Oxu müddəti: ~5 dəq.
Bütün bir gün ərzində siz heç fərqində olmadan, həyatınıza sağlam davam etmək üçün hüceyrələrinizdə fövqəladə bir dəqiqlik və məsuliyyət anlayışı ilə saysız əməliyyat reallaşır. Bu əməliyyatlardan biri də insanın inkişafını, toxumalarının bərpasını təmin edən hüceyrə bölünməsidir. DNT-nin köçürülə bilmə xüsusiyyəti sayəsində hüceyrələrin bölünərək çoxalması, köhnələn toxumaların bərpa edilməsi və bu əsnada hər yeni hüceyrəyə genetik məlumatın ötürülməsi mümkün olur.
İnsan bədənindəki bütün hüceyrələr bölünərək çoxalır. Hər bölünmə əsnasında hüceyrə nüvəsindəki DNT-nin köçürülmə əməliyyatı insanı heyrətə salacaq qədər qüsursuz bir təşkilat və intizam içində reallaşır. İnsan bədəni hələ tək bir hüceyrə ikən ikiyə bölünər və bu bölünmə 2-4-8-16-32 ... nisbətiylə çoxalaraq davam edir. Hüceyrə bölünərkən yeni hüceyrə üçün DNT-nin bir surəti alınmalıdır. Necə ki, DNT hüceyrənin bölünməsindən qısa bir müddət əvvəl özünün surətini çıxarır və bunu yeni hüceyrəyə köçürür.
Hüceyrənin bölünməsi ilə əlaqədar edilən müşahidələrə görə hüceyrə bölünmədən əvvəl müəyyən bir böyüklüyə çatmaq məcburiyyətindədir. Bu müəyyən böyüklük sərhədini keçdiyi anda isə bölünmə müddəti proqramlaşdırılmış bir şəkildə başlayır. Hüceyrənin şəkli bölünməyə uyğun olaraq böyüməyə başlayanda DNT də özünü köçürür.
Bunun mənası budur: Hüceyrə bir bütün olaraq bölünməyə "qərar verməkdə" və hüceyrənin içindəki fərqli hissələri bu bölünmə qərarına uyğun olaraq davranmağa başlayırlar. Hüceyrənin belə kollektiv bir işi bacaracaq qabiliyyətə öz başına sahib olmadığı açıqdır. Bölünmə əməliyyatı, Allahın əmri ilə başlayır və başda DNT olmaq üzrə hüceyrənin bütün parçaları buna görə hərəkət edər.
İçində 3 milyard hərflik bir məlumat bankı olan DNT molekulu spiral şəklində bir nərdivana bənzəyir. Köçürmə əməliyyatı başladıqda ilk olaraq "DNT helikaz" adlı ferment hadisə yerinə gəlir və DNT-nin spiral şəklini bir zəncirbənd kimi açmağa başlayır. Bunun nəticəsində DNT-nin heliks şəklində bir-birinə dolanan qolları ayrılır. "DNT helikaz" hər zaman tam vaxtında vəzifə başındadır və vəzifəsini qüsursuzca, çaşmadan və DNT-yə heç bir zərər vermədən yerinə yetirir.
DNT molekulu, artıq iki lent halında bölünmüşdür. İndi sıra "DNT polimeraz" fermentindədir. Bu fermentin vəzifəsi DNT-nin iki yerə ayrılan qollarını yeni bir lentlə tamamlamaqdır. Bunun üçün DNT-nin hər bir xəttini meydana gətirən hər məlumatın qarşısına, uyğun olan məlumatı tapıb gətirər. Bu son dərəcə fövqəladə bir vəziyyətdir. Atomlardan meydana gəlmiş, şüur və ağıldan məhrum bir ferment, DNT-nin yarım qolunu tamamlamaq üçün lazım olan məlumatları təsbit edə bilir, onları hüceyrə içindəki əlaqədar yerlərdən təmin edərək yerlərinə yerləşdirir. Bu əməliyyat əsnasında ən kiçik bir səhv belə etmir, 3 milyard hərfi ən doğru şəkildə tək-tək təsbit edərək tamamlayır. Bu əsnada başqa bir polimeraz fermenti də DNT-nin digər yarısını bənzər şəkildə tamamlayır. Bütün bunlar baş verən zaman DNT spiralının ayrılan iki parçasının bir-birinə təkrar dolanmaması üçün "heliks sabitləşdirən fermentlər" DNT-ni uclarından sabit tutarlar.
Beləcə hər iki DNT zolağının əskik olan yarıları mühitdə hazır olan vəsaitlərlə tamamlanır və iki yeni DNT molekulu əmələ gəlir. Əməliyyatın hər addımında ferment adlanan və sanki inkişaf etmiş robotlar kimi işləyən mütəxəssis zülallar vəzifəsini yerinə yetirir. Xüsusilə bu mərhələlər əsnasında reallaşan bir çox kompleks ara əməliyyatlar vardır ki, bunlar ayrıca bir kitab mövzusu olacaq qədər genişdir.

Çıxarmaq əsnasında ortaya çıxan yeni DNT molekulları nəzarətçi fermentlər tərəfindən dəfələrlə nəzarət edilir. Edilmiş bir səhv varsa ki, bu səhvlər son dərəcə həyati ola bilər, dərhal müəyyən edilir və düzəldilir. Xətalı şifrə qopardılıb yerinə doğrusu gətirilər və üzərinə örtülür.
DNT-nin quruluşunu kəşf edən elm adamları James Watson və Francis Crick 1950-ci illərdə "Əla bioloji prinsip" olaraq ortaya atdıqları köçürmə müddətini çox sadələşdirmişdilər. Halbuki, bu gün məlumdur ki, DNT-nin özünü köçürməsi elm adamlarını heyrətə salan bir komplekslik daşıyır. DNT-nin ən kiçik zolağının köçürülməsi üçün belə iyirmi ayrı zülal və ferment mütləq mövcud olmalıdır.(88) Prof. Werner Gitt köçürmədəki qüsursuzluğu belə dilə gətirir:
DNT elə bir quruluşa malikdir ki, hüceyrə hər ikiyə bölündükdə DNT də özünü köçürür. Bölünən hüceyrələrin hər ikisi də bölünmə və köçürmə əməliyyatından sonra qəti olaraq eyni genetik məlumata malikdir. Bu köçürmə qüsursuzdur.(89)

DNT köçürülməsindəki ən möcüzəvi istiqamətlərdən biri də bütün bu izah edilənləri yerinə yetirənlərin atomlardan ibarət olan molekullar olmasıdır. Şüursuz atomların birləşməsindən ibarət olan fermentlər DNT spiralının əskik hissələrini təsbit edir, əskikləri əlaqədar yerlərdən təmin edər və ən uyğun yerlərə əlavə möcüzəvi fəaliyyətlər həyata keçirirlər. Şüursuz, ağıl və məlumat sahibi olmayan kiçik strukturların bu qədər kompleks, informasiya, şüur və ağıl tələb edən əməliyyatları qüsursuz yerinə yetirmələri Allahın yaratmasındakı bənzərsizliyi sərgiləyir. Bütün bu işçilər Allahın əmri ilə hərəkət edir, Allahın onlara verdiyi istedadı ilə, belə qüsursuz və insan həyatı üçün həyati bir əməliyyatı reallaşdırır. Allah Quranda insanın yaradılışındakı nizamı belə bildirir:
İnsan öz başına və məsuliyyətsiz qalacağınımı güman edir? Məgər o, tökülən bir qətrə nütfə deyildimi? Sonra laxtalanmış (embrion) oldu və (Allah) onu yaratdı və bir surət verdi. Beləcə ondan, kişi və dişi olmaqla iki cift yaratdı. (Qiyamət surəsi, 36-39)
