Oxu müddəti: ~2 dəq.
DNT köçürülməsi əsnasındakı bütün bu əməliyyatlar elə təəccüblü bir sürətlə həyata keçirilir ki, dəqiqədə 3.000 pillə nukleotid istehsal olunur, saniyədə isə 50 əsas cütlük köçürülür.(90) Bu əsnada bütün pillələrə vəzifəli fermentlər tərəfindən dəfələrlə nəzarət edilir və lazım olan düzəlişlər edilir.
DNT-nin çoxalması əməliyyatının nə qədər böyük bir sürətdə reallaşdığını daha yaxşı anlamaq üçün bu məlumatlar daha da açıqlayıcı olacaq: Bir hüceyrə bölünməsi 20 ilə 80 dəqiqə arasında davam edir və bu əsnada DNT-dəki məlumatın da surətini çoxaltmalıdır. Yəni DNT-dəki 3 milyard məlumat 20 ilə 80 dəqiqə arasındakı bir müddətdə heç bir səhv, unutma və ya əskiklik olmadan köçürülə bilməlidir. Bu bir kitabxana dolusu məlumatın və ya 1.000 kitabın və ya bir milyon səhifəlik yazının bu qədər qısa müddətdə heç səhv və əksiklik olmadan çoxaldılması qədər möcüzəvi bir hadisədir. Üstəlik bu əməliyyatı reallaşdıranlar texnoloji alətlər üstün xüsusiyyətli fotosurət maşınları deyil, bəzi atomların bir-birinə əlavə olunmasıyla ibarət fermentlərdir.
Böyük bir sürətlə çıxarılan yeni DNT molekulunda xarici təsirlər nəticəsində normal şərtlərə görə daha çox səhv edilə bilər. Bu dəfə hüceyrədəki ribosomlar, DNT-dən gələn əmr istiqamətində DNT təmir fermentləri çıxarmağa başlayırlar. Beləcə, DNT öz-özünü mühafizə edir.
Hüceyrələr də insanlar kimi doğulur, çoxalır və ölürlər. Ancaq hüceyrələrin ömrü meydana gətirdikləri insanın ömründən daha qısadır. Məsələn, altı ay əvvəl bədəninizi təşkil edən hüceyrələrin bu gün böyük bir əksəriyyəti həyatda deyil. Lakin vaxtında bölünərək yerlərinə yenilərini buraxdıqları üçün siz bu anda həyatdasınız. Buna görə hüceyrələrin çoxalması DNT-nin köçürülməsi kimi hadisələr insanın varlığını davam etdirməsi baxımından ən kiçik bir səhvə yer verilməməsi lazım olan həyati əməliyyatlardır.
Buradakı təəccüblü bir istiqamət də DNT-nin həm istehsalını təmin edən, həm də quruluşuna nəzarət edən bu fermentlərin, yenə DNT-də qeydli məlumatlara görə, DNT-nin əmr və idarəsində yaranan zülallar olmalarıdır. Ortada iç-içə keçmiş elə möhtəşəm bir sistem vardır ki, belə bir sistemin addım-addım ibarət təsadüflərlə bu hala gəlməsi heç bir şəkildə mümkün deyil. Çünki fermentin olması üçün DNT-nin olması, DNT-nin olması üçün də fermentin olması, hər ikisinin olması üçün isə hüceyrənin də bütün orqanları ilə əskiksiz var olmalıdır.
Bura qədər yekunlaşdırılan məlumatlarda da göründüyü kimi, bədəninizdəki bütün işçilər vəzifələrini əskiksiz olaraq və müvəffəqiyyətlə yerinə yetirirlər. Allah ən böyüyündən ən kiçiyinə qədər saysız atomu və molekulu, həyatımızı sağlam bir şəkildə davam etdirmək üçün ram etmişdir. Allah bir ayədə belə bildirir:
... Həqiqətən, Allah insanlara qarşı (sərhədsiz) bir fəzl sahibidir. Ancaq insanların çoxu şükür etmir. (Mömin surəsi, 61)
Hər hüceyrə bölündükdə DNT-nin bir surətinin alınmalı olduğunu düşünən, DNT-nin ən sürətli və ən qüsursuz şəkildə köçürmə əməliyyatını icra edən, səhv əməliyyatların dərhal düzəldilməsi üçün müdhiş bir təşkilat edən güc, ağıl, iradə və elm kimə aiddir? Belə kompleks və qüsursuz bir nizamın təsadüfən inkişaf etdiyini söyləmək qəti olaraq ağıl və məntiq xaricidir. Kainatdakı bütün atomları və lazımlı bütün şərtləri bir yerə yığsanız, DNT-nin köçürülməsini reallaşdıran sistemi təsadüfən meydana gətirə bilməz. Çox aydındır ki, bu qədər qüsursuz bir sistemi yaradan və milyonlarla ildir yaratmağa davam edən, sonsuz elm, ağıl və güc sahibi olan Allahdır. Bu həqiqət bir Quran ayəsində belə bildirilir:
Göylərdə və yerdə nə varsa, hamısı Allahındır. Allah, hər şeyi əhatə edir. (Nisa surəsi, 126)
