Oxu müddəti: ~6 dəq.
Zülallar bədəndə bir çox həyati vəzifəyə sahib böyük, kompleks molekullardır. Hüceyrədəki işlərin böyük hissəsini yerinə yetirən zülallar bədən toxumalarının və orqanların meydana gəlməsi və vəzifələrini davam etdirmələri üçün lazımlıdırlar. Zülallar amin turşusu adlanan yüzlərlə, hətta minlərlə kiçik vahiddən meydana gəlirlər. Bir zülalı meydana gətirmək üçün istifadə edilən 20 növ amin turşusu vardır və hər zülal 300 ilə 1000 arası amin turşunun kombinasiyasından meydana gəlir. (73) Amin turşularının yaranması zülalların özlərinə xas üçölçülü strukturlarını və xüsusi vəzifələrini təyin edir. Beləcə, hər orqan özü üçün xüsusi olaraq çıxarılan bu zülalları istifadə edir və insanın həyatda qalmasını təmin edən sistemləri işlədir.
İnsan bədənində hər biri ayrı əhəmiyyət daşıyan təxminən 200.000 fərqli növ zülal olur. Zülalları meydana gətirən 20 amin turşusu əgər təsadüfi bir yerə gəlsəydi, funksiya görməyən saysız fərqli düzülməyə sahib amin turşusu yığınları ola bilərdilər. Lakin bu çox xüsusi düzülüşlər, insanın həyat funksiyaları üçün lazımlı olan zülalların meydana gəlməsini təmin edər. Zülallar sahib olduqları xüsusi düzülüşlərə görə, hüceyrənin fərqli hissələrində elementlər olarlar və fərqli vəzifələr boynuna götürərlər. Məsələn, zülallar bir yerə gələrək bədəndəki fəaliyyətləri sürətləndirən fermentləri, xəstəliklərlə döyüşən antitellər, orqanların işini təşkil edən hormonları meydana gətirərlər. Bunların hər birinin bədən üçün ayrı və imtina edilməz bir əhəmiyyəti vardır.
Qida yoluyla alınan zülallar insan bədənində mövcud strukturlarıyla funksiya yerinə yetirməzlər. Əvvəl hüceyrədəki xüsusi laboratoriyalara alınarlar və burada daha kiçik molekullar olan amin turşularıya təhlil edilərlər. Daha sonra bu amin turşuları hüceyrə DNT-sində şifrələri olan 200.000 qədər zülal növündən, o anda lazımlı olanlarını meydana gətirmək üçün yeni düzülüşlərlə bir yerə gətirilərlər. Hər mərhələsi ayrı bir möcüzə olan bu istehsal mexanizminə "zülal sintezi" adı verilir.

Zülalların sintez edilməsi hüceyrələrin əsas işidir. Çünki hüceyrə içində az qala hər işi zülallar edir. İnsan bədənindəki on minlərlə fərqli zülal, lazım olduqda təmir edilir; köhnəldikdə isə yeniləriylə dəyişdirilir. Yeni bir zülalın çıxarılması üçün genetik məlumatda yer alan təriflərə baxılır və ehtiyac duyulan zülal buna görə çıxarılir. Zülalların istehsal planı DNT üzərindəki şifrəli təlimatlarda ətraflı olaraq mövcuddur. Molekulyar bioloq Michael Denton DNT-dəki zülal istehsal planından belə bəhs etmişdir:
"DNT-in həyatın məlumat bankı və bütün bioloji məlumatların yığılma mərkəzi olduğu nöqtədə, zülallar da həyatın canlı aktyorlarıdır. Bu universal qurucu maşınlar, ya da nano-idarəcilər tək ölçülü DNT yuxusunu, hüceyrənin canlı və üçölçülü həqiqətinə çevirərlər. Zülallar, DNT üzərindəki təlimatları oxuyaraq, atomlar ilə molekulları trilyonlarca bənzərsiz, müəyyən tənzimləmələrə girmələri üçün istiqamətləndirirlər; hüceyrənin özünü çütləşdirməsi və özünü tənzimləmə möcüzələrinin reallaşmasını təmin edərlər." (74)
İnsan gündəlik həyatını davam etdirərkən bədənindəki 100 trilyon hüceyrənin dərhal hamısında hər an bu kompleks əməliyyatlar reallaşar. Bədəndəki törəmə və qan hüceyrələri xaric bütün hüceyrələr keçən hər saniyədə təxminən 2 min zülal çıxarır. Yetkin bir insanın bədənində təxminən 100 trilyon hüceyrə, günün hər saatında təxminən 150.000.000.000.000.000.000 (150 kentilyon) ədəd amin turşusunu qüsursuzca təşkil edərək, zülal zəncirləri meydana gətirər. (75) Bu hər gün, hər dəqiqə, hər saniyə reallaşır. Prof. Gerald L. Schroeder hüceyrə içindəki bu mühiti belə təsvir edir:
"Hüceyrələrimiz hərəkətliliyin heç azalmadığı bir şah əsərdir. Yeddi gün, 24 saat, hər saniyə istehsal olunan iki min zülal, ehtiyac duyulan nöqtələrə tam lazım olduğu kimi dağılır. Burada gecə yuxusuna çəkilmək deyə bir şey yoxdur." (76)
Canlıların həyatlarını davam etdirə bilmələrində həyati bir əhəmiyyəti olan zülalların, hüceyrə içində istehsalları üçün dünya üzərindəki heç bir nümunə ilə müqayisə edilə bilməyəcək komplekslikdə və nizamda qüsursuz bir sistem var. Bu kompleks istehsal təsisində heç bir səhvə yer yoxdur. Hər hansı bir mərhələdə meydana gələn bir axsaqlıq, dərhal təhlükəsizlik idarə sistemi sayəsində düzəldilər. Beləcə, canlının həyatını davam etdirməsini təmin edəcək zülallar heç bir axsama olmadan tam lazım olduğu zamanda, tam lazım olan yerdə və şəkildə çıxarılırlar.
Zülal istehsalının bir başqa möcüzəvi xüsusiyyəti də çox yüksək bir sürətdə reallaşmasıdır. Məsələn, 100 amin turşusu daşıyan bir zülal molekulu, E. coli bakteriyasının hüceyrəsi tərəfindən 5 saniyədə sintez edilir. (77) Bu elə böyük bir sürətdir ki, belə bir sürətdə bütün istehsal müddətini qüsursuz şəkildə tamamlaya bilən bir fabrik yer üzündə mövcud deyil. Bu sürət canlılar üçün çox əhəmiyyətlidir, çünki hüceyrələrdə canlılığın davam etdirilməsi üçün hər an bir çox zülala ehtiyac duyular. Molekulyar bioloq David S. Goodsell The Machinery of Life (Həyatın Mexanizmi) adlı kitabında zülal sintezinin canlılıq baxımından əhəmiyyətini bu ifadələrlə izah etmişdir:
"Həyatı mümkün edən ən əhəmiyyətli molekulyar müddət zülal sintezidir, çünki həyatın haradasa hər nöqtəsində zülallar istifadə edilir. Zülal sintezi bir-birləriylə çox sıx əlaqəli reaksiyaları ehtiva edər və bunların böyük bir qismi yenə zülallar tərəfindən reallaşdırılar. Bu da biokimyanın cavablandırılmamış bilməcələrindən birini ortaya qoyar. Hansı daha əvvəl gəlmişdir, zülallarmı, zülal sintezimi? Əgər zülalların istehsalı üçün yenə zülallar lazımdırsa, hər şey necə başlamışdır?" (78)
Təkamülçülər üçün bu suala cavab vermək mümkün deyil. Çünki darvinistlər buradakı açıq həqiqəti görmələrinə, daha doğrusu vicdanla dilə gətirmələrinə mane olur. Halbuki, yaradılış həqiqəti qaçılmazdır: Zülalları da hüceyrə içində böyük bir sürətlə reallaşan zülal sintezini də eyni anda yaradan Uca Allahdır. Rəbbimiz hər bir hüceyrəmizdəki DNT-də kodlu məlumatları vəsilə edərək, zülal sintezi kimi həyati əməliyyatların axsamadan davam etdirilməsinə imkan vermişdir.
Zülal istehsalı əsnasında bir çox zülal eyni anda fəaliyyət göstərir. Hüceyrələrin içində zülal istehsalı üçün lazım olan bütün parçalar əskiksiz şəkildə bir yerdə işləyir. 80-dən çox ribosom zülalı, 20-dən çox amin turşusu xəbərçisi olan molekul, bir quruluşun üzərində köməkçi ferment, 100-dən çox son əməliyyatları reallaşdıran fermentlər, 40-dan çox RNT molekulu olmaq üzrə təxminən 300 makromolekul koordinasiya halında zülal sintezində rol alır. (79) Böyük bir mühəndis heyətinin belə çətinliklə koordinasiya edə biləcəyi bu qüsursuz istehsal sistemi, millimetrin 1/1000-i qədər kiçik bir sahədə bundan daha kiçik yüzlərlə molekulun sıx fəaliyyətiylə həyatın davam etməsini təmin edir. Bu istehsalda vəzifəli olan molekullardan tək bir dənəsinin olmadığı halda isə bütün istehsal zənciri axsayır. Bu cür planlı və birgə bir şüur içində işləyən bir sistem ancaq hər varlıq üzərində mütləq hakim olan Allahın yaratması ilə mümkündür.
Zülal sintezinin necə reallaşdığına "Zülal möcüzəsi" adlı kitabımızda ətraflı olaraq yer verilir. Bu səbəblə bu hissədə bu istehsalın yalnız ümumi xətlərinə toxunaraq DNT-dəki məlumatdan necə faydalanıldığını görərik.
Zülal istehsalı -"zülal sintezi"- DNT-dəki genetik məlumatın RNT-yə, oradan da zülala köçürülməsini təmin edən "transkripsiya" (RNT sintezi) və "translyasiya" (polipeptid sintezi) olaraq təyin olunan iki mərhələdə reallaşır.
İlk addım olan transkripsiya, hüceyrə nüvəsində başlayar və cüt lentli DNT-dəki genetik məlumatın tək lentli RNT molekulu vasitəsilə daşınması mənasını verər.
Zülal sintezindəki digər addım olan translyasiya isə, hüceyrənin sitoplazmasında (hüceyrənin nüvə xaricində qalan qismi) reallaşır və RNT-dəki genetik məlumatın zülala köçürülməsi hadisəsidir.
İndi bu mərhələlərin ümumi xətlərinə birlikdə baxaq:
