Həyatın Mənşəyi
AZEN

DNT-dəki fövqəladə məlumat saxlama qabiliyyəti

DNT-Dəki Nəhəng Məlumat Bankını Izah Edən Inanılmaz Müqayisələr

Oxu müddəti: ~3 dəq.

ansiklopedi

Elm adamları insandakı genetik məlumatın çoxluğunu vurğulamaq üçün ölçü vahidləri istifadə etmək yerinə, müxtəlif bənzətmələrə müraciət edirlər. DNT-dəki məlumat tutumunun genişliyini vurğulayan nümunələrdən bir qismi belədir:

1.000 kitab x 1.000 səhifə x 3.000 hərf = 3.000.000.000 hərf (3 milyard hərf)

*** İnsan genomundakı üç milyard genetik hərf tək bir sətirə yazılsaydı, Şimal qütbündən Ekvatora qədər uzanardı. Gündə səkkiz saat, ildə 220 gün yazı maşınında işləyən bir adam, dəqiqədə 300 hərf yazma sürətiylə bu vəzifəsini tamamlamaq üçün tam 95 il işləmək məcburiyyətində qalardı. (57)

*** Əgər genetik məlumat, yazılı hala gətirilsəydi, 160 səhifəlik kitablardan 12.000 ədəd lazım olardı. 16 MB (meqabayt: kompyuterdə 1 milyon ədəd ən kiçik məlumat vahidi) tutumlu kompyuter çipləriylə müqayisə edildikdə isə insanın DNT düzülüşü bundan 1.400 qat daha çox məlumat saxlaya bilər. (58)

*** Əgər 2 mm diametrindəki bir-neçə iynə ucu DNT molekulunun qalınlığına sahib bir düzülüş olana qədər çəkilərək uzadılsaydı, Ekvatordan 33 qat daha uzun olardı. (59)

*** DNT üzərindəki məlumat bir kitabxananı dolduracaq 100 ədəd 30 cildlik ensiklopediya dəsti ala biləcək tutumdadır. (60)

*** DNT-dəki məlumatlar kitablar halında üst-üstə qoyulsaydı, kitabların yüksəkliyi 70 metr olardı. Ya da bu məlumatlarla, 200-ə yaxın 500 səhifəlik telefon kitabçası doldurula bilərdi. (61)

*** İnsan bədənindəki bütün hüceyrələrin DNT-ləri düzləşdirilib, uc-uca əlavə olunsa, təxminən 50 milyard kilometr uzunluğunda olacaq. Bu uzunluq dünyadan Günəş sisteminin kənarına çatmaq üçün kifayətdir. İşığın bədəninizdəki bütün DNT-lər boyunca səfər edə bilməsi üçün, təxminən 2 gün lazım idi. (62)

*** Genetika mütəxəssisi Professor Jerome Lejeuneyə görə, Yer üzərində yaşayan bütün insanlara aid genetik məlumat bir neçə aspirin həbindən böyük olmayan DNT üzərində saxlana bilər. (63)

*** İnsanın tək bir hüceyrəsindəki DNT-də 1 milyon ensiklopediya səhifəsini doldura biləcək miqdarda məlumat olur. Bir kəs öz genetik məlumatını oxumağa cəhd etsə buna ömrü çatmaz. Hər gün 24 saat boyunca, heç dayanmadan, saniyədə bir DNT şifrəsi oxusa, bu əməliyyatın tamamlanması üçün 100 il keçməlidi.

*** DNT molekulundakı məlumat sıxlığını zehninizdə canlandıra bilmək üçün bir topa iynə ucuna sığacaq miqdarda DNT-niz olduğunu fərz edin. İndi bu məlumatın 160 səhifədən ibarət olan kitablarda yazılı olduğunu düşünün. Bu qədər kiçik miqdarda bir DNT içərisində 160 səhifəlik bu kitablardan 15 trilyon (15 x 1012) qədər yerləşə bilərdi. Əgər bu qədər kitab əlinizdə olsaydı və hamısı üst-üstə düzülsəydi, dünya ilə Ay arasındakı məsafənin (384.000 km) 500 misli qədər məsafəyə uzanardı. Ya da bu kitablar yer üzündə yaşayan orta hesabla 6 milyard insana bərabər olaraq paylansaydı, hər adama 2.500 kitab düşərdi.(64)

Bu nümunələrdə ifadə edilməyə çalışılan ucsuz-bucaqsız məlumat hər hüceyrənin nüvəsində gözlə görülməyən bir ölçüdə yığılır. Böyük bir kitabxanaya bərabər dəyərində məlumat yığan DNT-nin, təxminən 100 trilyon hüceyrədə olması bu kitabxanadan 100 trilyon olması deməkdir. Bu məlumat xəzinəsini insan oğlunun çatdığı məlumat səviyyəsiylə müqayisə etmək istəsək, nümunə verə biləcəyimiz bənzər bir böyüklük tapa bilmərik. Bir də bu miqdarı dünya üzərində bu anda yaşayan 6 milyard insan və eyni vaxtda yaşayıb ölmüş milyardlarla insan sayı ilə vursaq, qarşımıza qavranması çətin olan böyüklükdə, ucsuz-bucaqsız bir məlumat miqdarı çıxar. Üstəlik, burada yalnız insanın genetik məlumatından bəhs edirik. Bir də yer üzündə indiyə kimi yaşayan milyonlarla canlı növünün genetik məlumatına diqqət etsək, bu miqdar ağlın sərhədlərini çətinləşdirən ölçülərə çatar. Hər cür məlumatın sahibi Uca Rəbbimizin DNT-də təcəlli edən elmi təsadüf iddialarını yerlə bir edir. Bir ayədə belə buyurulur:

Xeyr, Biz haqqı batilin üstünə atarıq və o da onun işini bitirər. Bir anda batilin yox olub getdiyini görərsiniz. Allaha aid etdiyiniz sifətlərə görə vay halınıza! (Ənbiya surəsi, 18)