Həyatın Mənşəyi
AZEN

Faşizmin din düşmənçiliyi

Mussolininin Kommunist Illəri

Oxu müddəti: ~3 dəq.

Mussolini 1883-cü ildə kiçik bir kənddə dünyaya gəldi. Atası qatı bir Marksist idi. Bu ideologiyasını oğluna da köçürmüşdü, Oxford Universiteti tarixçisi Denis Mak Smitin, Mussolini başlıqlı kitabında yazdığına görə, "əhəmiyyətli ailə iclaslarında Mussolininin atası uşaqlarına Marksın Das Kapital əsərindən hissələr oxuyardı" (109). Atasından kommunist təhsil alan gənc Mussolini məktəb həyatında da heç kəslə yola getməyən, davakar, sərt və çoxbilmiş bir uşaq olaraq tanınırdı. Demək olar ki, heç bir dostu yox idi.

Mussolini 20-li yaşlara gəldikdə qatı bir kommunist olaraq ortaya çıxdı. Kommunizmi, hətta kommunizmdən daha da radikal və qatı bir inqilabçı ideologiya olan anarxizmi müdafiə edirdi. Denis Mak Smit belə yazır:

1903-ci ildə özünü "avtoritar kommunist" olaraq xarakterizə edirdi. Atasından, islahatçı sosializmə və ya demokratik və parlementer üsullara etibar etməməyi öyrənmişdi, bunların yerinə idarəçi sinfi devirəcək bir inqilabı müdafiə edirdi. Parlament ləğv edilməli, qrup qarşıdurmasının yerini qrup həmrəyliyi almalı, xüsusi mülkiyyət tamamilə aradan qaldırılmalı idi. Sosialistlər heç vaxt burjuaziya hökumətləriylə əməkdaşlıq etməməli, heç vaxt maaşlarını artırmaq üçün tətil aksiyaları keçirməməli, bunun yerinə tam bir ictimai inqilab reallaşdırmaq üçün terrorizm və kütləvi zorakılıq üsullarından istifadə etmək məqsədiylə hazırlanmalıydılar (110).

Göründüyü kimi Mussolini gənc yaşlarında olduqca qatı bir communist idi. Müdafiə etdiyi "zorakılıq və terror yolu ilə inqilab" modeli, bu modeli Rusiyada həyata keçirəcək Leninin terrorist üsullarına çox bənzəyirdi. Necə ki, o illərdə Mussolini Leninlə əlaqə yaratmışdı: Sonradan özünün dediyinə görə, o dövrdə İsveçrədə olan Leninlə görüşmüş və hətta onun rəğbətini qazanmışdı (111). Mussolini Marksizmə olan bağlılığını "Marks sosializmin ən böyük nəzəriyyəçisidir" deyərək vurğulayır və məqalələrində tez-tez Marksın sitatlarından istifadə edirdi (112).

Kommunist Mussolininin ən diqqətə çarpan xüsusiyyətlərindən biri də, dinə qarşı kəskin bir nifrət bəsləməsi idi. Denis Mak Smit bu mövzuda bunları yazır:

Atasından kilsə-düşmənçiliyi öyrənmişdi. Açıq şəkildə özünün bir ateist olduğunu deyirdi... Dinin fərdi bir vicdan məsələsi olduğunu deyən sosialistlərə çox əsəbləşirdi... (Mussoliniyə görə) Xristianlıq təvazökarlıq və geri çəkilmə kimi mənasız fəzilətləri yayaraq zərər vermişdi, yeni sosialist əxlaq isə zorakılığı və inqilabı bayram etməliydi (113).

Kommunizmlə başlayıb faşizmlə davam edən təcavüzkarlıq. Gənc Mussolini La Lotta di Classe (Sinfi mübarizə) adlı həftəlik kommunist jurnalının redaktoru idi. Jur
Kommunizmlə başlayıb faşizmlə davam edən təcavüzkarlıq. Gənc Mussolini La Lotta di Classe (Sinfi mübarizə) adlı həftəlik kommunist jurnalının redaktoru idi. Jurnalın üz qabığına Marksın və Darvinin şəkillərini yerləşdirir, Leninə duyduğu heyranlığı isə tez-tez vurğulayırdı. Faşist kimliyinə büründükdə isə köhnə jurnallarını kitabxanalardan toplatdırdı və məhv etdirdi. Amma Mussolininin xarakteri (təcavüzkarlıq, təkəbbür və paranoya) həmişə eyni qaldı.

Yuxarıdakı sitatda açıq şəkildə görüldüyü kimi Mussolini çıxışları əsnasında Uca Rəbbimiz Allaha qarşı açıq şəkildə böhtan olan sözləriylə, Allaha olan inamsızlığını və dinə olan nifrətini göstərmişdir (Allahı tənzih edirik).

Mussolininin bu azğın şərhləri, eynilə tarix boyu yaşamış inkarçıların ağılsız çıxarış və şərhlərinə bənzəyir. Unutmamaq lazımdır ki, Allahın varlığı və birliyini inkar edənlərin, bu açıq-aşkar həqiqəti görməməzliyə vuranların, din əxlaqına qarşı qəzəbləri, özlərinə böyük əzabla geri qayıdır. Allah bu insanlara həm dünyada, həm də axirətdə əzab verər.

Məsələnin diqqəti cəlb edən tərəfi isə Mussolininin sözü gedən din düşmənçiliyini, hakimiyyətə gəldikdən sonra gizlətməsidir. Mussolini növbəti səhifələrdə araşdıracağımız kimi, hakimiyyəti ərzində kilsənin dəstəyini almaq ehtiyacı hiss etmiş, bu məqsədlə də bəzən özünü dindar kimi göstərmişdir.

Üstəlik Mussolini hələ daha qatı bir kommunist olduğu illərdə belə bəzən özünü dindar kimi göstərməyə çalışmışdır. Ölkəsində din əleyhinə qatı əsərlər yazıb çıxışlar edərkən, ingilis-amerikan mənbələri üçün hazırladığı bir yazıda nə qədər dərin və güclü bir inanca sahib olduğuna dair bir hekayə uydurmuşdur (114).

Mussolininin din düşmənçiliyi və kommunist militanlığı XX əsrin 10-cu illərinin sonlarına qədər davam etdi. 1908-ci ildə La Lima adlı kommunist jurnalda xüsusi bir ləqəblə yazılar qələmə aldı. Maraqlısı, Mussolininin məqalələrinin yer aldığı La Lima jurnalının bütün buraxılışlarının, Mussolininin hakimiyyətə gəlməsindən sonra bütün kitabxanalardan toplanılıb məhv edilməsiydi (115). Çünki Mussolini hakimiyyətə gəldikdən sonra dini, siyasəti üçün istifadə etməyə qərar verəcək və həqiqi üzünü, yəni din düşməni şəxsiyyətini gizlədəcəkdi.