Həyatın Mənşəyi
AZEN

DNT molekulundakı şifrə elmi

DNT Molekulu Kodlu Mesajlar Ehtiva Edir

Oxu müddəti: ~7 dəq.

DNT molekulunda atomların özünəməxsus düzülüşü, maksimum şifrəni, minimum sahədə daşıya biləcək üstün bir yaradılışa malikdir. DNT molekulu üzərində qeydli genetik şifrə hüceyrə nüvəsinə kimyəvi düsturlarla yazılmışdır. Ancaq bəhs etdiyimiz şifrə nə kompyuter mühitində, nə də kağız üzərindədir. Şifrələməyi meydana gətirən hər bir hərf, əslində müəyyən kimyəvi xüsusiyyətlərə və üçölçülü xüsusi bir quruluşa sahib bir molekuldur. Kimya professoru Arthur Ernest Wilder-Smith bir kitabında DNT molekulundakı mesaja belə diqqət çəkmişdir:

"Bütün bioloji hüceyrələr hüceyrə nüvəsindəki DNT molekullarında kodlu şəkildə olan proqram tərəfindən istiqamətləndirilərlər... Bütün kimyəvi maddələr mübadiləsi kod tərəfindən əvvəldən proqramlaşdırılmışdır... Bu cür bir sistemi nəzəri olaraq izah edə bilmək üçün lazımlı olan, çox uzun şərhlərdən çəkinmək üçün genetik kod sisteminin əsas xüsusiyyətlərini bir neçə bənzətmə ilə izah edəcəyik. Beynəlxalq olaraq qəbul edilən təcili yardım çağırışı "SOS"dur. Bu çağırış şifrələnmiş halda məlumat ehtiva edər və eyni zamanda …- - -… (üç nöqtə, üç xətt, üç nöqtə) olaraq da göstərilə bilər. Burada nöqtələr və xətlər Morze əlifbasının iki hərfini təmsil edər. Əlifbamızdakı "S" hərfi "…" ilə, "O" hərfi isə "- - -" ilə göstərilər. Morze əlifbasını müxtəlif üsullar istifadə edərək saxlaya bilər, ya da çatdıra bilərik. Məsələn, bu hərflər bir kağız üzərinə yazıla bilər, şəkərlə ad günü tortu üzərinə yazıla bilər, ya da bir təyyarə tüstü buraxaraq səmaya eyni hərfləri yaza bilər... Verilən mesaj və məlumat eyni qalar, hansı mühitdə çatdırılırsa çatdırılsan, məzmun "SOS" şəklindədir. Morze şifrəsindəki nöqtələr və xətlər, hətta bir ip üzərində düyünlərlə göstərilə bilər. Xətt böyük bir düyünlə, nöqtə də daha kiçik bir düyünlə göstərilə bilər. Bu vəziyyətdə Morze şifrəsiylə yazılmış mesajın çatdırılması üçün kağız zəminə ehtiyac duyulmaz. Bir ip belə bunun üçün kifayətdir. Buna bənzər bir sistem istifadə edilərək, tək və cüt düyünlər ehtiva edən bir ip istifadə edilərək Goethenin "Faust" əsəri yazıla bilər." (68)

Yuxarıdakı sitatda da ifadə edildiyi kimi, məlumatın məzmunu köçürmə şəklindən müstəqildir. Bu səbəbdən yalnız DNT-dəki əsasların sıralaması deyil, DNT-nin ehtiva etdiyi kodlu məlumat, mesaj da diqqət çəkicidir. Elmi yazar Richard Milton DNT-dəki mesajın kodlaşdırılmasındakı həssas nizama belə diqqət çəkmişdir:

"... Bir proqramdakı bütün təlimatlar, həm kompyuterin təchizatına ani, həm də proqramın digər hissələrinə təsir etməsi baxımından proqramçı tərəfindən çox diqqətli düşünülməlidir. Proqramçının təlimatları yazmaq üçün istifadə etdiyi hərflər və rəqəmlər proqram dilinin dil quruluşuna və sözlərinə görə mütləq qətilikdə yazılmalıdır ki, kompyuter sistemi funksiya görə bilsin. Ən əhəmiyyətsiz bir səhv belə, hər birinə təmamilə təsir edən bir pozğunluğa səbəb ola bilər. Məsələn, 1977-ci ildə NASA-nın Cape Canaveraldan bir peyki havaya buraxması, vasitə havalandıqdan qısa bir müddət sonra faciəylə nəticələndi. NASA mühəndislərinin daha sonra etdikləri araşdırmada qəzaya kompyuterin rəhbər sistemindəki bir səhvin səbəb olduğu ortaya çıxdı. Rəhbər proqramda sadə bir vergül unudulmuşdu. Ən sadə dillə, məsələn, basic, ən sadə bir kompyuter əməliyyatını proqramlaşdırmaq istəyən biri problemi anlayacaq. Söz düzülüşündə ən kiçik bir səhv etsəniz, bir hərfi, bir nöqtəni, ya da boşluğu belə buraxsanız, proqram işləməz. Eyni şəkildə hər bir nukleotid qətiliklə doğru nizamda yazılmalıdır və dölün varlığını davam etdirə bilməsi üçün DNT molekulunda qətiliklə doğru yerdə olmalıdır. İnsanlardakı, heyvanlardakı və bitkilərdəki təməl funksional pozuqluqlar da tək bir DNT molekulunun və ya bu molekuldakı tək bir nükleotidin itkisi, ya da yer dəyişdirməsiylə olar. (69)

1 – nm: nanometr (millimetrin milyonda biri), 2 – DNT spiralı, 3 – nukleosomu təşkil edən histonlar və DNT zənciri, 4 – qablaşdırılmış nukleosom, 5 – xromosom k
1 – nm: nanometr (millimetrin milyonda biri), 2 – DNT spiralı, 3 – nukleosomu təşkil edən histonlar və DNT zənciri, 4 – qablaşdırılmış nukleosom, 5 – xromosom kəsiyinin uzadılmış halı, 6 – xromosom kəsiyinin sıxlaşdırılmış halı, 7 – xromosom. DNT molekulunda atomların özünəməxsus düzülüşü maksimum şifrəni minimum sahədə daşıya biləcək üstün yaradılışa malikdir.

Massachusetts Texnologiya İnstitutundan məlumat nəzəriyyəsi və rəsmi dillər mövzusunda mütəxəssis Prof. Murray Eden: "Var olan heç bir rəsmi dil, cümlələri ifadə edən simvol düzülüşündə təsadüfi dəyişmələri qəbul edə bilməz. Məna dərhal pozular. Hər hansı bir dəyişmə, sintaksis [cümlə məlumatı] olaraq qaydalara uyğun olmalıdır."(70) deyərək, bir dilin simvolları təsadüfi qarışdırıldıqda mənanın daim pozulacağını ifadə edir. Ardınca da bu qaydanın genetik məlumatı meydana gətirən DNT dili üçün də etibarlı olduğunu dilə gətirir.

Bütün bu şərhlər DNT-də qarşımıza çıxan məlumatın təsadüf əsəri olmadığını göstərir. Təkamülçülərin bu xəyali iddialarına qarşı, "kriptologiya" adlanan və məlumatın təhlükəsizliyini təmin edən riyazi şifrə elmini də nümunə verə bilərik. Bu elm sahəsinin məqsədlərindən biri məlumatın oxunmasına və dəyişdirilməsinə mane olmaqdır. Məsələn, bir xaker (icazəsi olmadan başqasının kompyuter şəbəkəsinə girən adam) internet mühitində iki adam arasındakı xəbərləşmələri təqib edə bilər və bu xəbərləşmələrdə göndərilən məlumatlar üzərində dəyişiklik edə bilər. Bu baxımdan məlumatın məzmununun qorunması, orijinal qeydlərin saxlanması da əhəmiyyətli bir mövzudur. Çatdırılacaq məlumatın təhlükəsizliyi nə qədər əhəmiyyətlidirsə, istifadə edilən şifrələmə üsulu da o dərəcə əhəmiyyət daşıyır və çətinləşir. Bunun üçün məlumatların hər kəs tərəfindən asanlıqla başa düşülməsinə mane olan xüsusi proqramlar istifadə edilir. Bu proqramı ancaq müəyyən kəslər oxuya bilər və dəyişdirə bilər. Səlahiyyətsiz kəslərin müdaxiləsinə mane olmaq üçün də məlumatların doğruluğu təhlükəsizlik sistemləriylə təsdiq edilir.

Genetik məlumatın isə insan həyatı ilə həqiqətən əlaqəli olduğu üçün heç bir dəyişikliyə uğramamalıdır. Ancaq bu qədər əhəmiyyətli bir məlumat xəzinəsinin hüceyrə içində gizli olduğunu elm adamları ancaq əlli il bundan əvvəl aşkar etmişdilər. Halbuki, insan ilk yaradıldığından bəri bu qiymətli məlumat, nüvənin içində qorunur və xüsusi bir şifrə ilə şifrələnmişdir. Bu molekulla əlaqədar hər incəlik Allahın üstün yaratmasının nümunələriylə doludur. DNT bizlərə bu sualların cavabını düşündürməlidir:

  • Mükəmməl bir bədən inşa edəcək məlumata kim malikdir?
  • Məlumatı canlı bir toxuma içində kim saxlayır?
  • Bu qədər əhatəli məlumatı, kiçik bir məkana kim, necə yerləşdirir?
  • Bu məlumatın əhəmiyyətli olduğunu bilib, kim qoruyur?
  • Məlumatı kim şifrələyir və bunun tərcüməsini kim edir?
  • Məlumatın deşifrəsi əsnasında əskikliyə, pozulmağa uğramaması üçün kim tədbir görür?
  • Məlumatın digər nəsillərə köçürülməsi və bunun üçün necə bir üsulla izlənilməli olduğunu kim bilir?
  • Toxumalar yeniləndikcə və hüceyrələr bölünərək çoxaldıqca, bu məlumatı yeni hüceyrələrə kim, necə köçürür?

Səhifələrlə soruşa biləcəyimiz bütün bu suallar, bizi üstün ağıl və məlumat sahibi Yaradıcımızın varlığına aparar. DNT, "... Hər şeyi sağlam və yerli yerində edən Allahın sənəti (quruluşu)dur..." (Nəml surəsi, 88) Quranda Allah insanın yaradılışındakı nizamı belə bildirlir:

Ey insan! Səni öz Səxavətli Rəbbinə qarşı qoyan nədir? O ki, səni yaradıb kamilləşdirdi və sənə gözəl bir surət verdi. Səni istədiyi şəklə saldı. (İnfitar surəsi, 6-8)

Bir canlının bütün bədən funksiyaları haqqında nələrə ehtiyac duyduğunu açıqlayan bir əsərin yazılması üçün, əsərin sahibinin, bu canlının bədən quruluşunun bütün xırdalıqlarına hakim olması, atom və molekul səviyyəsində hüceyrə fəaliyyətlərinin necə icra ediləcəyini tamamilə bilməsi və körpəlik vaxtından ölümünə qədər keçirə biləcəyi hər dövrə aid xüsusi ehtiyaclarını və lazım olanları ölçüylə təsbit etməsi lazımdır. Rəbbimiz Allah bu məlumatların tək sahibidir və insanı “müəyyən şəkildə formalaşdırdı.” (Əbəsə surəsi, 19)

Həmçinin unutmamaq lazımdır ki, yalnız insanların deyil, yer üzündəki bütün canlıların; bakteriyaların, virusların, böcəklərin, atların, bitkilərin də hüceyrələrində özlərinə aid bir DNT-ləri vardır. Hər birinin DNT-nin içindəki məlumatlar da aid olduğu canlının öz bədən quruluşunun hissələrini və ehtiyaclarına istiqamətli xüsusi məlumatları ehtiva edər. Yer üzündə milyonlarla canlı növü olduğu düşünülsə, bu məlumatın miqdarı və əhatəsi daha yaxşı aydın olacaq. Hər canlını əvvəlcədən bütün ehtiyaclarına istiqamətli məlumatlarla təchiz edən və bu məlumatı hüceyrələrinin içinə yerləşdirən, fərqli növlər üçün ayrı DNT düzülmələri yaradan Uca Rəbbimizdir.