Oxu müddəti: ~4 dəq.
Bədəninizin hər hüceyrəsində dünyada heç kimin danışmadığı bir dildə yazılmış, möhtəşəm bir məlumat xəzinəsi gizlidir. Bu dilin əlifbası yalnız dörd hərfdən meydana gəlir və hər hərf, "əsas" və ya "nukleotid" adlanan kimyəvi bir molekulu təmsil edir. "Kodon" adı verilən genetik sözlər də bu hərflərdən meydana gəlir. Dörd hərfli bu DNT dili, adenin, timin, quanin və sitozin (Cytosin) molekullarının A, T, G və C hərflərindən meydana gəlir. Məhz nüvədəki məlumat bankında iştirak edən məlumatlar da bu dörd hərfli əlifba ilə kodludur. A, T, G, C hərflərinin yüzlərlə bir yerə yığılanda uzun, mənalı cümlələr ortaya çıxar. Bu cümlələr bədəndəki əməliyyatların necə ediləcəyini təsvir edən, bunlara dair təlimatlar ehtiva edən genlərdir. Milyonlarla hərflər isə mənalı bir cərgə ilə üst-üstə düzülərək DNT molekulunu meydana gətirirlər. Molekulyar bioloq David S. Goodsell Our Molecular Nature (Molekulyar təbiətimiz) adlı kitabında DNT molekulundan bu sözlərlə bəhs edir:
"DNT bəlkə də molekulların ən gözəlidir, lakin nadir bir kitab kimi həqiqi gözəlliyi cildində deyil, içində istifadə edilən sözlərdə gizlidir." (66)
İnsanın bütün fiziki xüsusiyyətləri bu xüsusi dil vasitəsiylə kodlaşdırılaraq hüceyrə nüvəsinə yığılmışdır. Canlının bədən şəkli, hər orqana aid əmək bölgüsü və bu orqanların iş nizamları, hüceyrə içində çıxarılmalı zülalların genetik kodları, istehsal olunacaq zülalların miqdar nizamlanması kimi həyati işlər DNT üzərində kodlaşdırılmışdır. Şifrələnərək yazılmış bu nəhəng əsər insan hələ tək bir hüceyrə halındaykən belə, adamın bütün bədəni haqqındakı məlumata malikdir. Digər bir sözlə, daha hələ insan meydana gəlmədən əvvəl, bədəninin əhatəli planı tək bir molekul üzərində hazırdır.
Hüceyrə nüvəsindəki yığılmış məlumatların şifrələmə sistemini izah edərkən DNT-ni meydana gətirən nuklein turşular üçün yenə hərf bənzətməsini istifadə etməyə davam edəcəyik. Bu hərflər əvvəlki hissədə araşdırdığımız kimi ikili olaraq qarşılıqlı uyğunlaşaraq bir pillə meydana gətirərlər. Bu pillələr isə üst-üstə əlavə olunaraq genləri meydana gətirərlər. DNT molekulunun bir hissəsi olan hər bir gen insan bədənindəki müəyyən xüsusiyyətlərə nəzarət edər. Boyun uzunluğu, gözün rəngi, burnun, qulağın, kəllənin quruluşu kimi saysız xüsusiyyət, əlaqədar genlərin əmriylə meydana gəlir. Bu genləri üzərində A-T-G-C hərflərindən meydana gəlmiş yazılar olan bir kitabın səhifələrinə bənzədə bilərik.
İnsan hüceyrəsindəki DNT-lərdə təxminən 30.000 civarında gen olur. Hər gen qarşılığı olduğu zülal növünə görə, ədədləri 1.000 ilə 186.000 arasında dəyişən nukleotidlərin xüsusi bir sıralamada düzülməsindən meydana gələr. Bu genlər insan bədənində vəzifə yerinə yetirən təxminən 200.000 civarındakı zülalın kodlarını saxlayır və bu zülalların istehsalını nəzarət edir. Bu 30.000 genin ehtiva etdiyi məlumat DNT-də olan bütün məlumatın yalnız 3 %-ni təşkil edir. Geriyə qalan 97 %-lik hissə isə indiki vaxta qədər hələ bilinmir. Ancaq bu hissədə hüceyrənin fəaliyyətləri ilə əlaqədar həyati məlumatlar olduğu aydın olmuşdur. (Ətraflı məlumat üçün baxın. DNT möcüzəsi təkamül nəzəriyyəsini necə etibarsız edir? hissəsi)
Genlər xromosomların içində olur. Hər insan hüceyrəsinin (artırma hüceyrələri xaric) nüvəsində 46 xromosom vardır. Hər bir xromosomu gen səhifələrindən meydana gəlmiş bir cildə bənzətsək, hüceyrədə insanın bütün xüsusiyyətlərini ehtiva edən 46 cildlik bir "hüceyrə ensiklopediyası" vardır deyə bilərik. Bu hüceyrə ensiklopediyası daha əvvəl ifadə etdiyimiz kimi tam 920 cildlik Britannica ensiklopediyasının ehtiva etdiyi məlumata bərabər dəyərdir.
Hər insandakı DNT-dəki hərflərin düzülüşü fərqlidir. Bu ana qədər dünya üzərində yaşamış milyardlarla insanın hamısının bir-birindən fərqli olmalarının səbəbi də budur. Orqanların təməl quruluş və funksiyaları hər insanda eynidir. Ancaq hər kəs o qədər incə fərqliliklərlə o qədər dəqiq və xüsusi yaradılar ki, bütün insanlar tək bir hüceyrənin bölünməsiylə meydana gəldikləri və eyni təməl quruluşa sahib olduqları halda, milyardlarla fərqli görünüşdə insan ortaya çıxır.
DNT-dəki hərflərin düzülüş sırası insanın quruluşunu ən incə təfərrüatlarına qədər təyin edir. Boy, göz, saç və dəri rəngi kimi xüsusiyyətlərlə yanaşı, bədəndəki 206 sümüyün, 600 əzələnin, 10.000 eşitmə sinir şəbəkəsinin, 2 milyon optik sinir şəbəkəsinin, 100 milyard sinir hüceyrəsinin, 130 milyard metr uzunluğundakı damarların və 100 trilyon hüceyrənin planları, tək bir hüceyrənin DNT-sində mövcuddur. Kanadalı elmi yazar Denyse Oleary DNT-dəki məlumatdan bu ifadələrlə bəhs etmişdir:
"Məlumatın əsl çaşdırıcı olanı DNT-də yazılı əsərdir. Təkrar edən bir düzülüşü yoxdur. Lakin digər məlumat ilə əlaqəli bir düzülüşü var və çox kompleksdir. Məsələn, pişiyin embrionundakı DNT embrionun bala bir pişik olması üçün çox kompleks təlimatlar ehtiva edir." (67)
İndi bu məlumatların ardınca düşünək: Bir söz belə, yazan bir adam olmadan meydana gələ bilmədiyinə görə, insan hüceyrəsindəki milyardlarla hərf necə meydana gəlmişdir? Bu hərflər necə olub ki, belə mükəmməl və kompleks bir bədənin bənzərsiz planını meydana gətirəcək bir nizamda, bir-birinin ardına mənalı bir şəkildə düzülmüşdür? Əgər bu hərflərin nizamında çox kiçik bir dəyişiklik olsaydı, əl barmaqlarınız ayağınızda, gözünüz qarınınızda yerləşə bilər, ya da başınız tərs istiqamətə dönə bilərdi. Qollarınız çox qısa, ya da uzun ola bilər, və ya dodaqlarınız bir-birinə bitişik ola bilərdi. Bu anda normal bir insan olaraq həyat davam etdirə biliriksə, bu ancaq Uca Rəbbimizin izniylədir. Allah hər insanın DNT-sindəki hərflərin nizamını buna vəsilə etmişdir. Bir ayədə Allah belə buyurmuşdur:
O, Xaliq, yoxdan Yaradan, Surətverən Allahdır. Ən gözəl adlar yalnız Ona məxsusdur. Göylərdə və yerdə olanların hamısı Onun şəninə təriflər deyir. O, Qüdrətlidir, Müdrikdir. (Həşr surəsi, 24)
