Oxu müddəti: ~4 dəq.
İndiki vaxtda məlumat saxlama sahəsində reallaşdırılan texnoloji irəliləyişlər heyrətverici səviyyədədir. Kompyuter hard diskləri, CD-lər, disketlər, daşıma diskləri və bənzəri texnoloji məhsullar hər gün daha inkişaf etmiş və daha sərfəli hallarıyla istifadəyə təqdim edilir. Kompyuter şirkətləri, "minimum sahədə maksimum məlumat zərər görmədən necə yığılır", "bu məlumat, lazım olduqda yığıldığı sahədən maksimum hansı sürətlə geri alınıb istifadə edilir" kimi suallara cavab axtarırlar. Hər nə qədər bir CD-yə ensiklopediyalar tərəfindən məlumat yerləşdirilsə də, yenə də bu CD əlinizlə daşıya biləcəyiniz ölçüdə bir həcmə malikdir. DNT-nin məlumatı miniatürləşdirmə, digər bir adıyla sıxlaşdırma qabiliyyəti isə hal-hazırdakı texnologiyadan çox irəlidə, heyrətverici bir ölçüdədir. Müqayisə etsək, Los Anceles, Cənubi Kaliforniya Universitetindən Leonard Adlemanın etdiyi hesablamalara görə, yalnız 1 qram DNT bir trilyon CD-ə bərabər dəyərində məlumat saxlaya bilir. (38) Bu da məlumatın DNT üzərində bir CD-ə görə milyon dəfə daha məhsuldar saxlandığını göstərir. (39)
İnsan DNT-nin həcmi bir millimetr kubun üç milyardda biri qədər (3 x 10-9 mm3) kiçikdir. (40) G. G. Simpsona görə, bu günə qədər yaşamış, gəlib keçmiş hər canlı növünün bütün xüsusiyyətləri məlumat olaraq DNT-ə yüklənsə, cəmi DNT həcmi bir çay qaşığının ancaq kiçik bir qismini doldurardı. Hətta geriyə bu ana qədər yazılan bütün kitabları saxlaya biləcək qədər boşluq qalardı. (41)
Yeni bir texnologiya sahəsini meydana gətirən DNT kompyuterinin ixtiraçısı Dr. Leonard Adleman isə hüceyrə və DNT-dəki mexanizm haqqında bunları deyir:
"Əgər hüceyrənin içinə baxsaq, özümüzün edə bilməyəcəyimiz fövqəladə maşınlar görərik. Bu möhtəşəm bir alət qutusudur." (42)
Ancaq darvinistlərə görə, hüceyrənin içindəki on minlərlə cildlik kitab dəyərində nəhəng məlumat bankı guya təsadüflər nəticəsində özbaşına meydana gəlmişdir. Bir qeyri-mümkünlüyün üstünə heç çəkinmədən yeni birini əlavə edə bilən darvinistlərə görə, bir stadionu dolduracaq qədər böyük bir kitabxananın bütün məlumatları, gözlə görülməyən bir ölçüyə yenə təsadüf əsəri zərər görmədən yerləşdirilmişdir. Məhz darvinistlər belə bir qeyri-mümkünlüyü gözü bağlı müdafiə edirlər. Ancaq nə hüceyrə, nə də onun məlumat bankı olan DNT şüursuz atomların təsadüfi olaraq bir yerə gəlməsiylə meydana gələ bilməz. Canlılıların ən kiçik hissələri də belə müəyyən bir məqsədə istiqamətli olaraq yaradılmışdır və hər biri təsadüflərə imkan tanımayacaq qədər kompleks strukturlardır. Sidney Universitetindən biologiya professoru Michael Corc Pitman həyatın yalnız cansız maddələrin cəmi olmadığını, Alman filosof Schoepenhauerin bu ifadələriylə dilə gətirmişdir:
"... Hər orqanizm bütün hissələri boyunca canlıdır və bunlar heç bir yerdə ən kiçik hissəcikləri belə sadəcə cansız maddələrin cəmi deyil." (43)
DNT-dəki məlumat həcmini ədədi olaraq ifadə etsək, 3-5 mikron (mikron: millimetrin mində biri) diametrindəki bir hüceyrə içinə, cəmi 4 metr uzunluğundakı DNT molekulu sıxışdırılıb qablaşdırılmışdır. 100 trilyon hüceyrənin hər birindəki DNT kodları ard-arda gətirildikdə isə ortaya çıxan uzunluq Günəşə 600 dəfə gediş-gəliş məsafəsinə bərabərdir. (44) Elmi məqalələri ilə tanınan molekulyar bioloq Prof. Jerry Berqman verdiyi bir nümunədə DNT-dəki mühəndisliyi belə vurğulayır:

Sizdən 230 kilometr uzunluqda iki ayrı sim götürməyinizi, bunu 2 spiral halına gətirməyinizi və sonra da bir basketbol topunun içərisinə sığacaq şəkildə qablaşdırmağınızı istədiklərini fərz edin. Həmçinin, bu cüt spiralın zəncirbənd kimi açılıb bağlanması tələb olunsun... sonra köçürülən hissə çölə çıxarılsın və bu sırada simlər qətiyyən bir-birinə qarışmasın. Bu mümkündürmü? Bu hər gün bədəninizdəki milyardlarla hüceyrədə reallaşır. Basketbol topunu insan hüceyrəsi ölçüsünə endirdikdə, ip də iki metrə yaxın bir DNT zəncirinə çevriləcək... DNT qablaşdırma əməliyyatı həm kompleks və həssas bir müddətdir, həm də DNT-nin uzunluğunu 1 milyon qat azalda bilməyi bacardığı üçün son dərəcə məhsuldardır. (45)
Molekulyar bioloq Michael Denton isə DNT-nin məlumatı sıxışdırma tutumundakı heyrətamizliyi bu sözlərlə dilə gətirir:
"Hüceyrələrin həddindən artıq dərəcədə kompleks varlıqlar olduqları açıqdır. Hüceyrədəki komplekslik bir nəhəng reaktivdə olandan daha çoxdur... sanki nəhəng reaktivdəki komplekslik insan gözünün görə bilməyəcəyi bir toz zərrəsinə qablaşdırılmışdır. Bu qədər kompleks olan bir şeyin bu qədər kiçik bir həcmə necə yerləşdiyini anlamaq çox çətindir. Üstəlik, zərrə böyüklüyündə bu nəhəng reaktiv heç bir səy sərf etmədən özünü çoxalda bilir." (46)

DNT-nin məlumat saxlama qabiliyyəti o qədər məhsuldardır ki, bir insana aid bütün məlumatlar yalnız bir qramın bir neçə trilyonda biri qədər yerə yerləşir. (47) Yale Universitetindən Prof. Corc Gaylord Simpsona görə, yer üzündə gəlmiş keçmiş 1 milyard canlıya aid məlumat, asanlıqla bir duz dənəciyi içərisinə yerləşdirilə bilər. (48) Milli İnsan Genomu Araşdırma İnstitutunun direktoru, eyni zamanda fizik və genetik olan Prof. Francis S. Collins isə DNT ilə əlaqədar işləri nəticəsində bunları ifadə edir:
"Watson və Crick DNT-nin cüt spiral quruluşunu aşkar etdikdən bu yana əlli il keçdi. İndi DNT üzərində qeydli məlumatın həssaslığı üzərində düşünə bilmək çox möhtəşəmdir... Bu rəqəmsal kod insan bədənindəki hər hüceyrədə asanlıqla köçürülə bilən inanılmaz miqdarda məlumatın saxlanmasına imkan yaradır. Cüt spiral şəklindəki DNT əsas cütlərindən meydana gəlir və hüceyrə nüvəsindəki insan genomu içərisində bunlardan üç milyard ədədi qablaşdırılmış halda durur... Bu üç milyard hərf insan bədənindəki bütün bioloji xüsusiyyətləri istiqamətləndirə bilir." (49)
Məşhur molekulyar bioloq Michael Denton isə bioloji məlumatın hüceyrə nüvəsinin kiçik həcmi içərisində qablaşdırılmasına imkan yaradan, DNT-nin qablaşdırma xüsusiyyətlərinin, insan üçün xüsusi olaraq təşkil edildiyini ifadə edir. (50) DNT bəhs olunan mövzuda sıxışdırma tutumuna sahib olmasaydı, hüceyrənin nizamsız DNT düzülüşlərini əhatə edə biləcək şəkildə çox daha böyük olmalı idi. Lakin hüceyrələrin daha böyük olmaları mümkün deyil. Çünki hüceyrənin oksigen və qida qaynaqları ancaq hüceyrənin mövcud diametri qədər məsafədə məhsuldardır. (51) Bu baxımdan hüceyrənin böyüklüyü bu səbəbdən DNT-nin sıxışdırma qabiliyyəti insan baxımından həyati dərəcədə əhəmiyyətlidir.
Bu möhtəşəm qablaşdırma sistemi DNT molekulunun qıvrılma və uzun sarğac meydana gətirmə qabiliyyətləri sayəsində mümkün olur. Bu uzun sarğaclar da bükülərək iç-içə keçmiş nizamlı sarğaclar meydana gətirərlər. Beləcə, hər hüceyrənin nüvəsində irəli səviyyədə bir mühəndisliyə sahib qablaşdırma texnologiyası görünür. Uca Rəbbimizin hüceyrələrimizdə yaratdığı bu qablaşdırma sistemi ilə milyonlarla kilometrlik DNT hərfi gözlə görə bilmədiyimiz bir ölçüdə gizli qalır.
