Oxu müddəti: ~4 dəq.
Zülal sintezinin mərhələlərinə baxdıqda diqqətimizi çəkən mövzulardan biri tək bir zülal molekulunun çıxarılması üçün yüzlərlə fərqli zülal və fermentə ehtiyac olmasıdır. Bunların yanında yenə bir çox molekul və ion (elektrik yüklü atom) da hazır olmalıdır. Yaxşı, elə isə ilk zülal necə meydana gəlmişdir? Məhz bu sual təkamülçülərin ən əhəmiyyətli çətinliklərindən biridir. Təkamülçü bioloq Carly P. Haskings American Scientist jurnalında nəşr olunan bir məqaləsində təkamülün bu çətinliyini belə ifadə etmişdir:
"... Lakin biokimyəvi genetik sayəsində təkamüllə əlaqədar bir çox əhəmiyyətli sual hələ də cavablanmamışdır... Bütün canlılarda həm DNT uyğunlaşması, həm də üzərilərindəki şifrələrin zülallara çevrilməsi, olduqca spesifik və uyğun fermentlər sayəsindədir. Eyni zamanda bu ferment molekullarının strukturları da, şəxsən DNT tərəfindən təyin olunur. Məhz bu həqiqət təkamüldə çox sirli bir problemi ortaya çıxarır. Görəsən təkamül hadisəsində şifrənin özü və bu şifrənin içindən də zülalların sintezində lazımlı olan digər fermentlər bərabər ortaya çıxmışdır? Bu mürəkkəblərin fövqəladə kompleksliyi və sintez edilmələri üçün aralarında heç axsamayan bir koordinasiyanın olma zəruriliyi göz önünə alındıqda bəhs edilən mövzuda üst-üstə düşməsindən bəhs etmək çox absurd olardı. Bu suala Darvinin fikirləri xaricində cavab axtarmalıyıq. Çünki bəhs edilən mövzuda vəziyyət xüsusi yaradılışı nəzərdə tutan çox güclü bir dəlil meydana gətirmişdir." (87)

Bu elm adamının da ifadə etdiyi kimi, zülal sintezinin meydana gələ bilməsi üçün hüceyrə içindəki bütün sistemlər birlikdə var olmalıdır. Bu sistemin hissələrindən biri belə əskik olduqda zülal çıxarıla bilməz və qısaca, həyat olmaz. Təkamülçülər isə əvvəl zülalların təsadüf əsəri meydana gəldiyini, sonra da zülalların təsadüfü birləşmələri ilə hüceyrələrin meydana gəldiyini iddia edirlər. Ancaq çox açıqdır ki, bu hissələrdən biri olmasa, digəri qətiyyən meydana gələ bilməz. Bu isə yuxarıdakı etirafda da ifadə edildiyi kimi, Allahın bütün canlıları bütün sistemləri ilə birlikdə yaratdığının açıq bir dəlilidir. Allahın qüsursuz yaradışı Quranda belə bildirilir:
O, Xaliq, yoxdan Yaradan, Surətverən Allahdır. Ən gözəl adlar yalnız Ona məxsusdur. Göylərdə və yerdə olanların hamısı Onun şəninə təriflər deyir. O, Qüdrətlidir, Müdrikdir. (Həşr surəsi, 24)
Həmçinin, bu mövzuda molekulların şüursuz atomlardan meydana gəlməsini unutmamaq, bu səbəbdən bu sualları soruşmaq lazımdır. Ağıl, şüur sahibi olmayan bir maddə, necə olur ki, bir başqa şeyi nəzarət etmə, işlərə müdaxilə etmə kimi qabiliyyətlərə sahib ola bilər? Əmrlər göndərib, müəyyən məqsədyönlü çox sistemli bir şəkildə necə hərəkət edə bilər? Darvinist təlimin təsiri altına düşən kəslər məhz bütün bunların kor və şüursuz təsadüflərin əsəri olduğunu iddia edərlər.
Ancaq hüceyrələrin varlığından xəbərsiz bu molekulların, onların ehtiyacları olan zülalları çıxarmağı, öz-özlərinə vəzifə qazanmaları, bunun üçün qərar vermələri qeyri-mümkündür. Şübhəsiz, buradakı üstün ağıl, məlumat və şüur tələb edən vəzifələri, şüursuz atomların təyin etməsi mümkün deyil. Onlar yalnız özləri üçün təyin olunmuş vəzifəni əskiksiz və qüsursuz bir şəkildə yerinə yetirərlər və onlara bu vəzifəni verən, onları bu sistemin bir hisəsi olaraq yaradan Allaha boyun əyərlər.
Bir Quran ayəsində belə bildirilir:
Sizin məbudunuz yalnız Özündən başqa heç bir məbud olmayan Allahdır. O, elm ilə hər şeyi əhatə edir”. (Taha surəsi, 98)
