Həyatın Mənşəyi
AZEN

DNT-dəki fövqəladə məlumat saxlama qabiliyyəti

DNT-Dəki Kompyuterlərdən Irəli Məlumat Saxlama Texnologiyası

Oxu müddəti: ~2 dəq.

Dövrümüzdə böyük miqdarda məlumatın saxlandığı ən qabaqcıl texnologiya kompyuterlərdir. Bundan 50 il əvvəl otaq böyüklükdə bir kompyuterin sahib ola bildiyi məlumatı bu gün kiçik disklər saxlaya bilir... Ancaq DNT ilə kompyuteri müqayisə etdikdə, insan zəkasının əsrlərdir əldə etdiyi məlumat təcrübəsi və illər sürən səyləri nəticəsində inkişaf etdirdiyi bu son texnologiyanın daha DNT-nin məlumat saxlama tutumuna yaxınlaşa bilmədiyini görərik.

DNT millimetrin yalnız iki milyonda biri qalınlığındadır. Bu heyrətamiz incəliyinə və 4 metr uzunluğuna baxmayaraq, DNT düzülüşləri bir-birinə dolanmaz. Xüsusi quruluşu sayəsində hüceyrənin nüvəsində mükəmməl bir şəkildə tab gətirən DNT bənzərsiz bir mühəndislik proyekti nümunəsidir. Kompyuter mühəndisləri üçün mümkün olduğu qədər kiçik hissələrdə mümkün qədər böyük miqdarda məlumat saxlamaq əsas hədəflərdən biridir. Bu anda yer üzündə bilinən ən üst səviyyədəki saxlama tutumu DNT molekuluna aiddir. (52) Microsoft Proqram Şirkətinin direktoru Bill Gates The Road Ahead (Kənardakı Yol) adlı kitabında belə yazmışdır:

Texnologiya möcüzəsi olan məlumat paketləri: DNT ən qabaqcıl kompüter çiplərindən qat-qat yüksək saxlama tutumuna malikdir.
Texnologiya möcüzəsi olan məlumat paketləri: DNT ən qabaqcıl kompüter çiplərindən qat-qat yüksək saxlama tutumuna malikdir.
  • "İnsan DNT-si bir kompyuter proqramına bənzəyir, ancaq bizim bu ana qədər açıqlaya bildiklərimizdən daha çox inkişaf etmişdir." (53)

Məşhur Amerikan filosofu Prof. Daniel Dennet Darwins Dangerous Idea (Darvinin Təhlükəli Fikri) adlı kitabında DNT-dəki məlumat sıxlığını belə təsvir etmişdir:

  • "Kompyuter dövrünün "mühəndislik möcüzələrinə" vərdiş etməyimizə baxmayaraq, DNT ilə əlaqədar həqiqətləri qavramaq çox çətindir. Molekul ölçüsündəki bu maşınlar köçürmə edirlər. Eyni zamanda redaktorluq edən fermentlər inanılmaz bir sürətlə səhvləri düzəldir. Onların etdikləri işin diametrinə, hələ super kompyuterlər belə çata bilmir. Bioloji makro molekulların saxlama tutumu dövrümüzdəki nümunələrindən dəfələrlə üstündür. (54)

DNT-dəki kodların düzülüşü kompyuter sistemindəki ədədi silsilə düzülüşünə bənzəyir. Kompyuter mühitində ədədlər bir görünüşü, məsələn, bir kompyuter oyununu işlədən təlimatları və ya bir kitabın mətnini saxlaya bilər. DNT-də olan kodlar da yeni zülallar çıxarmağa yarayan məlumatı saxlayır. (55) Ancaq heç bir kompyuter mühəndisi gözlə görülməyən bir sahədə 1 milyon ensiklopediya səhifəsi qədərlik məlumatı saxlayan DNT-ni təqlid edə bilməz. DNT-nin təsadüflərlə ortaya çıxdığını iddia etmək ən inkişaf etmiş kompyuterin təsadüflərlə ortaya çıxa biləcəyini iddia etməkdən daha çox ağıldankənardır. DNT bütün açıqlığıyla Allahın üstün yaratmasının dəlillərini sərgiləyir. Allah Quranda bənzərsiz yaratmasını belə bildirir:

O, göyləri və yeri icad edəndir. Onun zövcəsi olmadığı halda övladı necə ola bilər? Hər şeyi O xəlq etmişdir. O, hər şeyi bilir. (Ənam surəsi, 101)