Həyatın Mənşəyi
AZEN

DNT-də qeydə alınmış bənzərsiz istehsal sistemi: zülal sintezi

DNT və RNT molekullarının fərqli olmasının hikməti

Oxu müddəti: ~4 dəq.

1 – Nüvə, 2 – mRNT nüvə məsaməsindən çıxır, 3 – nüvə məsaməsi, 4 – nukleotid, 5 – DNT spiralı ikiyə ayrılır, 6 – DNT spiralı. DNT və RNT molekullarının hüceyrə
1 – Nüvə, 2 – mRNT nüvə məsaməsindən çıxır, 3 – nüvə məsaməsi, 4 – nukleotid, 5 – DNT spiralı ikiyə ayrılır, 6 – DNT spiralı. DNT və RNT molekullarının hüceyrə içindəki vəzifələri bir-birindən fərqlidir. Hər ikisi əvəzolunmaz əhəmiyyətə malikdir. DNT məlumat saxlamaq üçün, RNT isə köçürmə, daşıma və istehsal mərhələləri üçün ən ideal quruluşdadır.

Nuklein turşular hüceyrələrdə iki ayrı şəkildə olurlar: DNT (Dezoksiribonuklein turşu) və RNT (ribonuklein turşu) olaraq. DNT və RNT hüceyrələrdə fərqli funksiyaları yerinə yetirirlər. RNT ilə DNT molekulları arasındakı fərqlər ümumi xətləriylə belədir:

Strukturlarındakı şəkər fərqlidir:

RNT molekulunun onurğası, DNT-dəki dezoksiriboz şəkər molekulu yerinə, riboz şəkərinə malikdir.

Strukturlarındakı baza fərqlidir:

DNT-dəki timin (T) bezi yerinə, RNT-də urasil (U) vardır.

RNT daha qısa və tək lentlidir:

RNT DNT-ə strukturca olaraq oxşarlıq göstərən bir polimerdir (çox sayda molekulun kimyəvi bağlarla nizamlı bir şəkildə bağlanaraq meydana gətirdikləri mürəkkəblərdir) və DNT kimi o da məlumat daşıyar. Lakin RNT DNT-in əksinə tək lentlidir.

DNT daha qərarlı bir molekuldur:

RNT hər şəkər molekulunda artıq bir oksigen atomuna malikdir və hər timin əsasında bir karbon atomu əskikdir. DNT-nin şəkər molekullarında oksigen olmaması, yəni DNT-nin dezoksiriboz şəkər quruluşuna sahib olması, onu RNT-dən daha qərarlı bir molekul edir. Bu səbəblə DNT məlumat yığılması üçün ən ideal molekuldur və hüceyrədə uzun vəd edən genetik məlumatı yığmaq üçün çox daha uyğundur. Necə ki, hüceyrə içində də, canlının həyatı və bütün nəsillərin davamı üçün məlumatları saxlamaq məqsədiylə DNT vəzifəlidir. Daha qərarsız olan RNT isə keçici rollar boynuna götürür və qısa vədəli məlumatların daşınması vəzifəsini yerinə yetirir. (80)

RNT daha tez reaksiyaya girər:

Həmçinin, RNT əlavə olaraq bir hidroksil (OH) qrupuna sahib olduğu üçün DNT-dən daha asan reaksiyaya girə bilər və bu səbəblə də daha az qərarlıdır. Bu da genetik məlumatın saxlanması üçün, RNA-in DNT kimi uyğun olmadığını göstərir. Tək lentli RNT molekulunun kompleks üçölçülü strukturlara uyğunlaşma təmin edə bilməsi sayəsində, möhkəm və cüt lentli DNT spiralvari tərəfindən reallaşdırıla bilməyən katalitik fəaliyyətləri, RNT yerinə yetirə bilər. (Katalitik təsir: Bir maddənin kimyəvi bir reaksiyada, heç bir dəyişikliyə məruz qalmadan reaksiyanın olmasını və ya sürətinin dəyişməsini təmin edən təsiridir) Bu katalitik qabiliyyətləri sayəsində RNT molekulları heyrətverici şəkildə kimyəvi strukturlarını dəyişdirə bilərlər. Məsələn, hüceyrə nüvəsindəki müddətlər əsnasında, DNT düzülməsinin böyük bir surətindən, özlərini daha kiçik xəbərçi RNT düzülməsinə çevirirlər. Xəbərçi RNT də daha sonra ribosom tərəfindən zülalın amin turşusu düzülməsinə çevrilər. (81)

DNT-dəki məlumat daha asan əldə edilir:

RNT molekulu DNT kimi cütə spiralvari bir quruluşda olacaq olsa, RNT-də strukturca bükülmələr olmayacaq, bu da zülallar tərəfindən tanınmasına əngəl törədəcək. Eyni zamanda cüt spiralvari haldakı bir RNT dərin bir girintiyə sahib olacağından, zülalların ona daxil olması, bu səbəbdən şifrəli məlumatların oxunması DNT-dən daha çətin olacaq. (82) Başqa sözlə desək zülallar cüt spiralvari haldakı RNT-də, əsas düzülüşlərini DNT-də olduğu kimi asanlıqla tanıya bilməz. Bu səbəbdən genetik məlumatın saxlanması üçün DNT həm daha qərarlı, həm də daha asan çatıla bilən olduğu üçün RNT-dən çox daha uyğundur. (83)

DNT və RNT öz vəzifələri üçün ən ideal molekullardır:

RNT nüvənin içərisindəki DNT-dən götürdüyü genetik mesajı sitoplazmaya (hüceyrəninin, nüvənin xaricində qalan qismi) daşıyır, burada məlumat tərcümə edilir. Bu iki molekulun arasındakı fərqlər, vəzifələrini yerinə yetirmələri üçün lazımlıdır. DNT hüceyrə içində qalıcı və çatıla bilən xüsusiyyətlər daşıyan, qərarlı bir məlumat saxlama mərkəzidir. RNT isə genetik məlumatın tərcümə edilməsini təmin edən dəyişən bir daşıyıcıdır. Molekulyar bioloq Michael Denton Natures Destiny (Təbiətin Qədəri) adlı kitabında bu xüsusiyyətlərin əhəmiyyətinə belə diqqət çəkmişdir:

... bütün dəlillər bunlarda [DNT və RNT-də] meydana gələcək hər hansı bir dəyişikliyin zərərli təsirlər edəcəyini və bilinən başqa heç bir polimerin DNT və RNT molekullarının kimyəvi və fiziki xüsusiyyətlərinə sahib olmadığını göstərir. (84)

RNT növləri. RNT (ribonuklein turşusu) nukleotidlərin ardıcıl düzülməsi ilə birləşmiş tək zəncirdən ibarət yüksək keyfiyyətli molekuldur. Hüceyrələrdə DNT ilə b
RNT növləri. RNT (ribonuklein turşusu) nukleotidlərin ardıcıl düzülməsi ilə birləşmiş tək zəncirdən ibarət yüksək keyfiyyətli molekuldur. Hüceyrələrdə DNT ilə birlikdə işləyərək zülal sintezində iştirak edir. Hüceyrədə müxtəlif vəzifələrdə istifadə olunan RNT molekulları var. 1) Məlumat daşıyan RNT (mRNT): DNT üzərindəki şifrəli genetik məlumatı zülal sintezi mexanizminə daşıyan vasitəçi molekuldur. 2) Ribosomal RNT (rRNT): ribosomların quruluşuna qatılaraq zülal sintezini sürətləndirən molekuldur. 3) Daşıyıcı/nəqliyyat RNT (tRNT): tRNT molekulları isə zülal sintezi zamanı ribosoma amin turşularını daşımaqla məşğuldur.

Həmçinin, tək lent halındakı RNT DNT cüt spiralvari daha elastikdir. Görüldüyü kimi DNT və RNT molekullarının hər biri öz funksiyaları üçün xüsusi olaraq yaradılmışlar. Strukturlarındakı kiçik görünüşlü fərqlərin hər biri vəzifələri baxımından son dərəcə əhəmiyyətlidir və bütün bu təfərrüatların cəmi kompleks bir nizamın parçasını meydana gətirər. Prof. Gerald L. Schroeder DNT-RNT mexanizmindəki komplekslikdən belə bəhs etmişdir:

"Tək bir təməl hüceyrə quruluşu, tək bir təməl enerji qaynağı tək bir orqanoid dəstəsi bütün canlılarda ortaqdır. Və bu birliyi təşkil edən tək bir sistem vardır; cansız işlənməmiş materialları alıb bunları yaşayan, düşünən, seçə bilən varlıqlara çevriləcək şəkildə təşkil edən DNT-RNT dəstəsi. Bu ortaqlığın insanın təxəyyülü məcbur edəcək dərəcədə kompleks bir quruluşu vardır." (85)

1- Amino asit, 2- Anti kodon, 3- rRNA, 4- tRNA, 5- mRNA.
1- Amino asit, 2- Anti kodon, 3- rRNA, 4- tRNA, 5- mRNA.

İnsanın bu sistem üzərində heç bir təsiri yoxdur. İnsan daha tək bir hüceyrə ikən Uca Rəbbimiz bu sistemi gözlə görülməyən bir ölçüdə insanın hüceyrələrinə yerləşdirmişdir. Allahın rəhməti ilə əhatə edilən insan hər şeydə ONA möhtac yaşayır:

De: “O Allah Təkdir! Allah Möhtac deyildir. O, nə doğub, nə doğulub, Onun bənzəri də yoxdur”. (İxlas surəsi, 1-4)