Həyatın Mənşəyi
AZEN

DNT-dəki fövqəladə məlumat saxlama qabiliyyəti

DNT Sonsuz Məlumat Və Ağıl Sahibi Allahın Sənətinin Nümunələrindəndir

Oxu müddəti: ~2 dəq.

manzara

Təkamül nəzəriyyəsinin təməl iddiaları kor təsadüflərə söykənir, halbuki, təsadüf məlumat meydana gətirməz. Bir gün bir kağız üzərində xərçəngi müalicə edən bir dərmanın düsturu yazılı olaraq tapılsa, bu elm adamını bir an əvvəl tapmaq, hətta özünə mükafat vermək üçün bütün əlaqədar qurumlar səfərbər olar. Heç kim "Görəsən, bu yazı kağıza mürəkkəbin tökülməsi ilə meydana gəldi?" deyə düşünməz. Ağıl sahibi, sağlam düşünən hər insan bu yazını ancaq kimya, fiziologiya, onkologiya (xərçəng xəstəliklərini araşdıran elm sahəsi) və farmakologiya (dərmanları araşdıran elm sahəsi) üzrə ixtisas sahibi olan birinin yazdığını düşünəcək.

Təkamülçülərin DNT-dəki məlumatın qaynağını təsadüflərlə açıqlamağa çalışmaları, oxuduğunuz bu yazının təsadüfən meydana gəldiyini iddia etməklə müqayisə olunmayacaq böyüklükdə bir məntiq pozuqluğudur. Çünki DNT-də bədəndəki 100 min növ zülalın hər birinə aid dəqiq molekulyar düsturlar və bunların istehsalı əsnasında uyğun gələn həssas təlimatlar yazılmışdır. Bununla yanaşı, digər hüceyrələrlə ünsiyyətdə uyğun gələcək xəbərləşmə protokolları, bunun üçün istifadə ediləcək xəbərçi hormonların istehsal planları və bunlar kimi saysız müxtəliflikdəki başqa məlumatlar da DNT-də yazılıdır.

DNT-nin və ehtiva etdiyi ucsuz-bucaqsız məlumatın öz-özünə meydana gəldiyini iddia etmək ciddi bir məntiq çöküntüsüdür. İnsan Genomu layihəsini icra edən Celera Genomics şirkətinin mövzu haqqındakı ən əhəmiyyətli mütəxəssislərindən biri olan Yen Myers DNT-dəki məlumatın fövqəladəliyini belə ifadə etmişdir:

"Biz də hələ anlamamışıq… metafizik, fövqəltəbii bir ünsür var. Məni həqiqətən heyrətə salan həyatın memarlığıdır… Sistem inanılmaz dərəcədə kompleksdir... Burada [DNT-də] çox möhtəşəm bir ağıl var. Belə düşünməyin elmdən kənar olduğuna inanmıram. Digərləri elə düşünə bilər, lakin mən yox."(65)

Kitabın sonrakı hissələrində yer alan DNT-nin mənşəyi ilə əlaqədar təkamülçü iddialar "həll edilməmiş bir sirr" kimi ifadələrlə doludur. Bəzən də yuxarıda görüldüyü kimi, DNT-dəki fövqəladəlik üstün bir ağıl ifadəsiylə açıqlanmağa çalışılır. Bəzi elm adamlarının ifadə edə bilmədiyi amma heyran qaldığı bu ağıl və məlumat Uca Rəbbimiz Allahın sonsuz ağlının və sonsuz məlumatının əks olunmasıdır. Bir Quran ayəsində belə buyrulur:

Allah göylərin və yerin nurudur. Onun möminlərin qəlbində olan nuru, içində çıraq olan bir taxçaya bənzəyir; o çıraq şüşənin içindədir, şüşə isə, sanki inci kimi bir ulduzdur. O çıraq təkcə şərqə və ya təkcə qərbə aid edilməyən daim günəş şüaları altında qalan mübarək zeytun ağacından yandırılır. Onun yağı özünə od toxunmasa da, sanki işıq saçır. Bu nur üstündə nurdur. Allah istədiyini Öz nuruna yönəldir. Allah insanlar üçün misallar çəkir. Allah hər şeyi Biləndir. (Nur surəsi, 35)