. Hər fermentin sırası müəyyəndir. Hər biri aralarındakı iş hissəsinə qüsursuz bir koordinasiya içində uyğunlaşırlar. Bu sistemdə ən kiçik bir qopma, əskiklik, təxirə salma olmaz. Əks halda DNT işə yaramaz bir molekul yığını halına gələcək və bədəndə ciddi ziyanlara yol aça biləcək.

1. Topoizomeraz 2. Orijinal DNA Sarmalı 3. Kopya DNA SArmalı 4. Helikaz 5. Polimeraz 6. Ligaz 7. Polimeraz
1. Topoizomeraz 2. Orijinal DNA Sarmalı 3. Kopya DNA SArmalı 4. Helikaz 5. Polimeraz 6. Ligaz 7. Polimeraz

DNT fermentləri təkamülçülərin təsadüfən və mərhələlərlə meydana gəlmə iddialarını tamamilə ortadan qaldıran yaradılış nümunələrindən biridir. Çünki DNT-nin kğçürülə bilməsi üçün bu fermentə ehtiyacı vardır. Ancaq bəhs olunan fermentləri meydana gətirən məlumatlar da DNT-də qorunub. Bu səbəbdən fermentlərin meydana gəlmələri üçün DNT-nin, DNT-nin varlığını davam etdirə bilməsi üçün də fermentlərin varlığı şərtdir. Hələ hər hansı birinin meydana gəlməsini açıqlamayan təkamül nəzəriyyəsi üçün iki kompleks quruluşun eyni anda ortaya çıxması şərti daha böyük bir problemdir.

1. Şəkər 2. Fosfat 3. Adenin 4. Guanin 5. Sitozin 6. DNT polimeraza 7. DNT helikaza 8. DNT polimeraza 9. Sitozin 10. Timin. DNT-nin həm istehsalını təmin edən,
1. Şəkər 2. Fosfat 3. Adenin 4. Guanin 5. Sitozin 6. DNT polimeraza 7. DNT helikaza 8. DNT polimeraza 9. Sitozin 10. Timin. DNT-nin həm istehsalını təmin edən, həm də quruluşuna nəzarət edən fermentlər DNT-də qeydə alınmış məlumatlara görə, DNT-nin əmri və nəzarəti altında istehsal olunmuş zülallardır. Ortada iç-içə keçmiş elə möhtəşəm bir sistem var ki, belə bir sistemin mərhələ-mərhələ təsadüf nəticəsində yaranması heç bir halda mümkün deyil. Çünki fermentin olması üçün DNT, DNT-nin olması üçün də ferment olmalıdır.

Təkamülçülərin içinə düşdükləri bu çarəsizlik təkamülçü elm adamları Fred Hoyl və Chandra Wickramansinghe tərəfindən belə etiraf edilir:

"... Həyat təsadüfi bir başlanğıca sahib ola bilməz. Kainatda var olan bütün meymunları bir çap maşının başına oturtsanız və bu meymunlar təsadüfi çap maşının düymələrinə bassalar, bu meymunlardan birinin belə Shakespearenin bir işini meydana gətirmələri qətiyyən mümkün deyil. Hətta praktikada səhv sınaqların qoyulması üçün lazım olan zibil qutularının yetməməsi səbəbindən ötrü də bu qeyri-mümkündür. Özü canlı maddələr üçün də doğrudur. Həyatın cansız maddədən öz-özünə meydana gəlmə ehtimalı üçün 1 sayının yanına 40.000 sıfır qoyun. Elə həyatın cansız maddədən öz-özünə meydana gəlmə ehtimalı bu sayda bir ehtimaldır ... Əgər insan ictimai inanclarına görə və ya "Elmin təkamülə inanması lazımdır" şəklindəki meylindən ötrü ön fikirli hala gəlmirsə, bu sadə hesab Darvini və bütün nəzəriyyəni basdırmaq üçün kafi dərəcədə qeyri-mümkün bir ədəddir. Nə bu planetdə, nə də bir başqasında heç bir primitiv şorba yox idi və həyatın başlanğıcı təsadüfi olmadığına görə, o zaman müəyyən bir məqsədə istiqamətli bir ağlın məhsuludur.(98)

Belə çətin işləri görən fermentlər şüur, ağıl sahibi varlıqlar deyil. Elə isə qərar vermə, bunları tətbiq proqnozlaşdırılmasına sahibi olma, qarışıqlıqlara mane törətmə, qüsursuz bir nizam üçün tədbirlər görmək, səhv təsbit etmə, səhvləri düzəltmə, təmir kimi şüur və ağıl tələb edən hərəkətləri, bu şüursuz atom yığınları necə reallaşdırırlar? Təkamülçülərin ardına sığındıqları "təsadüf" anlayışı belə kompleks bir mexanizm qarşısında bütün mənasını itirir. Bu səbəbdən, kor təsadüflər canlılığın mənşəyi ilə əlaqədar qətiyyən elmi bir cavab xüsusiyyəti daşımazlar. Ağıl və vicdan sahibi hər kəs kor və şüursuz təsadüflərin əsəri olaraq belə şüurlu, planlı əməliyyatların bir-birinin ardınca reallaşmayacağını, qüsursuzluq içində edilməyəcəyini qəbul edər. Quranda Allahın varlığını inkar edənlərin həqiqətlər qarşısındakı müqaviməti belə bildirilir:

Onlar: "Sən bizi ovsunlamaq üçün möcüzə (ayə) olaraq hər nə gətirsən də, yenə də, biz sənə inanan deyilik" dedilər. (Əraf surəsi, 132)

Açıq bir həqiqətdir ki, bu sistemin bütün elementləri ilə əskiksiz bir şəkildə bir anda “meydana gəlməsi” lazımdır. Bunun mənası da yaradılmasıdır. İnsanların qavramaqda, oxuyarkən belə təqib etməkdə çətinlik çəkdiyi bu əməliyyatlar Allahın istəyi ilə şüursuz atomların hər an asanlıqla və müvəffəqiyyətlə yerinə yetirdiyi vəzifələrdir. Allah Quranda belə buyurur:

Çünki O, yoxdan var edən və (öldükdən sonra) təkrar dirildən Odur. O, çox bağışlayandır, çox sevən də Odur. Ərşin sahibidir; Məcid (çox Uca) dir. Hər istədiyini edəndir. (Buruc surəsi, 13-16)