Həyatın Mənşəyi
AZEN

Faşizmin din düşmənçiliyi

Nəticə

Oxu müddəti: ~1 dəq.

Nəticədə faşist xarakterə baxdığımızda, din əxlaqının gətirdiyi sevgi, şəfqət, mərhəmət, təvazökarlıq, yardımlaşma, qənaətkarlıq kimi əxlaqi fəzilətlərə tamamilə zidd bir əxlaq ortaya çıxır. Şübhəsiz ki, bu əxlaq tarixin hər dövründə mövcud olmuşdur, ancaq faşizm bunu sistemli bir şəkildə müdafiə edən və Darvinizmin təsiriylə "elmi" və ağıllı bir yanaşma kimi göstərən fikri bir cərəyandır. İlahi dinlər tərəfindən lənətlənmiş "zalımlıq" anlayışı, faşizm tərəfindən sistemli şəkildə təriflənir, qanuni olaraq göstərilir və müdafiə edilir.

Hitlerin törətdiyi soyqırımların, Mussolininin mərhəmətsiz işğallarının, Frankonun həyata keçirdiyi qanlı vətəndaş müharibəsinin, Pinokhetin işgəncələrinin, Səddam Hüseynin 5000 vətəndaşı sinir qazıyla öldürməsinin, Miloseviçin bosniyalılara və albanlara qarşı həyata keçirdiyi qeyri-insani vəhşiliklərin və digər müasir faşistlərin cinayətlərinin arxasında həmişə bu zalım və mərhəmətsiz ideologiya durur. Yalnız bu kimi siyasi vəhşiliyi deyil, gündəlik həyatda qarşımıza çıxan müxtəlif şiddət nümunələrində də faşist ideologiyanın rolu vardır. Bir-birlərini sadə bir anlaşılmazlıq nəticəsində döyən, bıçaqlayan və ya güllələyən insanlar, zorakılığı qəhrəmanlıq kimi görən və göstərən bir mədəniyyətin məhsuludurlar.

Bu mədəniyyətin təməllərinə nəzər yetirdikdə isə, qarşımıza Darvin və ya Nitsşe kimi ideoloqların "həyat mübarizəsi" təlqinləri çıxır. Bu xəstəliyin ən əsas mənbəyi isə, sözü gedən insanların din əxlaqından uzaq olmalarıdır. Bəlkə özlərindən soruşulsa dindar olduqlarını iddia edəcəklər, amma din əxlaqının insana qazandırdığı mənəvi gözəlliklərdən və zadəgan əxlaqdan tamamilə xəbərsizdirlər. Buna görə də xəstəliyin həlli də, insanların Quran əxlaqını həqiqi mənasıyla öyrənmələri, qavramaları və yaşamalarından asılıdır.