Oxu müddəti: ~1 dəq.
Fermentlər bir reaksiyaya təsir etdikdə, bir topu yoxuşda aşağı yuvarlamaqla, yoxuş yuxarı yuvarlama arasındakı fərqə bənzər bir təsir meydana gələr. Fermentlər biokimyəvi reaksiyaları min qat qədər sürətləndirə bilərlər.(93) İnsan hüceyrəsinin içində 3.500-dən çox ferment var. Bunlardan bir və ya bir neçəsi əskik olarsa, hüceyrə içi fəaliyyətlər tamamilə bir-birinə qarışa bilər. Bunun nəticəsi də hüceyrənin parçalanıb pozulması, başqa sözlə, canlılığın sona çatmasıdır.
DNT fermentlərinin ən əhəmiyyətli vəzifələrindən biri DNT molekulunun surətinin çıxarılmasına kömək etməkdir. Bir ferment molekulunu digər zülal molekullarından ayıran tək fərq, sahib olduğu üçölçülü formadır. Əgər fermentlər öz xüsusiyyətlərini təyin edən bu xüsusi üçölçülü şəklə sahib olmasaydılar, hüceyrə içi əməliyyatlar beyindən müxtəlif orqanlara ötürülən məlumatlar və hüceyrə içi yoxlamalar olmayacaq, beləcə hüceyrələri yaşatmaq üçün lazımlı bir çox əməliyyat aparılmayacaqdı. Belə ki, DNT-nin köçürülməsi əsnasında səhvləri düzəldən fermentin olmaması belə, əlaqədar genin funksiyasını itirməsinə və ya xətalı istehsal edərək xərçəng başlatmasına səbəb ola bilər.
