Həyatın Mənşəyi
AZEN

DNT molekulundakı şifrə elmi

4 Əlifbalı DNT Dilindən 20 Əlifbalı Zülal Dilinə Tərcümə

Oxu müddəti: ~3 dəq.

Əvvəlki hissələrdə ifadə etdiyimiz kimi, hüceyrə içindəki məlumat bankı DNT üzərindəki A, T, G və C hərfləri ilə göstərilən dörd kimyəvi əsasla kodlaşdırılmışdır. Ancaq DNT-də qeyd olunan bu məlumatın istifadə edilə bilməsi üçün 4 hərfli DNT dilindən 20 hərfli zülal dilinə çevrilməsi lazımdır. DNT-dəki məlumat ancaq bu tərcümə əməliyyatı nəticəsində zülallar üçün mənalı hala gələr. Məşhur kimyaçı Prof. Wilder Smith iki dil arasında tərcümə edən bir sistemin çətinliyinə bu sözlərlə diqqət çəkmişdir:

Bir dildən bir başqasına tərcümə edilməsi kompyuterdə proqramlaşdırıla biləcək ən çətin işlərdən biridir. Tərcümənin təminedici səviyyədə olması üçün kompyuterə geniş əhatəli və yüksək dərəcədə kompleks proqram diqqətlə yüklənməlidir. Amerikalılar ruscadan ingiliscəyə avtomatik tərcümə etmək üçün milyonlarla dollar xərcləmişdir. İyirmi illik işin ardınca hələ müstəqil olaraq ifadələr ehtiva edən ruscanı, maşının işini nizamlı olaraq nəzarət edən yaxşı bir tərcüməçi olmadan ingiliscəyə çevirə bilən bir maşın yoxdur. Deyimlərin bir dildən digərinə maşınla tərcüməsi o qədər çətin bir əməliyyatdır ki, maşının əvvəldən proqramlaşdırılması yenə də kafi olmur. (71)

Yuxarıdakı sitatda da ifadə edildiyi kimi iki dil arasında əskiksiz və doğru bir tərcümənin texniki bir proqram vasitəsilə edilməsi mümkün görünmür. Halbuki, DNT dilinin zülal dilinə necə çevriləcəyi DNT-də əvvəldən proqramlaşdırılmışdır və bu sistem milyardlarla insanın trilyonlarca hüceyrəsində qüsursuz bir şəkildə işə davam edir. Kanadalı elmi yazar Denyse Oleary isə 4 hərfli gen dili ilə 20 hərfli zülal dili arasındakı olması gözlənilən ünsiyyət çətinliyini belə bildirir:

"İnsan genomu haqqında bildiklərimiz bunlar: Genlərimiz, kompleks kombinasiyalar içində birlikdə işləyər. Bizi canlı tutan hər hüceyrədəki əməliyyatları reallaşdıran mexanizmlər olan inanılmaz müxtəliflikdəki zülalların inşasını idarə edərkən davamlı olaraq bir-birləriylə danışarlar. İşin çətin olan qismi genlərdə olduğu kimi 4 quruluş daşı yerinə zülalların 20 quruluş daşı vardır." (72)

Ancaq çətinlik olaraq təsvir edilən bu vəziyyətə baxmayaraq, yer üzündəki bütün canlılarda DNT diliylə yazılmış şifrəli təriflər lazım olduğu şəkildə oxunur, tərcümə edilir və istifadə edilir. Hüceyrə içində təcəlli edən bu ağıl canlılığı yaradan və rəhmətiylə yaratmağa davam edən, hər şeyin sahibi və hakimi Uca Rəbbimizə aiddir. Quranda belə bildirilir:

Qoy baxıb görsün Allah onu nədən yaradıb? Allah onu nütfədən yaratdı və müəyyən şəkildə formalaşdırdı.(Əbəsə surəsi, 18-19)